Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • fg d. 2 suallar 1—5
  • Allahı tanıyaq

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Allahı tanıyaq
  • İlahi müjdə
  • Oxşar material
  • Allah kimdir?
    Gözətçi qülləsi 2011
  • Yaradanımızı yaxından tanıyaq
    Müqəddəs Kitab təlimləri
  • Allah haqqında həqiqət
    Müqəddəs Kitab əslində nə öyrədir?
  • Allahın Müqəddəs adı
    Gözətçi qülləsi 2012
Əlavə
İlahi müjdə
fg d. 2 suallar 1—5

DƏRS 2

Allahı tanıyaq

1. Nəyə görə yalnız Allaha ibadət etmək lazımdır?

Hər şeyi yaradan Allahdır. Onun nə başlanğıcı, nə də sonu vardır (Zəbur 90:2). Müqəddəs Kitabda yazılmış gözəl müjdələrin də mənbəyi Odur (1 Timutiyə 1:11). Bizə həyatı Allah bəxş etdiyi üçün yalnız Ona ibadət etməliyik. Vəhy 4:11 ayəsini oxuyun.

2. Allah haqqında nə bilirsiniz?

Allahı heç bir insan görməyib. O, ruhdur, Onu görmək mümkün deyil. Ruh cismani varlıqlardan alidir (Yəhya 4:24). Bununla belə, biz Allahın xüsusiyyətlərini Onun yaratdıqlarında görə bilərik. Məsələn, çeşid-çeşid meyvələr, al-əlvan çiçəklər Onun məhəbbət və hikmətini büruzə verir. Ucsuz-bucaqsız Kainat isə hədsiz gücünə şəhadət edir. Romalılara 1:20 ayəsini oxuyun.

Allahı daha yaxşı tanımaq üçün Müqəddəs Kitabı oxumaq lazımdır. Orada Allahın nədən razı qalıb nəyi bəyənmədiyi barədə, insanlarla necə rəftar etməsi, həmçinin müxtəlif hallara hansı münasibətlə yanaşması barədə danışılır. Zəbur 103:7—10 ayələrini oxuyun.

3. Allahın neçə adı var?

Müxtəlif dillərdə Allahın ismi Yehova

Allaha müxtəlif sifətlərlə müraciət olunur, amma Onun tək bir adı vardır. Davud peyğəmbər demişdir: «Ya Rəbbimiz Yehova, bütün dünyada ismin necə əzəmətlidir, ehtişamını göylərdən yüksəyə qaldırdın!» (Zəbur 8:1). Allahın adı müxtəlif dillərdə müxtəlif cür tələffüz olunur. Müqəddəs Kitabın 2014-cü ildə dərc edilmiş azərbaycanca tərcüməsində bu ad «Yehova» formasında işlənir. «Azərbaycan Milli Ensiklopediyası»nda «Yəhva» kimi verilib (I cild, səh. 333). Allahın sözlərini qələmə almış peyğəmbərlər Onun uca adını Müqəddəs Kitabda təxminən 7000 dəfə yazmışlar. Mətta 22:37, 38 ayələrini oxuyun.

Videoya baxın «Allahın adı varmı?»

4. Dünyadakı əzablar Allahdandırmı?

Ata ilə ana xəstə uşaqlarının qayğısına qalır

Allah çəkdiyimiz əzabları görür və tezliklə onlara son qoyacaq

Bu gün dünyada əzab-əziyyət baş alıb getdiyindən bəzi insanlar düşünür ki, Allah bizimlə maraqlanmır. Bir başqaları isə deyir ki, Allah bizi bu yolla sınağa çəkir. Amma bu belə deyil. Yaqub 1:13 ayəsini oxuyun.

Allah insana iradə azadlığı kimi misilsiz nemət bəxş edib. Əslində, insan bu azadlıqdan Allaha xoş gedən işlər üçün istifadə etməlidir (Yuşə 24:15). Əfsus ki, bir çoxları pislik yolunu seçib, buna görə də zülm getdikcə artır. Bu cür haqsızlıqları görmək Allaha qətiyyən xoş deyil. Yaradılış 6:5, 6 ayələrini oxuyun.

Yehova bizim rifahımızı düşünən Allahdır və istəyir ki, biz xoşbəxt yaşayaq. O, tezliklə əzab-əziyyətin də, onları törədən insanların da kökünü kəsəcək. Hələlik isə Allahın əzabların qarşısını almaması səbəbsiz deyil. Səkkizinci fəsildə bu səbəbləri araşdıracağıq. 2 Butrus 2:9; 3:7, 13 ayələrini oxuyun.

5. Allaha yaxınlaşmaq üçün nə etməliyik?

Qadın Allaha dua edir

Yehova Allah biz insanlara dua etməyi buyurur. Beləcə, biz Ona yaxınlaşa bilərik. O, şəxsən hər birimizlə maraqlanır (Zəbur 65:2; 145:18). Bəzən biz səhvlər edirik, amma Allah bağışlayandır. Onu razı salmaq üçün etdiyimiz cəhdlər Onun gözündən yayınmır. Deməli, günahlı olsaq da, Allaha yaxınlaşa bilərik. Zəbur 103:12—14; Yaqub 4:8 ayələrini oxuyun.

Həyatın banisi Yehova Allah olduğu üçün hamıdan və hər şeydən çox Onu sevməliyik (Mark 12:30). Allahı sevdiyimizi Onun haqqında öyrənməklə və Onun tələblərinə əməl etməklə göstərə bilərik. Beləcə, Allaha yaxınlaşarıq. 1 Timutiyə 2:4; 1 Yəhya 5:3 ayələrini oxuyun.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş