Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • yp1 fəs. 36 s. 259—264
  • Elektron cihazlara aludəyəmmi?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Elektron cihazlara aludəyəmmi?
  • Gənclərin sualları. Praktiki məsləhətlər. Cild 1
  • Başlıqlar
  • Oxşar material
  • Özünü yoxla!
  • Tarazlığı necə qorumalı?
  • Sosial media mənə necə təsir edir?
    Gənclərin sualları
  • Valideynlərim sosial mediadan istifadə etməyə icazə verməsələr, nə edim?
    Gənclərin sualları
  • Asudə vaxt
    Gənclərin sualları. Praktiki məsləhətlər. Cild 1
  • Elektron oyunlar barədə nələri bilməliyəm?
    Gənclərin sualları
Əlavə
Gənclərin sualları. Praktiki məsləhətlər. Cild 1
yp1 fəs. 36 s. 259—264

Fəsil 36

Elektron cihazlara aludəyəmmi?

«Mesajlaşmaqdan ötrü ürəyim gedir! Məncə, bundan super heç nə ola bilməz. Onsuz həyatımı təsəvvür edə bilmirəm» Elcan

VALİDEYNLƏRİNİN cavanlığında televizor və radio yeganə elektron informasiya vasitəsi idi. O vaxt telefon sadəcə telefon idi, onunla ancaq danışardılar. Telefonu məktəbə aparıb gətirmək mümkün deyildi. Yəqin, fikirləşəcəksən ki, geridəqalmışlığın dərəcəsinə bir bax! Anna adlı bir qız da belə düşünür. O deyir: «Valideynlərimin vaxtında müasir texnologiya nə gəzirdi. Onlar öz mobil telefonlarındakı bəzi funksiyaları hələ indi-indi öyrənirlər!»

Bu gün asanlıqla cibimizə yerləşən balaca bir cihazla zəng etmək, musiqiyə qulaq asmaq, nəyəsə baxmaq, oyun oynamaq, şəkil çəkmək, İnternetə girmək və dostlarına e-mail göndərmək mümkündür. Ola bilsin, sən kompüter, mobil telefon, televizor və İnternet dövründə böyüdüyündən daima onlardan istifadə etməkdə heç bir qəbahət görmürsən. Ancaq valideynlərin sənin bu kimi şeylərdən asılılığın olduğunu düşünə bilərlər. Onlar öz narahatçılıqlarını dilə gətirəndə köhnəfikirli olduqlarını düşünərək sözlərini qulaqardına vurma. Gör müdrik Süleyman padşah nə deyib: «Eşitməzdən qabaq cavab vermək səfehlik və rüsvayçılıqdır» (Süleymanın məsəlləri 18:13).

Heç fikirləşmisən, valideynlərin nəyə görə belə düşünür? Aşağıdakı suallara cavab verərək səndə texnoloji asılılığın olub-olmadığını müəyyən edə bilərsən.

Özünü yoxla!

Bir ensiklopediyaya əsasən, asılılıq — «zərərli nəticələrinə baxmayaraq, insanda əl çəkə bilmədiyi və ya çəkmək istəmədiyi vərdişin ifrat dərəcədə təkrarlanmasıdır». Gəl bu tərifdə deyilənləri bir-bir araşdıraq. Aşağıda gətirilən sitatları oxu və fikirləş gör, bu kimi şeylərə sən də yol vermisənmi. Sonra öz cavablarını yaz.

Zərərli nəticələr. «Dostlarım həmişə, hətta sükan arxasında belə mesaj yazırlar. Axı bu, çox təhlükəlidir!» (Dilbər).

«Mobil telefonum olan gündən həmişə kiməsə zəng edir və ya mesaj yazırdım. Demək olar ki, bütün günü bununla məşğul idim. Nəticədə, bu vərdişim ailə üzvlərimlə, hətta bəzi dostlarımla olan münasibətlərimə zərər vurdu. İndi fikir verirəm ki, dostlarımla bir yerdə olanda onların tez-tez söhbəti kəsib: “Bir dəqiqə dayan, qoy bu mesaja cavab yazım”, — deməsi heç də xoş deyil. Buna görə də onlarla yaxın dostluq etmirəm» (Şerli).

Sükan arxasında, sinifdə və ya yığıncaqda heç mesaj oxuduğun və ya yazdığın olubmu? ․․․․․

□ Bəli □ Xeyr

Ailə üzvlərin və ya dostlarınla ünsiyyət edərkən telefon zənglərinə, e-mail və ya mesajlara cavab vermək üçün tez-tezmi yayınırsan?

□ Bəli □ Xeyr

İstifadə etdiyin elektron vasitələr kifayət qədər yatmağına mane olurmu və ya dərslərinlə məşğul olarkən diqqətini yayındırırmı?

□ Bəli □ Xeyr

Əl çəkə bilmədiyi və ya çəkmək istəmədiyi. «Valideynlərim “mesaj xəstəsi” olduğumu deyirlər. Amma həmyaşıdlarıma baxanda, demək olar ki, mən heç yazmıram. Düzdür, valideyinlərimə nisbətən, mən daha çox mesajlaşıram. Amma bu, alma ilə portağalı müqayisə etməyə bənzəyir, axı valideynlərimin 40, mənim isə 15 yaşım var» (Ayan).

Valideynlərin və ya dostların elektron cihazlara həddindən çox vaxt sərf etdiyini deyiblərmi?

□ Bəli □ Xeyr

Onlara sərf etdiyin vaxtı azalda bilmirsən, yoxsa azaltmaq istəmirsən?

□ Bəli □ Xeyr

İfrata varmaq. «Saatlarla elektron oyunlar oynadığımdan yuxusuz qalırdım. Bütün günü bu barədə danışırdım. Ailəmdən uzaqlaşmış, oynadığım oyunların xəyal dünyasında qeyb olmuşdum» (Aydın).

Necə düşünürsən, gün ərzində elektron informasiya vasitələrinə neçə saat sərf etmək müdriklik olardı? ․․․․․

Bəs valideynlərinin fikrincə, nə qədər vaxt sərf etməlisən? ․․․․․

Gün ərzində mesaj yazmağa, televizora baxmağa, İnternetdə şəkillər yerləşdirməyə, şərhlər yazmağa, elektron oyunlar oynamağa və digər şeylərə cəmi nə qədər vaxt ayırırsan? ․․․․․

Yuxarıda yazdığın cavablara nəzər yetir. Səncə, elektron informasiya vasitələrinə həddindən çox vaxt sərf etmirsən?

□ Bəli □ Xeyr

Hər hansı bir dəyişiklik etməli olduğunu düşünürsənsə, aşağıdakı məsləhətlərin sənə köməyi dəyə bilər.

Tarazlığı necə qorumalı?

Əgər kompüter, mobil telefon və ya digər elektron informasiya vasitələrindən istifadə edirsənsə, onda aşağıdakı dörd sualı özünə ver. Müqəddəs Kitabın məsləhətlərinə və bir neçə sadə göstərişə əməl etməklə özünə hakim olmağı bacaracaq və zərərdən yan qaçacaqsan.

● Aldığım məlumatın məzmunu necədir? «Doğru, şərəfli, saleh, pak, sevilməli, təqdirəlayiq, ləyaqətli, tərifəlayiq nə varsa, bunlar haqqında daima düşünün» (Filipililərə 4:8).

✔ Et: Dostlarınla və ailə üzvlərinlə sıx ünsiyyətdə ol, sevindirici xəbərləri və düşüncələrini onlarla bölüş (Süleymanın məsəlləri 25:25; Efeslilərə 4:29).

X Etmə: Qeybət etmə, nalayiq mesajlar və ya şəkillər göndərmə, əxlaqsız videofilmlərə və proqramlara baxma (Koloslulara 3:5; 1 Peter 4:15).

● Nə zaman istifadə edirəm? «Hər şeyin öz vaxtı var» (Vaiz 3:1).

✔ Et: Telefonla danışmağa, mesajlaşmağa, televizora baxmağa və ya oyun oynamağa sərf edəcəyin vaxta məhdudiyyət qoy.

X Etmə: Elektron informasiya vasitələrinin dostlarına, ailə üzvlərinə, dərslərinə və ruhani işlərə ayırdığın vaxtı oğurlamasına icazə vermə (Efeslilərə 5:15—17; Filipililərə 2:4).

● Kiminlə ünsiyyət edirəm? «Aldanmayın! Pis dostlar yaxşı vərdişləri korlayır» (1 Korinflilərə 15:33).

✔ Et: Elektron informasiya vasitələrindən müsbət keyfiyyətlərə yiyələnməyinə kömək edən insanlarla dostluğunu möhkəmləndirmək üçün istifadə et (Süleymanın məsəlləri 22:17).

X Etmə: Özünü aldatma! E-mail, mesaj, televizor, video və ya İnternet vasitəsilə ünsiyyət qurduğun insanların standartlarını, danışıq və düşüncə tərzini əvvəl-axır mənimsəyəcəksən (Süleymanın məsəlləri 13:20).

● Nə qədər vaxt sərf edirəm? «Daha vacib şeyləri ayırd etməyi bacar» (Filipililərə 1:10).

✔ Et: Elektron informasiya vasitələrinə nə qədər vaxt sərf etdiyinə diqqət yetir.

X Etmə: Valideynlərin və ya dostların hər hansı informasiya vasitələrindən həddindən çox istifadə etdiyini deyirlərsə, onların sözlərini qulaqardına vurma (Süleymanın məsəlləri 26:12).

Yuxarıda adı çəkilən Aydın deyir: «Elektron cihazlar insanı əyləndirə bilər, amma bu, çox çəkmir. Mən onların dostlarım və ailə üzvlərimlə aramda maneə olmasına yol verməməyi öyrəndim».

ƏLAVƏ MƏLUMATI 2-Cİ CİLDİN 30-CU FƏSLİNDƏN OXU

NÖVBƏTİ FƏSİLDƏ

Sənə əylənməyə icazə versinlər deyə valideynlərini necə yola gətirə bilərsən?

AÇAR AYƏ

“Öz gözündə özünü hikmətli sanma, Rəbdən qorx, şərdən çəkin” Süleymanın məsəlləri 3:7

MƏSLƏHƏT

Telefondan istifadəni məhdudlaşdırmaq üçün dostlarına qabaqcadan de ki, onların mesajlarına, e-mail və telefon zənglərinə bəzən dərhal cavab verə bilməyəcəksən.

BİLİRSƏN... ?

Bu gün sənin İnternetdə yerləşdirdiyin şəkillər və şəxsi məlumatın gələcək iş adamları və başqaları üçün illər sonra da əlçatan ola bilər.

HƏRƏKƏT PLANI!

․․․․․ istifadəsinə sərf etdiyim vaxtı tənzimləyə bilməsəm, onda ona həftədə cəmi ․․․․․ sərf edəcəyəm.

Bu mövzu ilə bağlı valideynlərimə vermək istədiyim suallar: ․․․․․

NECƏ DÜŞÜNÜRSƏN?

● Nəyə görə insana bəzi elektron cihazlardan asılılığının yarandığını görmək çətin olur?

● Elektron cihazlara sərf etdiyin vaxta nəzarət etməsən, nə baş verə bilər?

[262–ci səhifədəki yazı]

“Televizor asılılığımın öhdəsindən gəlməkdə mənə bir neçə şeyin köməyi oldu. Özümü məcbur etdim və televizor qarşısında keçirdiyim vaxta məhdudiyyət qoydum. Problemim haqqında durmadan anamla danışırdım. Həmçinin çoxlu dua edirdim” Ketlin

[263–cü səhifədəki şəkil]

Sən elektron cihazları idarə edirsən, yoxsa onlar səni?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş