Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • yp1 fəs. 12 s. 85—90
  • Özünəinam hissini necə artırmaq olar?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Özünəinam hissini necə artırmaq olar?
  • Gənclərin sualları. Praktiki məsləhətlər. Cild 1
  • Başlıqlar
  • Oxşar material
  • Başqaları haqda düşün
  • Özünə dostlar tap
  • Təslim olma
  • Sən dəyərlisən!
  • Sodom və Homorranın məhv edilməsi
    Gözətçi qülləsi 2008
  • Allah Musa peyğəmbərə xüsusi iş tapşırır
    Gözətçi qülləsi 2012
  • Peterin İsanı inkar etməsi
    Gözətçi qülləsi 2008
  • Qardaşın qəzəbi
    Gözətçi qülləsi 2008
Əlavə
Gənclərin sualları. Praktiki məsləhətlər. Cild 1
yp1 fəs. 12 s. 85—90

Fəsil 12

Özünəinam hissini necə artırmaq olar?

Bəli Xeyr

Güzgüyə baxanda özünü bəyənirsən? □ □

Necə düşünürsən, sənin hansısa xüsusi bacarığın var? □ □

Həmyaşıdlarının təzyiqinə qarşı dura bilirsən? □ □

Sağlam tənqidi qəbul etməyi bacarırsan? □ □

Başqaları səndə haqsız yerə nöq tutanda sakit reaksiya göstərə bilirsən? □ □

Sevildiyini hiss edirsən? □ □

Sağlamlığının qayğısına qalırsa □ □

Başqalarının müvəffəqiyyətinə sevinirsən? □ □

Ümumi götürdükdə, özünü uğurlu insan hesab edirsən? □ □

Əgər sən bu suallardan bir neçəsinə «xeyr» cavabını vermisənsə, ola bilsin, səndə özünəinam hissi aşağıdır, buna görə də öz güclü cəhətlərini görmürsən. Bu fəsil sənə onları kəşf etməyə kömək edəcək.

BİR ÇOX gənc oğlan və qızlar özlərini başqaları ilə müqayisə etdikləri üçün xarici görünüşlərinə və bacarıqlarına görə narahat olurlar. Bəs sən? Əgər sən də bu cür hisslər keçirirsənsə, tək deyilsən.

«Çatışmayan cəhətlərim ucbatından özümü çox pis hiss edirəm; ən böyük tənqidçim elə özüməm» (Litisiya).

«Nə qədər gözəl və yaraşıqlı olursan ol, həmişə səndən gözəlləri tapılacaq» (Humay).

«Başqalarının yanında özümü çox narahat hiss edirəm. Mənə uğursuz bir insan kimi baxmalarından qoruxuram» (Rəşidə).

Əgər bu hisslər sənə də tanışdırsa, ümidsizliyə qapılma — hər şeyin bir əlacı var. Gəl sənin özünə müsbət tərəfdən baxmağına və əminliyini artırmağına kömək edəcək üç məsləhəti nəzərdən keçirək.

Başqaları haqda düşün

Müqəddəs Kitabdan açar ayə: «Vermək almaqdan daha çox xoşbəxtlik gətirir» (Həvarilərin işləri 20:35).

Nə deməkdir? Sən başqalarına kömək əli uzadanda özünə kömək etmiş olursan. Necə? Müqəddəs Kitab məsəlində deyilir ki, «comərd bolluğa yetişər, su verənə su verilər» (Süleymanın məsəlləri 11:25). Bir şey danılmazdır: başqaları üçün nə isə edəndə insanın özünə inamı artıra.

«Başqalarına necə kömək edə biləcəyim barədə düşünürəm və çalışıram ki, yığıncağımızda ehtiyacı olan bacı-qardaşlara kömək edim. İnsanlara məhəbbət və diqqət göstərəndə özümü çox yaxşı hiss edirəm» (Banu).

«Allaha xidmət insana məmnunluq gətirir, çünki səni özün haqqında yox, başqaları haqqında düşünməyə təşviq edir» (Ceyhun).

Xəbərdarlıq. Başqalarına mənfəət güdmədən kömək et (Matta 6:2—4). Əgər bunu başqa niyyətlə etsən, sənə heç bir xeyri olmayacaq. Riyakarlığı gizlətmək mümkün deyil, insanlar onu tez sezir (1 Salonikililərə 2:5, 6).

Sən nə edə bilərsən? Kömək etdiyin bir nəfər haqqında düşün: həmin adamın adını və onun üçün nə etdiyini yaz.

․․․․․

Kömək etdikdən sonra özünü necə hiss edirdin?

․․․․․

Başqa kimlərin sənin köməyinə ehtiyacı olduğu barədə düşün və necə kömək edə biləcəyini yaz.

․․․․․

Özünə dostlar tap

Müqəddəs Kitabdan açar ayə: «Əsil dost həmişə sevər, o qardaşdır, dar gün üçün doğulub» (Süleymanın məsəlləri 17:17, Yeni Dünya tərcüməsi).

Nə deməkdir? Yaxşı dost həyatın çətin anlarında etibarlı dayaq ola bilər (1 Şamuel 18:1; 19:2). Hətta kiminsə sənin haqqında düşündüyünü bilməyin özü elə təsəllidir (1 Korinflilərə 16:17, 18). Buna görə də, sənə müsbət təsir göstərən insanlara yaxın ol.

«Əsil dostlar səni yıxılmağa qoymazlar» (Daniel).

«Kiminsə səmimi-qəlbdən sənin qayğına qaldığını bilmək olduqca vacibdir; insan özünü dəyərli hiss edir» (Səma).

Xəbərdarlıq. Səni özlərinə uyğunlaşdırmağa çalışan insanlarla yox, olduğun kimi qəbul edən insanlarla dostluq et (Süleymanın məsəlləri 13:20; 18:24; 1 Korinflilərə 15:33). Başqalarına təəssürat bağışlamaq xatirinə pis işlərə baş qoşsan, özünəhörmət hissini itirəcəksən (Romalılara 6:21).

Sən nə etməlisən? Sənə əminlik hissini layiqli tərzdə artırmağa kömək edə biləcək dostunun adını yaz.

․․․․․

Nəyə görə yuxarıda adını çəkdiyin insanla daha çox vaxt keçirməyəsən? Həmin adamın səninlə yaşıd olması şərt deyil.

Təslim olma

Müqəddəs Kitabdan açar ayə: «Hamı günah işlədi və Allahın şöhrətini əks etdirə bilmədi» (Romalılara 3:23).

Nə deməkdir? Bu bir həqiqətdir: sən kamil deyilsən. Buna görə də bəzən səhv danışığa və hərəkətə yol verə bilərsən (Romalılara 7:21—23; Yaqub 3:2). Səhvlərdən qaça bilməsən də, onlara düzgün yanaşmağı öyrənə bilərsən. Müqəddəs Kitabda deyilir: «Saleh yeddi dəfə yıxılsa belə, yenə qalxar» (Süleymanın məsəlləri 24:16).

«Adətən, insanın özünə inamsızlığı zəif cəhətlərini başqalarının güclü cəhətləri ilə müqayisə etməsi nəticəsində yaranır» (Kevin).

«Hamının pis və yaxşı cəhətləri var. Biz yaxşı xüsusiyyətlərimizi qiymətləndirməli, zəif cəhətlərimizin üzərində işləməliyik» (Loren).

Xəbərdarlıq. Nalayiq hərəkətlərinə qeyri-kamilliklə bəraət qazandırma (Qalatiyalılara 5:13). Bilərəkdən günah işlətməklə sən ən vacib şeyi — Yehova Allahla münasibətini itirəcəksən! (İbranilərə 10:26, 27).

Sən nə etməlisən? Aşağıda hansı xüsusiyyətin üzərində işləmək istədiyini yaz.

․․․․․

Yanında bugünkü tarixi qeyd et. Bu xüsusiyyəti yaxşılaşdırmağına kömək edəcək əlavə məlumat axtar tap və bir aydan sonra nəyə nail olduğunu yoxla.

Sən dəyərlisən!

Müqəddəs Kitabda deyilir ki, «Allah ürəyimizdən böyükdür» (1 Yəhya 3:20). Bu o deməkdir ki, Allah səndə özünün görə bilmədiyin dəyərli inci dənəsini görür. Bəs onda nöqsanlar? Təsəvvür et ki, 100 manatın var. Əgər bir az ucundan cırılıbsa, sən onu atarsan? Əlbəttə, yox! Axı cırıq olmasına baxmayaraq, pul öz dəyərini itirmir.

Eynilə, sənin qeyri-kamil olmağın Allahın gözündə dəyərini azaltmır. Sənin üçün nə qədər əhəmiyyətsiz görünsə də, Yehova Onu razı salmaq üçün göstərdiyin bütün səyləri görür və qiymətləndirir. Müqəddəs Kitab bizi əmin edir: «Axı Allah ədalətsiz deyil ki, keçmişdə və indi müqəddəslərə xidmət edərək Onun adına bəslədiyiniz məhəbbəti və çəkdiyiniz zəhməti unutsun» (İbranilərə 6:10).

NÖVBƏTİ FƏSİLDƏ

Hərdən məyusluğa qapılırsan? Onun öhdəsindən necə gələ bilərsən?

[Haşiyə]

a Əgər sən Yehovanın Şahidisənsə, insanlarla Allahın Padşahlığı haqqında xoş xəbəri bölüşərkən duya biləcəyin sevinc barədə düşün (Yeşaya 52:7).

AÇAR AYƏ

“Qoy hər kəs öz işini sınaqdan keçirsin, onda özünü başqaları ilə müqayisə etmədən özünə baxıb sevinəcək” Qalatiyalılara 6:4

MƏSLƏHƏT

Çalış: «Heç vaxt heç nəyi düz etmirəm» və ya «Məndə heç nə alınan deyil», — kimi ifadələr işlətmə. Bu cür şişirdilmiş sözlər sadəcə insanın əl-qolunu yanına salır. Çatışmayan cəhətlərini qəbul et, ancaq yaxşı cəhətlərini də unutma.

BİLİRSƏN... ?

Sənin özünə necə yanaşmağın başqalarının sənə olan münasibətinə təsir göstərə bilər.

HƏRƏKƏT PLANI!

Əgər həmyaşıdlarım mənə gülsələr, mən... ․․․․․

Əgər diqqətimi zəifliklərimə cəmləsəm, mən... ․․․․․

Bu mövzu ilə bağlı valideynlərimə vermək istədiyim suallar: ․․․․․

NECƏ DÜŞÜNÜRSƏN?

● Nəyə görə xüsusilə gənclərdə özünəhörmət hissi aşağı olur?

● Özünəhörmət məsələsində tarazlı olmaq nəyə görə vacibdir?

[88–ci səhifədəki yazı]

“İnsan var ki, gözəldir, ancaq özünü çirkin hesab edir. Elə adam da var ki, heç gözəlliyi yoxdur, amma elə bilir dünya gözəlidir. Hər şey düşüncə tərzindən asılıdır” Nuray

[90–cı səhifədəki şəkil]

Cırıq pul öz dəyərini itirmir. Eynilə, qeyri-kamillik də Allahın gözündə səni dəyərdən salmır

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş