Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • jl d. 17
  • Rayon nəzarətçiləri

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Rayon nəzarətçiləri
  • Yehova Allahın müasir xalqı
  • Oxşar material
  • Allahın xalqının qayğısına qalan nəzarətçilər
    Allahın iradəsini yerinə yetirən təşkilat!
  • «İnsan timsalında hədiyyələr»in qədrini bilək
    Gözətçi qülləsi 2024
  • Hamımız qarşılıqlı olaraq ruhlanaq
    Müqəddəs ibadətimiz 2007
  • Onlar bizə xidmət etmək üçün can qoyurlar
    Məsihi həyatı və ibadəti. İş dəftəri 2023
Əlavə
Yehova Allahın müasir xalqı
jl d. 17

DƏRS 17

Rayon nəzarətçiləri

Rayon nəzarətçisi və onun yoldaşı

Malavi

Rayon nəzarətçisi təbliğ görüşü keçirir

Təbliğ xidməti görüşü

A circuit overseer in the public ministry

Ev-ev təbliğ

Rayon nəzarətçisi yığıncağın ağsaqqalları ilə görüşür

Ağsaqqallarla görüş

İncildə tez-tez İsa peyğəmbərin davamçısı Barnəbanın və həvari Bulusun adı çəkilir. Onlar bir növ səyyar nəzarətçi idilər, bir-bir yığıncaqlara baş çəkir, bacı-qardaşların imanını gücləndirirdilər. Məsələn, bir dəfə həvari Bulus qardaşların vəziyyətindən xəbər tutmaq üçün qayıdıb onlara baş çəkmək istəmişdi. O, yüzlərlə kilometr yol qət etməyə hazır idi ki, təki qardaşları imanda möhkəmləndirsin (Həvarilərin işləri 15:36). Bu gün səyyar nəzarətçilərin də məqsədi budur.

Dindaşlarını ruhlandırırlar. Rayon nəzarətçisi ildə iki dəfə təxminən 20 yığıncağa baş çəkir, hər yığıncağa ziyarəti bir həftə davam edir. Yehovanın Şahidləri bu qardaşların təcrübələrindən və əgər evlidirlərsə, onların həyat yoldaşlarının nümunələrindən bəhrələnirlər. Bu qardaşlar və onların yoldaşları yığıncaqda həm cavanlarla, həm yaşlılarla tanış olur, onlarla birgə ev-ev təbliğ edir və şagird hazırlamaq işində iştirak edirlər. Bundan başqa, rayon nəzarətçiləri ağsaqqallarla birgə bacı-qardaşları ziyarət edib ruhlandırırlar. Həmçinin yığıncaqlarda və böyük toplantılarda çıxışları ilə hamını möhkəmləndirirlər (Həvarilərin işləri 15:35).

Hamı ilə maraqlanırlar. Rayon nəzarətçiləri yığıncağın vəziyyəti ilə yaxından maraqlanırlar. Onlar ağsaqqallarla və yığıncaq xidmətçiləri ilə görüşüb yığıncağın nailiyyətlərini nəzərdən keçirir və bu qardaşlara məsuliyyətləri ilə bağlı məsləhətlər verirlər. Öncüllər də onların diqqətindən kənarda qalmır. Nəzarətçilər onlara xidmətdə püxtələşməyə kömək edirlər. Bu qardaşlar yığıncağa təzə gələnlərlə də maraqlanır, onlarla tanış olur və Allahın yolunda atdıqları addımlar barədə söhbət edirlər. Rayon nəzarətçiləri güclərini əsirgəmədən bizim xeyrimiz üçün zəhmət çəkir və bizimlə çiyin-çiyinə xidmət edirlər (2 Korinflilərə 8:23). Biz də onlar kimi möhkəm imana sahib olmalı, Allaha sadiq qalmalıyıq (İbranilərə 13:7).

  • Rayon nəzarətçiləri yığıncaqlara nəyə görə baş çəkirlər?

  • Bu ziyarətlərdən siz necə bəhrələnə bilərsiniz?

TÖVSİYƏ

Təqvimdə rayon nəzarətçisinin növbəti ziyarət tarixini qeyd edin ki, onun bütün məruzələrinə qulaq asa biləsiniz. Əgər onunla, yaxud həyat yoldaşı ilə tanış olmaq istəyirsinizsə, sizə dərs keçən adamdan xahiş edin ki, onunla birlikdə sizə dərs keçsin.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş