Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • bm böl. 12 s. 15
  • Həyat üçün rəhbərlik təqdim edən ilahi müdriklik

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Həyat üçün rəhbərlik təqdim edən ilahi müdriklik
  • Müqəddəs Kitab bizə hansı xəbəri çatdırır?
  • Oxşar material
  • Müqəddəs Yazıların kitabı nömrə 20 Süleymanın məsəlləri
    «Hər Müqəddəs Yazı» doğru və faydalıdır 2006
  • «Uşağa tərbiyə ver ki, layiqli yol tutsun» (Məsəllər 22:6)
    Müqəddəs Kitab ayələrinin izahı
  • Süleyman hikmətlə hökmranlıq edir
    Müqəddəs Kitab bizə hansı xəbəri çatdırır?
  • «Süleymanın məsəlləri» kitabından diqqətəlayiq fikirlər
    Gözətçi qülləsi 2006
Əlavə
Müqəddəs Kitab bizə hansı xəbəri çatdırır?
bm böl. 12 s. 15
Müqəddəs Kitabın yazıldığı dövrdə insanlar sünbül yığır

BÖLMƏ 12

Həyat üçün rəhbərlik təqdim edən ilahi müdriklik

«Məsəllər» kitabı əksəriyyəti Süleyman tərəfindən deyilmiş, Allahdan ilham alan məsəllər toplusudur. Bu məsəllər gündəlik həyat üçün rəhbərlik təqdim edir

YEHOVA müdrik Hökmdardırmı? Bu suala cavab verməyin ən yaxşı üsulu Onun verdiyi məsləhətləri nəzərdən keçirməkdir. Onlar tətbiqolunandırmı? Onlara əməl etmək həyatı daha mənalı və uğurlu edirmi? Müdrik padşah Süleyman yüzlərlə məsəl yazmışdır. Bu məsəllərdə, demək olar, həyatın bütün sahələrinə toxunulur. Gəlin bir neçə nümunəyə nəzər salaq.

Allaha güvənin. Yehova ilə yaxşı münasibətlərin olması üçün Ona güvənmək son dərəcə vacibdir. Süleyman yazmışdır: «Bütün qəlbinlə Yehovaya etibar et, öz ağlına güvənmə. Hər işində Onu düşün, O da yollarını rəvan edər» (Məsəllər 3:5, 6). Allaha güvənmək, yəni Onun rəhbərliyini axtarmaq və Ona tabe olmaq həyata dərin məna qatır. Belə etməklə insan Allahın ürəyini sevindirir və Onun düşməni Şeytanın qaldırdığı mübahisəli məsələlərdə Yehovaya öz mövqeyini göstərir (Məsəllər 27:11).

Başqaları ilə hikmətlə davranın. Allahın ərlərə, arvadlara və uşaqlara verdiyi məsləhət bu gün həmişəkindən daha çox aktualdır. Allah ərlərə: «Cavanlığında aldığın arvadından kam al» məsləhətini verərək arvadlarına sadiq qalmalı olduqlarını göstərir (Məsəllər 5:18—20). Ərli qadınlar «Məsəllər» kitabından ərinin və uşaqlarının fəxri olan bacarıqlı qadının parlaq təsvirini görə bilərlər (Məsəllər fəsil 31). Burada, həmçinin uşaqlara valideynlərinə itaət etmək məsləhət görülür (Məsəllər 6:20). Bundan başqa kitabda göstərilir ki tənhalığı sevmək xudbinliyə gətirib çıxardığından dostluq etmək vacibdir (Məsəllər 18:1). Dostlar bizə həm yaxşı, həm də pis təsir edə bilər, buna görə də özümüzə dost seçərkən müdrik olmalıyıq (Məsəllər 13:20; 17:17).

Öz qayğınıza hikmətlə qalın. «Məsəllər» kitabında spirtli içkilərdən sui-istifadə etməməyə sağlamlığa yaxşı təsir göstərən hisslərə sahib olmağa, səhhətə zərər yetirənləri isə boğmağa və çalışqan işçi olmağa dair dəyərli məsləhətlər var (Məsəllər 6:6; 14:30; 20:1). Orada xəbərdarlıq olunur ki, Allahın məsləhətinə zidd gedən insan düşüncəsinə etibar etmək fəlakətə gətirib çıxarır (Məsəllər 14:12). Ürəyimizin «həyat bulaqları» olduğunu xatırladaraq kitab daxili varlığımızı, yəni ürəyimizi pozucu təsirlərdən qorumağı nəsihət edir (Məsəllər 4:23).

Bütün dünyada milyonlarla insan bu kimi məsləhətlərə uyğun yaşamağın həyatı yaxşılaşdırdığını görmüşdür. Nəticədə, tutarlı səbəbdən irəli gələrək onlar Yehovanı öz Rəhbərləri kimi qəbul edirlər.

«Məsəllər» kitabına əsaslanıb.

  • «Məsəllər» kitabını araşdırmaqla nə öyrənə bilərik?

  • Allaha güvənməyə öz qayğımıza qalmağa və başqaları ilə müdrik davranmağa dair «Məsəllər» kitabında hansı rəhbərlik verilir?

Vaiz

Həyatda məna və məmnunluğu haradan tapmaq olar? Süleyman bu suala cavab axtarmaq üçün nadir imkana malik idi. Çoxlu var-dövlətə, böyük müdriklik və səlahiyyətə sahib olduğu üçün Süleyman bunların həqiqi xoşbəxtliyi gətirib-gətirmədiyini yoxlamaq iqtidarında idi. O, maddi şeylərin gətirdiyi zövqün arxasınca qaçdı, çoxlu gözəl qadınlarla evləndi və istirahətin ən gözəl növlərini daddı. Böyük inşaat işləri gördü, elmi kitablardakı müdrikliyi araşdırdı. O hansı qənaətə gəldi? «Hər şey puçdur». Lakin Süleyman sonra bir həqiqəti dərk etdi: «Xülasə, deyilənlərin məğzi budur: Allahdan qorx, Onun əmrlərini yerinə yetir. İnsanın vəzifəsi budur» (Vaiz 12:8, 13).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş