Nəğmə 134
Özünü yeni dünyada təsəvvür et
1. Gözəl həyat, cənnət məkan...
Bir an düşün, yetişib o dövran.
Bax şad-xürrəm cümlə-bəşər,
Şər-bəladan yox artıq əsər.
Zəfər çaldı Allah-Taala,
Uca taxtı devrilməz əsla.
Yerdə quruldu şahanə bir düzən,
Şükran nəğməsi çağlayır könüllərdən:
(NƏQARƏT)
«Yehova Allah, Sənə şükr olsun!
Təzələdin hər şeyi büsbütün.
Sənə coşub-daşır ürəkdən həmd-səna,
Layiqsən, ya Rəbb, şöhrətə, şərəf-şana!»
2. Gözəl həyat, cənnət məkan...
Sən bir düşün, yetişib o dövran.
Qorxu-hürkü bitdi daha,
Nə möhtəşəmdir bax ab-hava!
Bütün vədlər gerçək oldu,
Küll-İxtiyar çadırın qurdu.
Ölən əzizlər həyata qayıdır,
Onlarla birgə hamı səs-səsə verir:
(NƏQARƏT)
«Yehova Allah, Sənə şükr olsun!
Təzələdin hər şeyi büsbütün.
Sənə coşub-daşır ürəkdən həmd-səna,
Layiqsən, ya Rəbb, şöhrətə, şərəf-şana!»
(Həmçinin baxın: Zəb. 37:10, 11; Əşy. 65:17; Yəh. 5:28; 2 But. 3:13.)