Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • hf böl. 4 s. 12—14
  • Pul məsələsini necə həll etməli?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Pul məsələsini necə həll etməli?
  • Xoşbəxt ailəm
  • Başlıqlar
  • Oxşar material
  • 1 BÜDCƏ TƏRTİB EDİN
  • 2 DÜRÜST VƏ REALİST OLUN
  • Pulu necə xərcləməli?
    Gözətçi qülləsi 2009
  • Pul hər cür pisliyin köküdür?
    Müqəddəs Kitaba aid suallara cavab
Xoşbəxt ailəm
hf böl. 4 s. 12—14
Ər-arvad pullarını necə xərcləyəcəklərini götür-qoy edirlər

BÖLMƏ 4

Pul məsələsini necə həll etməli?

«Məsləhətli iş uğurlu olar» (Məsəllər 20:18).

Ailəni tam təmin edə bilmək üçün pul lazımdır (Məsəllər 30:8). Müqəddəs Kitaba əsasən, «pul... insanın sipəridir» (Vaiz 7:12). Ərlə arvada pul məsələsini müzakirə etmək çətin gələ bilər, ancaq yol vermək olmaz ki, bu, ailədə problemə çevrilsin (Efeslilərə 4:32). Onlar bir-birlərinə etibar etməli və pulu nəyə xərcləməklə bağlı bir-birinin fikrini nəzərə almalıdırlar.

1 BÜDCƏ TƏRTİB EDİN

MÜQƏDDƏS KİTAB DEYİR: «Sizdən kimsə bir qüllə tikmək fikrinə düşsə, məgər tikintini qurtarmağa gücünün çatıb-çatmayacağını bilmək üçün əvvəlcə oturub məsrəfləri hesablamaz?» (Luka 14:28). Pulu necə xərcləməyi birgə planlaşdırmaq olduqca vacibdir (Amus 3:3). Nəyə ehtiyac duyduğunuzu və nə qədər pul xərcləyə biləcəyinizi qərarlaşdırın (Məsəllər 31:16). Cibinizdə pul olanda dərhal başına daş salmayın. Bacardığınız qədər borca girməyin. İmkanlarınıza görə yaşamağa çalışın (Məsəllər 21:5; 22:7).

MƏSLƏHƏT

  • Ayın axırında pulunuz qalanda onu necə istifadə edəcəyinizə birgə qərar verin

  • Əgər büdcədən kənara çıxmısınızsa, məsrəfləri necə azaldacağınızı düşünün. Ola bilsin, siz yarımfabrikat yeməklər almaq əvəzinə, özünüz bişirmək qərarına gələcəksiniz

Ər-arvad əsas xərcləri barədə fikirləşirlər

2 DÜRÜST VƏ REALİST OLUN

MÜQƏDDƏS KİTAB DEYİR: «Təkcə Yehovanın gözündə yox, insanların gözündə də hər cəhətdən dürüst olmağa [çalışın]» (2 Korinflilərə 8:21). Nə qədər qazandığınızı və xərclədiyinizi həyat yoldaşınızdan gizlətməyin.

Maddi durumunuzla bağlı vacib qərarlar qəbul edərkən mütləq həyat yoldaşınızla məsləhətləşin (Məsəllər 13:10). Pul məsələsində açıq söhbət etmək ailədə sülhü qorumağa kömək edəcək. Qazandığınız pula şəxsi pulunuz kimi yox, bütün ailənin pulu kimi yanaşın (1 Timutiyə 5:8).

Ər-arvad əsas xərcləri barədə fikirləşirlər

MƏSLƏHƏT

  • Hərənin istədiyi kimi xərcləyə biləcəyi məbləği müəyyənləşdirin

  • Pul məsələsi barədə söhbət etmək üçün problemin yaranmasını gözləməyin

PULA MÜNASİBƏT

Pul nə qədər vacib olsa da, onun ailədə problem yaratmasına və lazımsız yerə narahatçılığa səbəb olmasına yol verməyin (Mətta 6:25—34). Həyatdan zövq almaq üçün çoxlu pula ehtiyac yoxdur. Müqəddəs Kitabda deyilir: «Özünüzü hər cür tamahkarlıqdan qoruyun» (Luka 12:15). Pulla ala biləcəyiniz heç bir şey nikahınız qədər dəyərli ola bilməz. Buna görə də sahib olduğunuz şeylərlə kifayətlənin və həyatda ən vacib şeyin Allahla yaxın münasibətlər olduğunu unutmayın. Onda ailəniz xoşbəxt olacaq və Yehova sizdən razı qalacaq (İbranilərə 13:5).

ÖZÜNÜZDƏN SORUŞUN...

  • Borca girməmək üçün ailəmə nə kömək edə bilər?

  • Axırıncı dəfə nə vaxt həyat yoldaşımla büdcəmizi müzakirə etmişik?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş