Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • yc d. 11 s. 24—25
  • Onlar İsa Məsih haqda yazıblar

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Onlar İsa Məsih haqda yazıblar
  • Övladlarımızı öyrədək
  • Oxşar material
  • O, Ağasından bağışlamağı öyrəndi
    İman örnəkləri
  • O, Ağasından bağışlamağı öyrəndi
    Gözətçi qülləsi 2010
  • İmana, əxlaqa və məhəbbətə dair məsləhətlər
    Müqəddəs Kitab bizə hansı xəbəri çatdırır?
  • Savadsız, sadə adamlar
    Allahın Padşahlığı haqqında ətraflı şəhadət verək
Əlavə
Övladlarımızı öyrədək
yc d. 11 s. 24—25
İsa Məsih haqda yazanlar: Mətta, Mark, Luka, Yəhya, Butrus, Yaqub, Yəhuda və Bulus

DƏRS 11

Onlar İsa Məsih haqda yazıblar

Şəkildəki kişiləri tanıyırsan? ~ Onların adı Mətta, Mark, Luka, Yəhya, Butrus, Yaqub, Yəhuda və Bulusdur. Bu insanların hamısı İsa ilə eyni dövrdə yaşayıblar və onlar İsanın həyatı haqda ağızdolusu yazıblar. Gəl onlarla tanış olaq.

Bu insanlar barədə nə bilirsən?

İsanın həyatını qələmə alanlardan üçü həvari idi və təbliğ işində onunla birgə iştirak edirdilər. Bilirsən, bu üç nəfər kim idi? ~ Bunlar Mətta, Yəhya və Butrus idi. Həvari Mətta və Yəhya İsanı çox yaxşı tanıyırdılar və onların hər biri İsa barəsində kitab yazıb. Üstəlik, həvari Yəhya «Vəhy» kitabını və öz adını daşıyan üç məktub yazıb. Həvari Butrus isə iki məktub yazıb. Onlar «Butrusun birinci məktubu» və «Butrusun ikinci məktubu» adlanır. İkinci məktubunda Butrus Yehovanın göylərdən İsa Məsihə dediyi sözləri qələmə alıb: «Bu, Mənim sevimli Oğlumdur. Mən ondan çox razıyam».

Şəkildəki digər kişilərin də yazdıqları kitablar İsa haqqındadır. Onlardan birinin adı Markdır. Ehtimal olunur ki, İsa tutulan gecə Mark da orada idi və bütün baş verənləri öz gözləri ilə görmüşdü. Digərinin adı isə Lukadır. O, həkim idi və, ola bilsin, məsihçiliyi İsanın ölümündən sonra qəbul edib.

Müqəddəs Kitabın yazılmasında iştirak edən və şəkildə gördüyün digər iki nəfər İsanın kiçik qardaşları idi. Onların adı yadındadır? ~ Onların adları Yaqub və Yəhudadır. Vaxt var idi ki, bu iki qardaş İsaya inanmırdı, hətta onu ağılsız da adlandırmışdılar. Amma sonradan onlar məsihçi oldular.

Allahın Kəlamını qələmə alanlardan sonuncusunu şəkildə görə bilərsən. Onun adı Bulusdur. İsanın davamçısı olmazdan əvvəl onun adı Şaul idi. O, məsihçilərə nifrət edir və onlarla çox qəddarcasına davranırdı. Bəs, səncə, Bulusu məsihçi olmağa nə təşviq etdi? ~ Günlərin bir günü Bulus yolla gedərkən göydən bir səs eşitdi. Bu, İsa idi. O, Bulusdan soruşdu: «Nə üçün mənə iman edənlərə aman vermirsən?» Bu hadisədən sonra Bulus tamamilə dəyişilib İsanın davamçısı oldu. O, Müqəddəs Kitabda «Romalılara məktub»dan tutmuş «İbranilərə məktub»a kimi 14 məktub yazıb.

Biz Müqəddəs Kitabı hər gün oxuyuruq və bunun sayəsində İsa peyğəmbər haqqında çox şey öyrənirik. Bəs, sən İsa haqqında daha çox öyrənmək istəyirsən? ~

MÜQƏDDƏS KİTABDAN OXU

  • 2 Butrus 1:16—18

  • Mark 3:21; 14:51

  • Yəhuda 1

  • Həvarilərin işləri 9:1—18

SUALLAR:

  • Hansı həvarilər İsa Məsih haqqında yazıblar?

  • Müqəddəs Kitabın yazılmasında iştirak edən İsanın iki qardaşının adı nədir?

  • Bulus necə məsihçi oldu?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş