Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • yp1 fəs. 30 s. 212—220
  • Evliliyə, həqiqətən də, hazırıqmı?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Evliliyə, həqiqətən də, hazırıqmı?
  • Gənclərin sualları. Praktiki məsləhətlər. Cild 1
  • Oxşar material
  • «Qoy hər kəs nikaha hörmət etsin»
    Allahın məhəbbətindən ayrılmayın
  • Münasibətləriniz həddi aşıbsa
    Oyanın! 2013
  • Ailə dağılmaq üzrə olduqda
    Ailə xoşbəxtliyinin sirri
  • Nikah — Allahın ənamı
    Allahın məhəbbətindən heç vaxt ayrılmayaq
Əlavə
Gənclərin sualları. Praktiki məsləhətlər. Cild 1
yp1 fəs. 30 s. 212—220

Fəsil 30

Evliliyə, həqiqətən də, hazırıqmı?

Sən artıq öz yarını tapmısan. Xeyli vaxtdır ki, görüşürsünüz və bir-birinizi sevdiyinizə əminsiniz. Xoşbəxt evliliyin astanasındasınız. Yoxsa elə deyil? İndi, həyatının ən vacib qərarını verməli olduğun bir anda ürəyinə qorxu düşüb...

Evliliyə, həqiqətən də, hazırıqmı?

EVLİLİKQABAĞI şübhələrinin olması təbiidir, hətta sevdiyinə əmin olsan belə. Ətrafında olan bədbəxt evlilikləri və boşanmaları nəzərə alsan, həyatını köklü şəkildə dəyişə biləcək bu qərarı verərkən ehtiyat etməyin təəccüblü deyil. Bəs sən evliliyə hazır olduğuna necə əmin ola bilərsən? Bunun üçün xəyallarından əl çəkib nikahla bağlı həqiqətləri görməyə çalışmalısan. Misal üçün:

XÜLYA 1 «Əsas odur ki, biz bir-birimizi sevirik, qalanı boş şeydir».

Həqiqət: Sevgi nə məsrəfləri ödəyir, nə də maddi problemlərin öhdəsindən gəlir. Araşdırmalara əsasən, ailələrdə münaqişələrin və boşanmaların başlıca səbəbi maddi çətinliklərdir. Pula olan qeyri-tarazlı nöqteyi-nəzərin sənə ruhani və emosional zərər vura bilər və həyat yoldaşınla münasibətlərinə mənfi təsir göstərə bilər (1 Timoteyə 6:9, 10). Bundan hansı qənaətə gəlmək olar? Bu kimi məsələləri evlənməmişdən qabaq həll etmək lazımdır!

Müqəddəs Kitab deyir: «Sizdən kimsə bir qüllə tikmək fikrinə düşsə, məgər tikintini qurtarmağa gücünün çatıb-çatmayacağını bilmək üçün əvvəlcə oturub vəsaitini hesablamaz?» (Luka 14:28).

Təklif: Yaxşı olardı ki, bu mövzunu gələcək həyat yoldaşınla hələ ailə qurmazdan əvvəl götür-qoy edəsən (Süleymanın məsəlləri 13:10). Siz növbəti sualları müzakirə edə bilərsiniz: «Büdcəmizi necə tərtib edə bilərik? Bankdakı hesablarımız birgə olacaq, yoxsa ayrı-ayrı? Vergiləri ödəməkdə və məsrəfləri hesablamaqda hansımız daha təcrübəliyik?a Bir-birimizdən xəbərsiz nə qədər pul xərcləyə bilərik?» Siz artıq indidən bir komanda olmalısınız! (Vaiz 4:9, 10).

XÜLYA 2 «Biz ideal cütlük olacağıq, çünki hər şeydə fikirlərimiz üst-üstə düşür və heç mübahisə etmirik!»

Həqiqət: Əgər sizin indiyə kimi heç vaxt sözünüz çəp gəlməyibsə, deməli, hələ mübahisəli məsələlərə toxunmamısınız. Ailə qurandan sonra isə bundan qaça bilməyəcəksiniz! Danılmaz faktdır ki, iki qeyri-kamil insandan kamil cütlük ola bilməz. Buna görə də mübahisələr qaçılmazdır (Romalılara 3:23; Yaqub 3:2). Yalnız nə dərəcədə yaxşı yola getdiyinizə yox, fikir ayrılığı yaranarkən nə baş verdiyinə də diqqət yetirmək lazımdır. Möhkəm nikah — fikirlərini aydın şəkildə bildirməyə çəkinməyən, eyni zamanda münaqişələri sülh yolu ilə həll etməyi bacaran iki insan arasındakı birlikdir.

Müqəddəs Kitab deyir: «Qəzəblənəndə günah işləməyin» (Efeslilərə 4:26).

Təklif: Valideynlərinlə və bacı-qardaşlarınla aranızda mübahisə yaranarkən necə davrandığına diqqət yetir. Bu kitabın 93-cü səhifəsindəki, yaxud 2-ci cildin 221-ci səhifəsindəki cədvələ oxşar cədvəl qur və qeydlər apar: aranızda fikir ayrılığı nəyə görə yaranır, sən buna necə yanaşırsan və əslində necə yanaşsan daha yaxşı olar. Məsələn, əgər reaksiyan qapını çırpıb otaqdan çıxmaqdırsa, belə vəziyyətlərdə daha yaxşı necə davrana biləcəyini düşün və yaz. Əgər sən indidən münaqişələr zamanı düzgün reaksiya göstərməyi öyrənsən, xoşbəxt ailə üçün zəruri olan bacarığa yiyələnəcəksən.

XÜLYA 3 «Nikaha daxil olduqdan sonra bütün cinsi istəklərimi təmin edəcəyəm».

Həqiqət: Evlilik o demək deyil ki, sən hər ürəyin istəyəndə cinsi əlaqədə ola biləcəksən. Unutma ki, həyat yoldaşın bir insandır və onun hisslərini də nəzərə almaq lazımdır. Açığını desək, elə anlar ola bilər ki, arvadın (ərin) emosional cəhətdən cinsi əlaqəyə hazır olmasın. Evli olmağınız sənə təkid etməyə əsas vermir (1 Korinflilərə 10:24). Göründüyü kimi, necə subaylara, eləcə də evlilərə özünə hakim olmağı bacarmaq olduqca vacibdir (Qalatiyalılara 5:22, 23).

Müqəddəs Kitab deyir: «Qoy hər kəs öz bədənini paklıqla və ləyaqətlə idarə etməyi bacarsın. Allah istəmir ki, aranızdan kimsə... acgöz şəhvətin əsiri olsun» (1 Salonikililərə 4:4, 5).

Təklif: Öz cinsi istəklərini və vərdişlərini diqqətlə analiz et və onların gələcək nikahına necə təsir edəcəyi barədə fikirləş. Məsələn: sənin masturbasiya kimi vərdişin varmı? Bəs pornoqrafiyaya baxmaq? Əks cinsdən olan insana gizlin-gizlin şəhvətlə baxırsanmı? Özündən soruş: «Əgər subay ikən cinsi istəklərimə hakim olmağı bacarmıramsa, bəs ailə qurandan sonra neyləyəcəm?» (Matta 5:27, 28). Üstəlik, bir şeyin də üzərində düşünməlisən: səni flirt edən, gündə biri ilə görüşən, qaşı-gözü oynayan biri kimi tanıyırlarmı? Əgər belədirsə, ailə qurduqdan sonra yalnız bir insana — həyat yoldaşına bağlı qalmalı olduqda bu vərdişin öhdəsindən necə gələcəksən? (Süleymanın məsəlləri 5:15—17).

XÜLYA 4 «Evlilik məni xoşbəxt edəcək».

Həqiqət: Subay ikən xoşbəxt olmayan insan ailə qurduqdan sonra da xoşbəxt olmayacaq. Niyə? Çünki insanın xoşbəxt olması onun şəraitindən çox, şəraitə münasibətindən asılıdır (Süleymanın məsəlləri 15:15). Daima həyatlarından şikayətlənən insanlar, əsasən, diqqətlərini malik olduqları şeylərə yox, əldə edə bilmədikləri şeylərə cəmləyirlər. Hələ subay ikən həyata nikbin yanaşmağı öyrən. Sabah-birigün ailə quranda həm özünün, həm də həyat yoldaşının müsbət cəhətlərini üzə çıxaracaqsan.

Müqəddəs Kitab deyir: «Hər bir şəraitdə nəyim varsa, ona qane olmağı öyrənmişəm» (Filipililərə 4:11).

Təklif: Bəzən mənfi fikirlər qeyri-real ümidlərdən irəli gəlir. Bir vərəq götür və nikahdan gözlədiyin bir-iki şeyi yaz. Sonra özündən soruş: «Mənim ümidlərim nəyə əsaslanır: həqiqətə, yoxsa illüziyaya? Onlara filmlər və romantik əsərlər öz təsirini göstərmir ki? Nikahın yalnız mənə hansı faydaları gətirəcəyi, məsələn, tənhalıqdan qurtulmaq, öz cinsi istəklərimi təmin etmək və həmyaşıdlarımın gözündə rəğbət qazanmaq barədə düşünürəm?» Əgər elədirsə, «mən» əvəzinə «biz» deyə düşünməyi öyrən. Bunun üçün nikahın sizin hər ikinizə gətirəcəyi iki-üç faydanı yaz.

Yuxarıda sadalanan xülyalar sənə xoşbəxt ailə qurmağa mane olacaq. Xəyallar aləmindən yerə en və realist olmağa çalış. 216 və 217-ci səhifələrdəki suallar həyatda ən böyük xeyir-dualardan birinə — xoşbəxt ailəyə sahib olmaq üzrə ikən sənə və gələcək həyat yoldaşına kömək edəcək! (Qanunun təkrarı 24:5; Süleymanın məsəlləri 5:18).

NÖVBƏTİ FƏSİLDƏ

Ayrılıq ölüm kimidir. Buna necə tab gətirə bilərsən?

[Haşiyə]

a Süleymanın məsəlləri 31:10—28 ayələrində təsvir olunan «xeyirxah arvad»ın birbaşa ailənin büdcəsi ilə bağlı olan çoxlu məsuliyyətləri icra etdiyi deyilir. 13, 14, 16, 18 və 24-cü ayələrə bax.

AÇAR AYƏ

“Buna görə də kişi öz ata-anasını tərk edib, qadınına qovuşacaq və onlar bir bədən olacaq” Yaradılış 2:24

MƏSLƏHƏT

Uzun illərdir evli olan bir cütlükdən soruş: ailə qurmaq üzrə olan gənclərə xoşbəxt olmaları üçün hansı məsləhəti verərdilər? (Süleymanın məsəlləri 27:17).

BİLİRSƏN... ?

Xoşbəxt ailələrdə ərlə arvad arasında yaxın dost münasibəti olur, onlar bir-birləri ilə çox gözəl ünsiyyət edir, münaqişələri necə həll edəcəklərini bilirlər. Onların gözündə nikah ömürlük bir ittifaqdır.

HƏRƏKƏT PLANI!

Gələcəkdə yaxşı həyat yoldaşı olmaq üçün artıq indidən üzərində işləməli olduğum cəhət: ․․․․․

Bu mövzu ilə bağlı valideynlərimə vermək istədiyim suallar: ․․․․․

NECƏ DÜŞÜNÜRSƏN?

● Bir çox ölkələrdə boşanmaların sayı həddən artıq çoxdur. Səncə, nəyə görə?

● Sadəcə ailədəki problemlərdən qaçmaq üçün nikaha daxil olmaq nəyə görə təhlükəlidir?

● Nikahda Müqəddəs Kitab prinsiplərinə riayət etmək nəyə görə vacibdir?

[220–ci səhifədəki yazı]

“Nikah məsuliyyətli addımdır. Yalnız üzərinə düşən öhdəçilikləri bilmək kifayət deyil, ailə quracağın adamı yaxından tanımaq da olduqca vacibdir” Aysun

[216 və 217–ci səhifələrdəki çərçivə/şəkil]

Çərçivə

Evliliyə hazırsanmı?

Bu iki səhifədə gətirilən sualları nəzərdən keçir. Onları hətta gələcək həyat yoldaşınla da müzakirə edə bilərsən. Müqəddəs Kitabdan ayələri oxumağı unutma.

Pul

□ Pula necə yanaşırsan? (İbranilərə 13:5, 6).

□ Puldan müdrikliklə istifadə etdiyin nədən görünür? (Matta 6:19—21).

□ Hal-hazırda borcun varmı? Onları qaytarmaq üçün nə edirsən? (Süleymanın məsəlləri 22:7).

□ Toy xərciniz nə qədər olacaq? Borc götürəcəksinizmi? Əgər götürəcəksinizsə, onda nə qədər götürməyiniz müdriklik olardı? (Luka 14:28).

□ Ailə qurduqdan sonra ikinizə də işləmək lazım gələcəkmi? Əgər lazım gələcəksə, bir-birinizin iş qrafikinə necə uyğunlaşacaqsınız? (Süleymanın məsəlləri 15:22).

□ Harada yaşayacaqsınız? Evə, yeməyə, pal-paltara nə qədər pulunuz çıxacaq? Bu xərcləri necə ödəyəcəksiniz? (Süleymanın məsəlləri 24:27).

Ailə

□ Valideynlərinlə və bacı-qardaşlarınla yola gedirsənmi? (Çıxış 20:12; Romalılara 12:18).

□ Ailə üzvlərinlə aranda problem yarananda necə həll edirsən? (Koloslulara 3:13).

□ «Sakit və həlim ovqatı» necə təzahür etdirirsən [sual qızlara aiddir]? (1 Peter 3:4).

□ Uşaq planlaşdırırsınızmı? (Məzmur 127:3). Əgər planlaşdırmırsınızsa, onda necə qorunacaqsınız?

□ Ailənin ruhani tələbatlarının qayğısına necə qalacaqsan [sual oğlanlara aiddir]? (Matta 5:3).

Xüsusiyyətlər

□ Əməksevər olduğunu necə göstərirsən? (Süleymanın məsəlləri 6:9—11; 31:17, 19, 21, 22, 27).

□ Fədakar olduğunu necə göstərirsən? (Filipililərə 2:4).

□ Başçılıq vəzifəsini yerinə yetirərkən İsa Məsihdən nümunə götürdüyünü necə göstərə bilərsən [sual oğlanlara aiddir]? (Efeslilərə 5:25, 28, 29).

□ Başçılıq prinsipinə necə tabe ola bilərsən [sual qızlara aiddir]? (Efeslilərə 5:22—24).

[219–cu səhifədəki şəkil]

Nikaha «atılmağa» tələsməyin — əvvəlcə üzəcəyiniz «suya» bələd olun

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş