Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • jl d. 20
  • Rəhbərlik Şurası

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Rəhbərlik Şurası
  • Yehova Allahın müasir xalqı
  • Oxşar material
  • Bu gün Allahın xalqına kim rəhbərlik edir?
    Gözətçi qülləsi 2017
  • «Sadiq və ağıllı nökər»in rolu
    Əbədi xoşbəxt həyat! Müqəddəs Kitab dərsliyi
  • «Biz yekdilliklə qərara aldıq»
    Allahın Padşahlığı haqqında ətraflı şəhadət verək
  • Yehovanın Şahidlərinin Rəhbərlik Şurası nədir?
    Tez-tez verilən suallar
Əlavə
Yehova Allahın müasir xalqı
jl d. 20

DƏRS 20

Rəhbərlik Şurası

Birinci əsrdə rəhbərlik şurası

Birinci əsrdə rəhbərlik şurası

Birinci əsrdə yaşayan məsihilər rəhbərlik şurasının məktubunu oxuyur

Rəhbərlik şurasından gələn məktub oxunur

Birinci əsrdə Yerusəlimdə fəaliyyət göstərən rəhbərlik şurasına həvarilər və ağsaqqallar daxil idi. Bu qardaşlar bütün məsihi yığıncaqlarının ruhani rifahından ötrü vacib qərarlar qəbul edirdilər (Həvarilərin işləri 15:2). Onlar hər hansı məsələ ilə bağlı qərar verməzdən əvvəl Allahın Kəlamını araşdırır və Allahın ruhunun göstərdiyi yolla gedirdilər (Həvarilərin işləri 15:25). Müasir dövrdə də Yehovanın Şahidlərinin Rəhbərlik Şurası onlardan örnək alır.

Allahın işini irəli aparırlar. Rəhbərlik Şurasında xidmət edən məsh olunmuş qardaşlar Allahın Kəlamına dərin ehtiram bəsləyirlər. Onlar təşkilati və ruhani məsələlərlə məşğul olurlar və bu sahədə çox zəngin təcrübəyə malikdirlər. Bu qardaşlar Allahın xalqına aidiyyəti olan vacib məsələləri müzakirə etmək üçün hər həftə iclas keçirirlər. Birinci əsrdə olduğu kimi, bu gün də Müqəddəs Kitaba əsaslanan göstərişləri yığıncaqlara ya məktublar, ya səyyar nəzarətçilər, ya da başqa qardaşlar vasitəsilə çatdırırlar. Bu da Allahın xalqı arasında birliyə və yekdilliyə səbəb olur (Həvarilərin işləri 16:4, 5). Rəhbərlik Şurası ruhani qidanın hazırlanmasına, təbliğ fəaliyyətinin irəliləməsinə və qardaşlara təyinat verilməsinə rəhbərlik edir.

Allahın ruhunun göstərdiyi yolla gedirlər. Rəhbərlik Şurasına Külli-İxtiyar Yehova və yığıncağın başı İsa Məsih istiqamət verir (1 Korinflilərə 11:3; Efeslilərə 5:23). Şura üzvləri özlərini Allahın xalqının başçısı hesab etmirlər. Onlar, eləcə də bütün məsh olunmuş məsihilər İsa Məsihin «ardınca gedirlər» (Vəhy 14:4). Rəhbərlik Şurasındakı qardaşlar onlar üçün etdiyimiz dualara görə hamımıza minnətdardırlar.

  • Birinci əsrdə rəhbərlik şurasına kimlər daxil idi?

  • Bu gün Rəhbərlik Şurasının Allahın göstərdiyi istiqamətlə getdiyi nədən bəllidir?

TÖVSİYƏ

Həvarilərin işləri 15:1—35 ayələrini oxuyun. Birinci əsrdə rəhbərlik şurasının ortaya çıxan məsələni Müqəddəs Kitabın və Allahın ruhunun köməyi ilə necə müzakirə edib həll etdiyinə fikir verin.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş