Nəğmə 74
Yehovanın bəxş etdiyi sevinc
1. Əlamətdən aydın sezə bilirik
Padşahlığın hüzur vaxtın.
Xoş müjdənin şövqlü carçılarıyıq,
Bax qurtuluş artıq yaxın.
(NƏQARƏT)
Rəbbin verdiyi sevinc qaladır,
Şərqi söylə sən ürəkdən.
Yehova Allah layiqdir alqışa,
Qoy aşıb-daşsın qəlbdə şükran.
Rəbbin verdiyi sevinc qaladır,
Uca ismin hər kəs bilsin.
Rəbbə və Şaha sadiq qalaq hər an
Qəlblərə sevinc olsun hakim.
2. Daim Rəbbə güvənin, O güclüdür,
Ey Allahı sevən kəslər,
Siz ayağa qalxıb şimşəktək çaxın,
Rəbbçün oxuyun nəğmələr!
(NƏQARƏT)
Rəbbin verdiyi sevinc qaladır,
Şərqi söylə sən ürəkdən.
Yehova Allah layiqdir alqışa,
Qoy aşıb-daşsın qəlbdə şükran.
Rəbbin verdiyi sevinc qaladır,
Uca ismin hər kəs bilsin.
Rəbbə və Şaha sadiq qalaq hər an
Qəlblərə sevinc olsun hakim.
(Həmçinin baxın: 1 Saln. 16:27; Zəb. 112:4; Luka 21:28; Yəh. 8:32.)