Nəğmə 56
Ey Allahım, duamı eşit
(Zəbur 54)
1. Ya Rəbb, Sənə ünüm qoy yetsin,
Xəlq eylədin, qulunam Sənin.
Yoxdur misli uca isminin.
(NƏQARƏT)
Lütf et, Yehova, duy səsimi.
2. Hər günümə, Rəbbim, şükr olsun
Bu ömrümə çıraqdır ruhun.
Xoşdur duymaq nəcib qayğını.
(NƏQARƏT)
Lütf et, Yehova, duy səsimi.
3. Əməli düz olmaqdır arzum,
Bu yoluma Sən saç Öz nurun.
Mən imdada səslərəm Səni.
(NƏQARƏT)
Lütf et, Yehova, duy səsimi.
(Həmçinin baxın: Çıx. 22:27; Zəb. 106:4; Yaq. 5:11.)