Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • yc d. 6 s. 14—15
  • Davud qorxaq deyildi

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Davud qorxaq deyildi
  • Övladlarımızı öyrədək
  • Oxşar material
  • Davud və Calut
    Müqəddəs Kitab dünyasına səyahət
  • «Bu döyüş Yehovanındır»
    Gözətçi qülləsi (kütləvi) 2016
  • Davud və Qolyat
    Müqəddəs Kitab hekayələri
  • «Mənə sənin iradənə əməl etməyi öyrət»
    Gözətçi qülləsi 2012
Əlavə
Övladlarımızı öyrədək
yc d. 6 s. 14—15

DƏRS 6

Davud qorxaq deyildi

Qorxanda nə edirsən? ~ Yəqin, tez atanla ananın yanına qaçırsan. Ancaq sənə kömək edə biləcək daha birisi də var. O, istənilən insandan daha güclüdür. Bilirsən, O kimdir? ~ Bəli, bu, Allahımız Yehovadır. İndi isə gəl Müqəddəs Kitabda adı çəkilən gənc bir oğlan haqda danışaq. Onun adı Davud idi. O bilirdi ki, Yehova həmişə ona kömək edəcək, buna görə də heç nədən qorxmurdu.

Valideynləri Davudu lap uşaqlıqdan Yehovanı sevməyi öyrədirdi. Bunun sayəsində Davud bir çox təhlükəli vəziyyətlərlə üzləşəndə belə qorxmurdu. O bilirdi ki, Yehova onun Dostudur və həmişə ona kömək etməyə hazırdır. Bir dəfə Davud qoyunları otaranda böyük bir şir sürüdən bir qoyuna hücum etmişdi. Bilirsən, Davud nə etdi? O, şirin dalınca qaçdı və onu əlləri ilə öldürdü! Başqa bir vaxt sürüyə ayı hücum edəndə Davud onu da öldürdü! Səncə, ona kim yardım etdi? ~ Düz tapdın, Yehova.

Başqa bir vəziyyətdə Davud xüsusi cəsarət göstərmişdi. İsraillilər filiştlilərə qarşı döyüşürdülər. Bir Filişt əsgəri çox böyük və yekəpər idi! Onun adı Calut idi. Bu cəngavər İsrail döyüşçülərini və Yehova Allahı ələ salırdı. O, İsrail əsgərlərini onunla döyüşməyə çağırırdı. Ancaq bu çağırışa hay verən yox idi. Hamı ondan qorxurdu. Davud bundan xəbər tutanda Caluta dedi: «Mən səninlə döyüşəcəm! Yehova mənə kömək edəcək və sən məğlub olacaqsan!» Səncə, Davud cəsarətli insan idi? ~ Sözsüz. Bilmək istəyirsən sonra nə baş verdi?

Davud sapandını və beş hamar daş götürüb həmin nəhənglə döyüşməyə getdi. Calut bu balaca oğlanı görəndə onu ələ salmağa başladı. Ancaq Davud ona dedi: «Sən mənim üstümə [qılıncla]... gəlirsən, mən isə sənin üstünə... Yehovanın adı ilə gəlirəm». Sonra o, daşı götürüb ona doğru irəliləyərək düz Calutun alnının ortasına atdı. Nəhəng Calut bir göz qırpımında yerə yıxılıb öldü! Filiştlilərin canlarına elə qorxu düşdü ki, dabanlarına tüpürüb qaçdılar. Belə bir gənc oğlan o boyda nəhəngə necə qalib gələ bildi? ~ Yehova ona kömək etdi. Yehovanın gücü istənilən nəhəngdən qat-qat üstündür!

Davud Calutu öldürür

Davud heç vaxt qorxmurdu, çünki bilirdi ki, Yehova həmişə ona kömək edəcək

Davudun hekayəsindən sən nə öyrəndin? ~ Yehova hamıdan güclüdür və O sənin dostundur. Nə vaxtsa qorxsan, unutma ki, Yehova sənə güc verə bilər.

MÜQƏDDƏS KİTABDAN OXU

  • Zəbur 56:3, 4

  • 1 İşmuil 17:20—54

SUALLAR:

  • Şir və ayı qoyunlara hücum edəndə Davud nə etdi?

  • Calut Yehovanı ələ salanda Davud ona nə dedi?

  • Davud Caluta necə qalib gəldi?

  • Nəyə görə Davud nə şirdən, nə ayıdan, nə də ki nəhəng insandan qorxmurdu?

  • Davudun nümunəsindan nə öyrəndin?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş