Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • rk böl. 9 s. 22—23
  • Öndər İsa Məsihdən nə öyrənə bilərik?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Öndər İsa Məsihdən nə öyrənə bilərik?
  • Xoşbəxtlik gətirən həqiqi iman
  • Oxşar material
  • İsa Məsih haqqında həqiqət
    Müqəddəs Kitab təlimləri
  • İsa Məsih haqqında həqiqət
    Müqəddəs Kitab əslində nə öyrədir?
  • «Mənim ardımca gəl»
    Gözətçi qülləsi 2009
  • İsa Məsih Allah haqqındakı biliyin açarıdır
    Əbədi həyata aparan bilik
Əlavə
Xoşbəxtlik gətirən həqiqi iman
rk böl. 9 s. 22—23

BÖLMƏ 9

Öndər İsa Məsihdən nə öyrənə bilərik?

ALLAH Məsihi bütün xalqlar üçün Rəhbər təyin edəcəyini qabaqcadan demişdi. O bizim necə rəhbərə ehtiyacımız olduğunu yaxşı bilir, buna görə də bizim üçün ən yaxşı Rəhbəri seçib. Məsih necə Rəhbərdir? Güclü sərkərdə, təcrübəli siyasətçi, yoxsa müdrik filosof? Müqəddəs Kitaba əsasən Məsih, yəni İsa xüsusi peyğəmbər idi (Mətta 23:10).

Allah İsanın kamil və müqəddəs insan kimi doğulmasının qayğısına qaldı. Üstəlik, İsa Şeytanın onu yoldan çıxartmaq üçün göstərdiyi bütün cəhdlərə qarşı dururdu. O, sözlərində və əməllərində Allahın gücünü, ədalətini, hikmətini və məhəbbətini mükəmməl surətdə təzahür etdirmişdi. Gəlin görək biz İsadan nə öyrənə bilərik.

İsa peyğəmbər insanlara kömək edir

İsa insanlardan köməyini əsirgəmirdi

O, Allahın verdiyi gücü başqalarının rifahı üçün istifadə edirdi. İsa, həqiqətən də, insanların qayğısına qalır və onların ehtiyacını ödəmək üçün gücünü əsirgəmirdi. Bir dəfə o, təlimlərinə qulaq asmağa gələn böyük izdihamı görüb dedi: «Camaata yazığım gəlir,.. yeməyə də heç nələri yoxdur» (Mark 8:2). Sonra möcüzəli şəkildə onları yedizdirdi.

İsa həmçinin gəzib-dolaşır, öyrədir və «hər cür xəstəni və naxoşu sağaldırdı» (Mətta 4:23). Camaatın nəyə görə onun ardınca getdiyi aydın idi, belə ki «camaat ona toxunmağa çalışırdı, çünki ondan güc çıxır və onları sağaldırdı» (Luka 6:19). Əslində, İsa ona görə gəlməmişdi ki, «ona qulluq etsinlər, əksinə, o, xidmət etmək və bir çoxları uğrunda həyatını fidyə kimi vermək üçün» gəlmişdia (Mətta 20:28). Heç bu cür fədakar davranan başqa rəhbər tanıyırsınız?

İsa peyğəmbər uşaqları yanına çağırır

İsa uşaqları sevirdi

O, Allahın ədalətini əks etdirirdi. İsa Allahın qanununa dəqiqlik ilə əməl edir və bu qanunların mahiyyətini dərk edirdi. Müqəddəs Kitabda peyğəmbərlik olunduğu kimi o sanki belə deyir: «Ey Allahım, istəyini yerinə yetirməkdən həzz alıram, qanunun qəlbimdədir» (Zəbur 40:8). İsa Məsih hamıya — varlılara və kasıblara, uşaqlara və böyüklərə — hörmət və ehtiramla, eləcə də qərəzsiz yanaşırdı. O bu sahədə Allaha bənzəyirdi. Bir dəfə İsanın şagirdləri uşaqlarını onun yanına gətirən valideynləri məzəmmət etmişdilər. Ancaq İsa demişdi: «Qoyun uşaqlar yanıma gəlsinlər, onlara mane olmayın, çünki Allahın Padşahlığı belələrinə məxsusdur» (Mark 10:14).

O, Allaha xas hikmət təzahür etdirirdi. İsa insanlara anlayışla yanaşırdı. «O, hər kəsin ürəyini görürdü» (Yəhya 2:25). Hətta İsanı tutmaq üçün adam göndərən düşmənləri belə etiraf etmişdilər: «Biz hələ ömrümüzdə bu cür danışan adam görməmişik». İsada bu hikmət haradan idi? O izah etmişdi: «Verdiyim təlim mənim deyil, məni göndərənindir» (Yəhya 7:16, 46).

İsa xəstə kişini sağaldır

İsa şəfqət göstərib xəstələri sağaldırdı

O, Allahın məhəbbətini əks etdirirdi. İsa həmçinin insanlara qarşı mərhəmətli idi. Bir dəfə «başdan-ayağadək cüzam içində» olan bir adam İsaya yalvarıb demişdi: «Ağa, əgər istəsən, məni təmizləyə bilərsən». İsanın ona yazığı gəldi, «əlini uzadıb ona toxundu və dedi: “İstəyirəm. Təmizlən”. Həmin andaca o adamın cüzamı keçdi» (Luka 5:12, 13; Mark 1:41, 42). İsa əzab-əziyyət içində olan bu yazıq adama kömək etməyi ürəkdən istəyirdi.

İsa sizin də qayğınıza qalır? Bu suala O özü cavab verir: «Ey bütün zəhmətkeşlər və yükü ağır olanlar, yanıma gəlin, mən sizə təravət verəcəyəm. Boyunduruğumu üzərinizə götürün və məndən öyrənin, çünki mən həlim və qəlbən təvazökaram. Onda canınız təravətlənər» (Mətta 11:28, 29).

İsa bu günə qədər olan ən yaxşı Rəhbərdir. O bizi təşviq edir: «Məndən öyrənin». Bəs siz bu səmimi dəvəti qəbul edəcəksiniz? Əgər qəbul etsəniz, bu sizə xoşbəxtlik gətirəcək.

a Fidyə haqda məlumat almaq üçün «Əbədi xoşbəxt həyat!» kitabının 27-ci dərsinə baxın.

Necə cavab verərdiniz?

  • Allah İsaya hansı səlahiyyəti verib?

  • İsa hansı xüsusiyyətləri təzahür etdirirdi? Onun ən çox hansı xüsusiyyəti xoşunuza gəlir?

  • İsa bizi nəyə dəvət edir?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş