Nəğmə 18
Allahın tükənməz məhəbbəti
1. Tükənməz sevgini
Allah bizə bəsləyir.
Sevgisindən göndərdi
Oğlunu, fəda etdi.
Bizə ənamdır Cənnət,
Xoşbəxtlik, əsil həyat.
(NƏQARƏT)
Hər bir susayan gəlsin,
Həyat suyundan içsin.
Mərhəmətli Allahın
Sevgisini dadsın.
2. Tükənməz sevgini
Allah bizə bəsləyir.
Bu, qəti həqiqətdir,
İşləri sübut edir:
Əhdinə sadiq qaldı,
Məsihi Padşah etdi.
(NƏQARƏT)
Hər bir susayan gəlsin,
Həyat suyundan içsin.
Mərhəmətli Allahın
Sevgisini dadsın.
3. Tükənməz sevgini
Allah bizə bəsləyir.
Biz də yaxını sevək,
Rəbb yolunu göstərək.
Qoy həlim şəfa tapsın,
Yaradana həmd etsin.
(NƏQARƏT)
Hər bir susayan gəlsin,
Həyat suyundan içsin.
Mərhəmətli Allahın
Sevgisini dadsın.
(Həmçinin baxın: Məz. 33:5; 57:10; Efes. 1:7.)