Nəğmə 69
Mənə yollarını öyrət
1. Yehova, taxtın önündə toplaşdıq,
Gəldik bax Sənin dəvətinlə.
Rəbbim, Kəlamın bizimçün çıraqdır,
İdrak Sən verirsən elminlə.
(NƏQARƏT)
Lütfən, öyrət mənə yollarını,
Qoy dərk edim müdrik sözlərini.
Haqq yolunda mən daima gedim,
Sevgi dolu qanunların sevim.
2. Sənin hikmətin ümmandan da dərin,
Adil hökmlərin təsəllidir.
Lətif Kəlmənə vurğunam, Yehova,
Sənin Kəlamın dürr-incidir!
(NƏQARƏT)
Lütfən, öyrət mənə yollarını,
Qoy dərk edim müdrik sözlərini.
Haqq yolunda mən daima gedim,
Sevgi dolu qanunların sevim.