Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • yp1 fəs. 33 s. 237—245
  • Siqaret nə dərəcədə zərərlidir?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Siqaret nə dərəcədə zərərlidir?
  • Gənclərin sualları. Praktiki məsləhətlər. Cild 1
  • Başlıqlar
  • Oxşar material
  • Siqaret haqda nə bilirsən?
  • Cavablar
  • Necə «yox» deməli?
  • Siqareti necə atmaq olar?
  • Aldanma!
  • Siqaret çəkmək günahdır?
    Müqəddəs Kitaba aid suallara cavab
Gənclərin sualları. Praktiki məsləhətlər. Cild 1
yp1 fəs. 33 s. 237—245

Fəsil 33

Siqaret nə dərəcədə zərərlidir?

Aşağıda sadalanan variantlara bax və sənə aid olanların yanında ✔ işarəsi qoy.

□ Maraqlıdır

□ Stress keçirirəm

□ Başqalarından seçilmək istəmirəm

□ Kökəlməkdən qorxuram

ƏGƏR sən 237-ci səhifədə sadalanan variantlardan hansınısa qeyd etmisənsə, onda sənin siqaret çəkən və ya çəkmək istəyən həmyaşıdlarınla ortaq cəhətin vara. Məsələn:

Maraq. «Mənim üçün çox maraqlı idi, görəsən, o, nə olan şeydir. Buna görə də, məktəbdə bir qız mənə siqaret təklif edəndə alıb gizlicə çəkdim» (Treysi).

Stress və başqalarından seçilməmək istəyi. «Məktəbdə uşaqlar: “Mən bu dəqiqə bir siqaret çəkməliyəm”, — deyir və çəkdikdən sonra: “Oxay, həyat davam edir!” deyərdilər. Gördüklərim məndə də stressli anlarımda siqaret çəkmək istəyi oyadırdı» (Nikki).

Arıqlamaq istəyi. «Bəzi qızlar kökəlməmək üçün siqaret çəkirlər, bu, pəhriz tutmaqdan daha asandır!» (Samanta).

Birinci və ya növbəti siqareti çəkməmişdən qabaq ayaq saxlayıb bir anlığa düşün. Yemə aldanıb tilova düşən balığa bənzəmə. Əslində, balığı elə də böyük mükafat gözləmir, amma bu, ona həyatı bahasına başa gəlir! Yaxşı olardı ki, Müqəddəs Kitab məsləhətinə əməl edəsən və aydın düşünə bilmək üçün zehnini işə salasan (2 Peter 3:1). Aşağıdakı suallara cavab ver.

Siqaret haqda nə bilirsən?

İrəli sürülən fikirlərin doğru və ya yanlış olduğunu qeyd et.

a. Siqaret çəkmək stressimi azaldır.

□ Doğru □ Yanlış

b. İçimə çəkdiyim bütün tüstünü havaya üfürürəm.

□ Doğru □ Yanlış

c. Hələ ki, gəncəm siqaretin səhhətimə heç bir zərəri ola bilməz.

□ Doğru □ Yanlış

ç. Siqaret çəkməklə əks cinsin diqqətini daha çox cəlb edə bilərəm.

□ Doğru □ Yanlış

d. Siqaret çəkməklə özümdən başqa heç kimə zərər vurmuram.

□ Doğru □ Yanlış

e. Siqaret çəkib-çəkməməyim Allah üçün heç bir əhəmiyyət daşımır.

□ Doğru □ Yanlış

Cavablar

a. Yanlış. Kəsmə sindromunun yaratdığı stressi siqaret çəkməklə bir müddətə aradan qaldırmaq mümkün olsa da, alimlər müəyyən etmişlər ki, əslində, nikotin stress hormonlarını çoxaldır.

b. Yanlış. Araşdırmalar göstərir ki, siqaret tüstüsünün 80 faizi insanın orqanizmində qalır.

c. Yanlış. Çox vaxt siqaret çəkməyin zərərləri tədricən üzə çıxsa da, bəzi hallarda bu, özünü dərhal büruzə verir. Elə insanlar var ki, sadəcə bir dəfə çəkməklə onlarda siqaret asılılığı yaranır. Ağciyərlərin həcmi kiçilir və insanda daimi öskürək baş qaldırır. Dəri vaxtından tez qırışır. Həmçinin siqaret cinsi zəiflik, panik qorxu və depressiya yaradır.

ç. Yanlış. Alim Lloyd Constonun araşdırmalarına görə, siqaret çəkən yeniyetmələr «çox vaxt əks cinsin diqqətini cəlb etmir».

d. Yanlış. Passiv siqaret çəkməyin nəticəsində hər il minlərlə insan həyatını itirir. Sənin siqaret çəkməyin ailənə, dostlarına və saxladığın heyvanlara zərər vurur.

e. Yanlış. Allahın rəğbətini qazanmaq istəyən insanlar «bədəni... murdarlayan hər şeydən» özlərini təmizləməlidirlər (2 Korinflilərə 7:1). Siqaretin də insan orqanizmini murdarladığına heç bir şübhə yoxdur. Əgər sən bilə-bilə natəmizliyi seçir və tütündən istifadə edərək həm özünə, həm də başqalarına zərər vurursansa, Allahın dostu ola bilməzsən (Matta 22:39; Qalatiyalılara 5:19—21).

Necə «yox» deməli?

Bəs əgər kimsə sənə siqaret təklif edərsə, onda nə edəcəksən? «Çox sağ ol, çəkmirəm», — kimi qısa, konkret cavab əksər hallarda işə yarayır. Əgər o əl çəkmir, hətta lağa qoyursa, unutma ki, son qərar sənindir. Belə deyə bilərsən:

● «Siqaretin törətdiyi fəsadlar haqda araşdırdım və belə qənaətə gəldim ki, bu, mənlik deyil».

● «Hələ canımdan bezməmişəm, yaşamaq istəyirəm».

● «Məgər özüm seçim etmək ixtiyarında deyiləm?»

Bu fəslin əvvəlində sözləri gətirilən gənclər kimi, ola bilsin, sən də bilirsən ki, ən güclü təzyiq insanın öz daxilindən gəlir. Belə olan halda, aşağıdakı sualların üzərində düşünərək daxilindən gələn səsə cavab ver:

● «Siqaret çəkməyimin mənə bir xeyri olacaqmı? Misal üçün, sadəcə başqalarından seçilməmək üçün siqaret çəkməyə başlasam, başqa heç bir ortaq cəhətimizin olmamasına baxmayaraq, onlar məni öz aralarına qəbul edəcəklərmi? Məgər sağlamlığıma zərər vurduğumu görüb sevinən insanların arasında olmaq istəyirəm?»

● «Siqaretə nə qədər pulum çıxacaq? Bu, sağlamlığıma necə təsir edəcək? Başqalarının hörmətini itirməyəcəyəm ki?»

● «Allahla dostluğumu bir siqaretəmi dəyişəcəm?»

Əgər sən artıq tora düşmüsənsə, onda necə? Bu pis vərdişdən necə yaxa qurtara bilərsən?

Siqareti necə atmaq olar?

1. Özünü inandır. Siqareti nəyə görə atmalı olduğunun səbəblərini bir vərəqə yaz və müntəzəm olaraq nəzərdən keçir. Allahın gözündə təmiz olmaq istəyi sənin üçün güclü təkan ola bilər (Romalılara 12:1; Efeslilərə 4:17—19).

2. Kömək istə. Əgər gizlincə siqaret çəkirsənsə, indi bunu etiraf etməyin vaxtıdır. Çəkdiyini gizlətdiyin adama problemini açıb-danış və kömək istə. Əgər Allaha ibadət etmək istəyirsənsə, dua edərək Ondan yardım dilə (1 Yəhya 5:14).

3. Konkret gün təyin et. Özünə iki həftə və ya az bir vaxt ver. Təqvimdə siqareti atacağın günü qeyd et. Həmin tarix barədə ailənə və dostlarına da de.

4. Axtar tap və yox et. Təyin etdiyin günə kimi otağını, maşınını və ciblərini yaxşı-yaxşı axtar və tapdığın siqaretləri yox et. Alışqanın, kibritin, külqabın, nəyin varsa hamısından azad ol.

5. Kəsmə sindromu ilə mübarizə apar. Çoxlu meyvə şirələri və ya su içməyə, həmçinin daha çox yatmağa çalış. Yadından çıxarma ki, çəkdiyin əziyyət müvəqqəti, faydası isə əbədidir!

6. Şirnikdirici təsirlərdən qaç. Siqaret çəkməyə şirnikə biləcəyin vəziyyətlərdən və yerlərdən uzaq dur. Həmçinin, ola bilsin, sənə siqaret çəkənlərlə əlaqəni kəsmək lazım gələcək (Süleymanın məsəlləri 13:20).

Aldanma!

Tütün kompaniyaları hər il reklamlara milyardlarla dollar sərf edir. Onların bir nömrəli hədəfi kimlərdir? Tütün şirkətlərinin birinin daxili sənədlərində bu sözlər yazılıb: «Bu günün gəncləri sabahın daimi müştəriləridir».

Yol vermə ki, tütün istehsalçıları sənin hesabına dolansın. Nəyə görə onların toruna düşəsən? Nə onlar, nə də siqaret çəkən həmyaşıdların sənin yaxşılığını düşünmür. Onlara qulaq asmaqdansa, «sənin xeyrinə səni [öyrədən]» Müqəddəs Kitabın məsləhətlərinə əməl et (Yeşaya 48:17).

NÖVBƏTİ FƏSİLDƏ

Dostların səni içki içməyə məcbur edirmi? Bu məsələdə həddini bilmək nəyə görə vacibdir?

[Haşiyə]

a Bu fəsildə söhbət siqaret çəkənlərdən getsə də, burada vurğulanan problem və təhlükələr tütün çeynəyənlərə də aiddir.

