Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • bm böl. 13 s. 16
  • Yaxşı və pis padşahlar

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Yaxşı və pis padşahlar
  • Müqəddəs Kitab bizə hansı xəbəri çatdırır?
  • Oxşar material
  • O, səhvlərindən özünə dərs götürdü
    Gözətçi qülləsi 2009
  • O, səhvlərindən dərs aldı
    İman örnəkləri
  • Müqəddəs Yazıların kitabı nömrə 32 Yunus
    «Hər Müqəddəs Yazı» doğru və faydalıdır 2007
  • O, mərhəmətli olmağı öyrəndi
    İman örnəkləri
Əlavə
Müqəddəs Kitab bizə hansı xəbəri çatdırır?
bm böl. 13 s. 16
İsrailin gənc padşahı

BÖLMƏ 13

Yaxşı və pis padşahlar

İsrail bölünür. Uzun illər ərzində israillilər üzərində bir çox padşahlar hökmranlıq edir və onların əksəriyyəti imansızlıq təzahür etdirir. Yerusəlim babillilər tərəfindən darmadağın edilir

YEHOVANIN qabaqcadan dediyi kimi, Süleymanın həqiqi ibadətdən üz döndərməsindən sonra İsrail iki yerə bölündü. Onun oğlu və xələfi Rəhabam sərt adam idi. Buna cavab olaraq, İsrailin on qəbiləsi üsyan qaldırıb şimali İsrail padşahlığı yaratdı. İki qəbilə isə Davudun Yerusəlimdəki taxtına sadiq qalaraq cənubi Yəhuda padşahlığını təsis etdi.

Hər iki padşahlığın tarixi əsas etibarı ilə padşahlarının imansızlıqları və itaətsizlikləri ucbatından təlatümlü olmuşdu. İsrailin vəziyyəti Yəhudanınkından da pis idi, çünki onun padşahları lap əvvəldən yalan ibadətə üz tutmuşdular. Bir çox peyğəmbərlərin, hətta ölüləri dirildən İlyas və Əlyəsənin qüdrətli işlərinə baxmayaraq, İsrail yanlış yoldan dönmədi ki dönmədi. Nəhayətdə, Allah şimal padşahlığının Aşşur tərəfindən darmadağın edilməsinə yol verdi.

Yəhuda mövcudluğuna İsraildən təxminən bir əsr çox davam etdi, ancaq o da Allahın cəzasından qaça bilmədi. Yalnız bir neçə Yəhuda padşahı Allahın peyğəmbərlərinin xəbərdarlığına ciddi yanaşdı və xalqı Yehovaya döndərməyə çalışdı. Məsələn,, Yuşiyyə padşah Yəhudanı yalan ibadətdən təmizləməyə başladı və Yehovanın məbədini bərpa etdi. Allahın Musa vasitəsilə verdiyi Qanunun orijinal əlyazması tapılanda bu, Yuşiyyəyə güclü təsir etdi. Bu səbəbdən o, islahat işlərini daha da sürətləndirdi.

Əfsuslar olsun ki, Yuşiyyənin xələfləri onun gözəl nümunəsini izləmədilər. Buna görə də Yehova babillilərə Yəhudanı istila etməyə, Yerusəlimi və oradakı məbədi yerlə-yeksan etməyə izin verdi. Sağ qalanlar isə Babilə əsir aparıldı. Allah əsirliyin 70 il sürəcəyini əvvəlcədən bildirmişdi. Yəhuda, vəd edildiyi kimi, xalqın öz yurduna qayıtmasına qədər bütün bu vaxt ərzində viranə qaldı.

Ancaq vəd edilmiş Xilaskar — Məsih hakimiyyətə gələnə kimi Davudun sülaləsindən daha heç kim padşah kimi idarə etməyəcəkdi. Yerusəlimdə Davudun taxtında oturan padşahlardan əksəriyyəti qeyri-kamil insanların idarə etməyə qabil olmadığını sübut etdi. Buna yalnız Məsih qadirdir. Buna görə də Yehova Davudun taxtında oturan axırıncı padşaha belə demişdi: «Tacı başından götür... Qanuni sahibi gələnədək o, heç kimin olmayacaq. Onu qanuni sahibinə verəcəyəm» (Hizqiyal 21:26, 27).

1 və 2 Padşahlar; 2 Salnamələr 10—36-dək fəsillərinə və Ərəmya 25:8—11 ayələrinə əsaslanıb.

  • Necə oldu ki, İsrail bölündü və bu iki padşahlıqla nə baş verdi?

  • Davudun sülaləsi ilə nə baş verdi və nə üçün?

  • Yunusun hekayəsindən Yehova haqda nə öyrənirik? (Çərçivəyə baxın.)

YUNUS

Bölünmüş padşahlıq zamanı Allah Yunusa uzaq Neynəva şəhərinə gedib oranın qəddar sakinlərinə hökm xəbərini çatdırmağı tapşırdı. Neynəvaya getmək əvəzinə, Yunus əks istiqamətə gedən gəmiyə mindi. Nəticədə, qeyri-adi hadisə baş verdi — Allahın hökmü ilə nəhəng balıq Yunusu uddu. Balığın qarnında Yunus Yehovaya dua etdi. Yehovanın əmri ilə balıq onu quruya qaytardı. Sonra Yunus tapşırığını yerinə yetirməyə getdi.

Allah Yunusa itaətkarlıq dərsi verdikdən sonra ikinci problem üzə çıxdı: Yunus neynəvalılara təbliğ etdi, lakin tövbə etdikləri üçün Allah mərhəmət göstərib onları cəzalandırmayanda bu, Yunusun heç xoşuma gəlmədi. Allahın ona daha mərhəmətli olmağı öyrətmək məqsədilə ikinci dəfə necə möcüzə göstərdiyini görmək üçün bu maraqlı kitabı oxuyun.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş