Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • bm böl. 14 s. 17
  • Allah peyğəmbərləri vasitəsilə danışır

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Allah peyğəmbərləri vasitəsilə danışır
  • Müqəddəs Kitab bizə hansı xəbəri çatdırır?
  • Oxşar material
  • Sürgündə olan peyğəmbər gələcəyə dair görüntülər alır
    Müqəddəs Kitab bizə hansı xəbəri çatdırır?
  • Məsih peyda olur
    Müqəddəs Kitab bizə hansı xəbəri çatdırır?
  • Məsihlə bağlı peyğəmbərliklər İsanın Məsih olduğunu sübut edir?
    Müqəddəs Kitaba aid suallara cavab
  • Məsih haqqında peyğəmbərliklər
    Gözətçi qülləsi 2009
Əlavə
Müqəddəs Kitab bizə hansı xəbəri çatdırır?
bm böl. 14 s. 17
Allahın peyğəmbəri xəbər çatdırır

BÖLMƏ 14

Allah peyğəmbərləri vasitəsilə danışır

Yehova çıxardığı hökmə təmiz ibadətə və Padşahlıq ümidinə dair xəbərləri çatdırmaq üçün peyğəmbərlər təyin edir

İSRAİL və Yəhuda padşahları dövründə bir qrup insanlar — peyğəmbərlər meydana çıxdı. Allahın hökmünü çatdıran bu insanlar qeyri-adi imana və cəsarətə malik idilər. Allahın peyğəmbərlərinin çatdırdığı dörd vacib xəbəri nəzərdən keçirək.

1. Yerusəlimin məhvi. Çox illər əvvəldən Allahın peyğəmbərləri, yəni Əşiya və Ərəmya Yerusəlimin dağıdılacağı və viranə qalacağı barədə xəbərdarlıq etməyə başladı. Onlar Allahın qəzəbinin şəhərin üzərinə nə üçün gəldiyini aydın şəkildə bəyan edirdilər. Baş alıb gedən yalan dini ayinlər, rüşvətxorluq və zorakılıq sübut edirdi ki, şəhər sakinlərinin Yehovanı təmsil etməsinə dair iddiası yalandır (2 Padşahlar 21:10—15; Əşiya 3:1—8, 16—26; Ərəmya 2:1—3:13).

2. Təmiz ibadətin bərpası. 70 illik sürgündən sonra Allahın xalqı Babildən azad olunacaqdı. Onlar özlərinin boş qalmış torpaqlarına qayıdacaq və Yerusəlimdə Yehovanın məbədini bərpa edəcəkdilər (Ərəmya 46:27; Amus 9:13—15). Təxminən 200 il qabaqcadan Əşiya Babili məğlub edib, Allahın xalqına təmiz ibadəti bərpa etməyə icazə verəcək fatehin adının Kuruş olduğunu demişdi. Əşiya hətta Kuruş qeyri-adi döyüş strategiyasını da təfərrüatı ilə təsvir etmişdi (Əşiya 44:24—45:3).

Yəhudilər Babili tərk edib Yerusəlimə qayıdırlar

3. Məsihin gəlişi və onunla baş verənlər. Məsih Beytləhm şəhərində anadan olacaqdı (Mikə 5:2). O, təvazökar olacaq, Yerusəlimə eşşəyin belində girəcəkdi (Zəkəriyyə 9:9). Həlim və xeyirxah olmasına baxmayaraq, o sevilməyəcək və bir çoxları tərəfindən rədd ediləcəkdi (Əşiya 42:1—3; 53:1, 3). O, işgəncə verilərək öldürüləcəkdi. Bu, onun həyatının sonumu olacaqdı? Xeyr, çünki onun qurbanlığı sayəsində bir çoxlarının günahları bağışlanmalı idi (Əşiya 53:4, 5, 9—12). Bu isə yalnız onun dirilməsi sayəsində mümkün ola bilərdi.

4. Məsihin yer üzərindəki hökmranlığı. Qeyri-kamil insanlar, doğrudan da, sülh içində rəhbərlik etməyə qadir deyillər, lakin Allahın Padşahlığının Padşahı «Sülh əmiri» adlanacaq (Əşiya 9:6, 7; Ərəmya 10:23). Onun hakimiyyəti altında bütün insanlar bir-birilə və hətta heyvanlarla sülh içində yaşayacaqlar (Əşiya 11:3—7). Artıq xəstəlik olmayacaq (Əşiya 33:24). Hətta ölüm belə əbədilik yox ediləcək (Əşiya 25:8). Məsihin hökmranlığı dövründə ölülər yer üzündə yaşamaq üçün dirildiləcək (Dənyal 12:13).

«Əşiya»; «Ərəmya»; «Dənyal»; «Amus»; «Mikə» və «Zəkəriyyə» kitablarına əsaslanıb.

  • Allahın peyğəmbərləri hansı xəbəri çatdırırdılar?

  • Yerusəlimin məhvi və bərpası haqda hansı peyğəmbərliklər söylənilmişdi?

  • Yehovanın peyğəmbərləri Məsih və onun başına gələcək hadisələr haqda hansı peyğəmbərlikləri etmişdilər?

  • Peyğəmbərlər Məsihin yer üzərindəki hakimiyyətini necə təsvir etmişdilər?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş