Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • yc d. 4 s. 10—11
  • O, atasını və Yehovanı sevindirdi

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • O, atasını və Yehovanı sevindirdi
  • Övladlarımızı öyrədək
  • Oxşar material
  • Allah və dostları onu sevirdi
    Gözətçi qülləsi 2011
  • İftahın vədi
    Müqəddəs Kitab hekayələri
  • İmanla davranmaq Allahın razılığını qazandırır
    Gözətçi qülləsi 2016
  • İftah nəzir deyir
    Müqəddəs Kitab dünyasına səyahət
Əlavə
Övladlarımızı öyrədək
yc d. 4 s. 10—11
Qızı balaca olanda İftah ona vaxt ayırırdı

DƏRS 4

O, atasını və Yehovanı sevindirirdi

İftah İsrail ordusunun düşmənləri üzərində qələbə çalması üçün Yehovaya dua edir

İftah Yehovaya nə söz verdi?

İftah döyüşdən evinə qayıdanda onu qarşılamağa çıxan qızını qucaqlayır

Çətin olsa da, İftahın qızı atasının sözünü yerə salmadı

Şəkildəki qızı görürsən? ~ O, İftah adlı kişinin qızıdır. Müqəddəs Kitabda bu qızın adı qeyd olunmasa da, bilirik ki, o, Yehovanın və atasının başını uca etmişdi. Gəl İftah və onun qızı barədə öyrənək.

İftah yaxşı adam idi. O, qızına Yehova haqqında öyrətmək üçün çoxlu vaxt ayırırdı. O həmçinin güclü insan və yaxşı rəhbər idi. Buna görə də israillilər ondan xahiş etdilər ki, düşmənlərinə qarşı döyüşdə onlara başçılıq etsin.

İftah qələbə çalmaq üçün duada Yehovadan kömək istədi. O, Yehovaya söz verdi ki, əgər qələbə çalarsa, evinə qayıdarkən qarşısına ilk çıxanı Ona verəcək. Həmin insan ömrünün sonuna kimi müqəddəs çadırda yaşamalı idi. O dövrdə müqəddəs çadırda insanlar Yehovaya ibadət edirdilər. Beləcə, İftah qələbə çaldı. Bilirsən, o, evə qayıdanda qarşısına birinci kim çıxdı? ~

İftahın qızı. O, İftahın yeganə övladı idi. İndi də atası qızından ayrılmalı idi. Bu, onun üçün çox ağır idi. Ancaq o, artıq söz vermişdi. Bunu görən İftahın qızı dedi: «Ata, sən Yehovaya nəzir etmisən, nəzirini yerinə yetir».

İftahın qızı məbəd üçün odun yığır; rəfiqələri onu görməyə gəlir

Hər il İftahın qızının rəfiqələri ona baş çəkirdilər

İftahın qızı üçün də asan deyildi, çünki müqəddəs çadırda xidmət edərkən o, nə ailə qura, nə də ki, oğul-uşaq sahibi ola bilərdi. Ancaq o, atasının Yehovaya verdiyi sözü yerinə yetirməyi hər şeydən üstün tutdu. Bu onun üçün ailə qurmaqdan daha vacib idi. O, ata evini tərk edib qalan ömrünü müqəddəs çadırda keçirtdi.

Necə fikirləşirsən, onun davranışı atasının və Yehovanın xoşuna gəldi? ~ Əlbəttə! Əgər sən də İftahın qızı kimi Yehova Allahı sevib Ona itaət etsən, onda həm valideynlərin, həm də Yehova səndən razı qalacaq.

MÜQƏDDƏS KITABDAN OXU

  • Qanunun təkrarı 6:4—6

  • Hakimlər 11:30—40

  • 1 Korinflilərə 7:37, 38

SUALLAR:

  • İftah kim idi? O, nə söz vermişdi?

  • Nəyə görə atasının verdiyi sözü həyata keçirmək qızı üçün çətin idi?

  • İftahın qızı üçün ən vacibi nə idi?

  • İftahın qızından hansı nümunəni götürürsən?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş