Solda: Almaniyadakı bacı-qardaşlarımıza İsveçrədən göndərilən yardım, 1946-cı il; Sağda: Yaponiyada sunamidən sonra ibadət evinin bərpası, 2011-ci il
VI BÖLMƏ
Padşahlığın dəstəklənməsi. İbadət yerlərinin tikilməsi və yardım işləri
İBADƏT evinə daxil olanda oranı tanıya bilmirsiniz. Həmişə bu binaya baxanda qürur duymusunuz. Hətta, ola bilsin, bir neçə il bundan əvvəl onun tikintisində iştirak etmisiniz və çoxlu xoş xatirələriniz var. Ancaq indi ürəyiniz qürur hissindən dağa dönür: toplaşdığınız ibadət evi müvəqqəti olaraq yardım mərkəzinə çevrilib. Bu yaxınlarda yaşadığınız ərazidə daşqına və dağıntılara səbəb olan qasırğadan sonra filial komitəsi fəlakətdən əziyyət çəkənlərə dərhal qida, paltar, təmiz su və sairə göndərib. İanə edilən hər şey səliqə-sahmanla yığılıb. İbadət evi ehtiyac duyduqları şeyləri götürmək üçün gələn bacı-qardaşlarla dolur. Çoxlarının gözündən sevinc göz yaşları axır.
İsa Məsih demişdi ki, onun şagirdləri bir-birlərinə olan məhəbbətdən tanınacaqlar (Yəh. 13:34, 35). Bu bölmədə biz Yehovanın Şahidlərinin həyata keçirdikləri tikinti və yardım işlərində bu cür məhəbbətin əks olunduğunu görəcəyik. Bu məhəbbət bizim İsanın Padşahlığının rəhbərliyi altında yaşadığımıza danılmaz bir sübutdur.