AÇAR AYƏ

“Bədəni... murdarlayan hər şeydən özümüzü təmizləyək” 2 Korinflilərə 7:1

MƏSLƏHƏT

Özünü bu kimi fikirlərlə aldatma: «Bircə dəfə dadına baxım...». Sonradan belə hallar yenidən təkrarlana bilər (Yeremya 17:9).

BİLİRSƏN... ?

Tüstüsüz tütün məmulatlarında, məsələn, çeynənilən tütündə nikotinin miqdarı daha çoxdur, nəinki siqaretdə. Həmçinin tüstüsüz tütünün tərkibində boğaz və ağız nahiyəsi xərçənginə tutulmaq riskini artıran kanserogen maddələrin miqdarı 25-dən çoxdur.

HƏRƏKƏT PLANI!

Sinif yoldaşlarım siqaret çəkməyə təhrik edərlərsə, mən... ․․․․․

Bu mövzu ilə bağlı valideynlərimə vermək istədiyim suallar: ․․․․․

NECƏ DÜŞÜNÜRSƏN?

● Təhlükəli olduğunu bildiyin halda nəyə görə siqaret çəkmək meyilin yarana bilər?

● Siqaretin zərərli olduğuna səni nə əmin etdi?

[240–cı səhifədəki yazı]

«Mənə siqaret təklif edəndə mən sadəcə olaraq gülümsəyir və deyirəm: “Lazım deyil, çox sağ ol, xərçəngə tutulmaq istəmirəm”» Elena

[241–ci səhifədəki çərçivə/şəkil]

Marixuana o dərəcədə zərərlidir?

«Bəziləri üçün marixuana sadəcə problemlərdən uzaqlaşmaq deməkdir, özü də tamamilə zərərsizdir», — İrlandiyada yaşayan Ellen deyir. Marixuana barədə sən də bu kimi fikirlər eşitmisən? Mif və faktları müqayisə et.

Mif. Marixuana zərərsizdir.

Fakt. Marixuanadan istifadənin pis nəticələri arasında yaddaşın və öyrənmək qabiliyyətinin zəifləməsini, eləcə də həm kişilərdə, həm də qadınlarda immun sisteminin və cinsi orqanların sıradan çıxmasını göstərmək olar. Marixuana insanda yersiz təlaş, psixoz və paranoyya kimi ruhi xəstəliklərə səbəb olur. Çox ehtimal ki, marixuana çəkən qadınlardan doğulan uşaqların davranış qaydalarında problemlər yaranır, fikirləri dağınıq olur və onlar qərar verməkdə çox çətinlik çəkirlər.

Mif. Marixuananın ziyanı siqaretdən daha azdır.

Fakt. Tütün tüstüsü ilə müqayisədə marixuana tüstüsündən orqanizmdə dörd dəfə çox qatran və beş dəfə çox karbon monooksid (dəm qazı) yığılır. Tərkibində marixuana olan 5 siqaretdə xərçəngə səbəb olan zəhərli maddələrin miqdarı bir qutu adi siqaretdə olan qədərdir.

Mif. Marixuana asılılıq yaratmır.

Fakt. Əqli və ya emosional problemləri olan yeniyetmələrdə çox asanlıqla marixuanadan asılılıq yarana bilər. Digərlərində isə asılılıq bir müddət istifadədən sonra yaranır. Araşdırmalar göstərir ki, marixuana çəkən gənclərin kokain kimi digər narkotik maddələrdən istifadə etmək təhlükəsi çox yüksəkdir.

[244 və 245–ci səhifələrdəki çərçivə/şəkillər]

Tütünün insan orqanizminə təsiri

Adətən, reklam plakatlarında siqaret çəkən insanlar sağlam və xoşbəxt görünürlər. İndi isə gəl həqiqətin gözünə düz baxaq, görək siqaret, əslində, orqanizmi nə hala salır.

Ağız boşluğu və boğaz Xərçəng

[Şəkil]

Dil xərçəngi

Ürək Ürək-damar sistemi daralır və bərkiyir, ürəyə oksigen çatmır və ürək xəstəlikləri təhlükəsi 4 dəfə artır

[Şəkil]

Tromblaşmış damar

Ağciyər Alveollar (ağciyər qovuqcuğu), nəfəs yolları məhv olur. Ağciyərin xərçəng riski 23 dəfəyə qədər artır

[Şəkil]

Siqaret çəkənin ağciyəri

Beyin Beyin iflici riski 4 dəfəyə qədər artır

Dəri Vaxtından əvvəl qocalma

Dişlər Dişlərin saralması

Mədə Xərçəng

Mədəaltı vəz Xərçəng

Sidik kisəsi Xərçəng

Böyrəklər Xərçəng

[239–cu səhifədəki şəkil]

Tilova keçən balıq kimi, siqaret çəkən də istədiyinə nail olur, ancaq bu, ona baha başa gəlir

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş