Keçmişdən nümunə. Rut
Rut sadiqliyə dair gözəl nümunə qoyub. O, ərinin ölümündən sonra öz evinə qayıdıb rahat həyat yaşamaq əvəzinə, yaşlı qayınanası Naominin yanında qalmaq qərarına gəldi. Əlbəttə, Rut belə bir seçimi etməklə ərə getmək şansını itirə bilərdi, ancaq o, həmin an yalnız özünü düşünmürdü. Onun üçün Naomiyə olan məhəbbəti və Yehovanın xalqı ilə birgə olmaq istəyi ərə getmək istəyindən daha böyük əhəmiyyət kəsb edirdi (Rut 1:8—17).
Sən ailə qurmaq barədə düşünürsən? Onda Rutdan nümunə götür. Hisslərini bir kənara qoyub gələcək həyat yoldaşını xoşbəxt edəcək hansı müsbət keyfiyyətlərə malik olduğun barədə düşün. Məsələn: səndə sadiqlik və fədakarlıq kimi keyfiyyətlər varmı? Günahlı bədənin səni əksinə hərəkət etməyə təhrik etsə belə, Allahın prinsiplərinə bağlı qalırsanmı? Rut nəyin bahasına olursa-olsun, ailə qurmağa can atmırdı. Lakin bir müddətdən sonra o, özü kimi yüksək keyfiyyətlərə malik, yetkin — ən əsası, Allahı sevən bir insana rast gəldi. Eynilə, sən də buna ümid edə bilərsən.