Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • hf böl. 7 s. 22—25
  • Uşağa necə təlim-tərbiyə verməli

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Uşağa necə təlim-tərbiyə verməli
  • Xoşbəxt ailəm
  • Başlıqlar
  • Oxşar material
  • 1 ÜNSİYYƏTƏ AÇIQ OLUN
  • 2 NƏ DEMƏK İSTƏDİKLƏRİNİ BAŞA DÜŞMƏYƏ ÇALIŞIN
  • 3 SÖZÜNÜZ BİR OLSUN
  • 4 PLANLI ŞƏKİLDƏ HƏRƏKƏT EDİN
  • Uşağı körpəlikdən tərbiyə edin
    Ailə xoşbəxtliyinin sirri
  • Valideynlər, uşaqlarınızı məhəbbətlə tərbiyə edin
    Gözətçi qülləsi 2007
  • Uşaqların tərbiyəsində Müqəddəs Kitab kömək edə bilərmi?
    Gözətçi qülləsi 2004
  • Ailənizi ruhən möhkəmləndirin
    Gözətçi qülləsi 2001
Əlavə
Xoşbəxt ailəm
hf böl. 7 s. 22—25
Ata və oğul velosipedi birgə təmir edirlər

BÖLMƏ 7

Uşağa necə təlim-tərbiyə verməli?

«Bu gün sənə əmr etdiyim sözlər ürəyinə həkk olub qalsın, onları övladına aşıla» (Qanunun təkrarı 6:6, 7).

Ailənin Banisi olan Yehova valideynlərə övladlarını tərbiyə etməyi həvalə edib (Koloslulara 3:20). Onların üzərinə uşaqlarına Yehovaya məhəbbət aşılamaq və məsuliyyətli bir insan kimi böyütmək vəzifəsi düşür (2 Timutiyə 1:5; 3:15). Siz həmçinin oğlunuzun və ya qızınızın ürəyindən nələr keçdiyindən agah olmalı və onlara nümunə qoymalısınız. Əgər Yehovanın kəlamları sizin ürəyinizdə dərin kök salarsa, onda onları övladınıza aşılamaq asan olacaq (Zəbur 40:8).

1 ÜNSİYYƏTƏ AÇIQ OLUN

MÜQƏDDƏS KİTAB DEYİR: «Hər bir insan eşitməyə hazır olmalı, danışmağa... tələsməməlidir» (Yaqub 1:19). Əlbəttə, övladınızın sizinlə sərbəst olmasını istəyirsiniz. Uşaqlar isə sizin onları hər zaman dinləyəcəyinizə əmin olmalıdırlar. Evdə sülh və əmin-amanlıq hökm sürməlidir ki, uşaqlar öz fikirlərini və hisslərini sərbəst şəkildə ifadə edə bilsinlər (Yaqub 3:18). Əgər sizin onları tənqid edəcəyinizdən və öyüd-nəsihət verəcəyinizdən çəkinsələr, çətin ki, ürəklərini sizə açsınlar. Səbirli olun və uşaqlarınızı sevdiyinizi tez-tez dilə gətirin (Mətta 3:17; 1 Korinflilərə 8:1).

MƏSLƏHƏT

  • Uşaq söhbət etmək istəyəndə ona qulaq asın

  • Uşaqlarla təkcə problem yarananda yox, həmişə söhbət edin

2 NƏ DEMƏK İSTƏDİKLƏRİNİ BAŞA DÜŞMƏYƏ ÇALIŞIN

MÜQƏDDƏS KİTAB DEYİR: «Məsələyə anlayışla yanaşan uğur tapar» (Məsəllər 16:20). Hərdən uşağın sözlərinin arxasında hansı hisslərin gizləndiyini dərhal başa düşmək olmur. Vəziyyəti şişirtmək və ya əslində nəzərdə tutmadıqları şeyləri demək yeniyetmələrə xasdır. «Dinləmədən cavab vermək səfehlik və rəzillikdir» (Məsəllər 18:13). Dərhal özünüzdən çıxmayın (Məsəllər 19:11).

Ana qızına kəskin reaksiya göstərir

MƏSLƏHƏT

  • Uşaq nə deyirsə desin, onun sözünü kəsməməyə və kəskin reaksiya göstərməməyə qətiyyətli olun

  • Onların yaşında özünüzün necə fikirləşdiyinizi və sizin üçün nəyin daha vacib olduğunu yadınıza salın

3 SÖZÜNÜZ BİR OLSUN

MÜQƏDDƏS KİTAB DEYİR: «Oğlum, atanın tərbiyəsinə qulaq as, ananın öyüd-nəsihətini rədd etmə» (Məsəllər 1:8). Övladlarını tərbiyə etməyi Yehova həm ataya, həm də anaya tapşırıb. Valideynlər, uşaqlarınıza sizə hörmət etməyi və qulaq asmağı öyrədin (Efeslilərə 6:1—3). Siz «yekdil və həmfikir» olmayanda uşaqlar dərhal bunu hiss edir (1 Korinflilərə 1:10). Aranızda yaranan fikir ayrılıqlarını uşaqların yanında yox, təklikdə həll etməyə çalışın, əks təqdirdə, valideynlik nüfuzunuz sarsılacaq.

Ata övladına anasının və qardaşının yanında yox, başqa otaqda məsləhət verir

MƏSLƏHƏT

  • Uşaqlara necə tərbiyə və cəza verəcəyinizlə bağlı bir razılığa gəlin

  • Əgər uşaqların tərbiyəsi ilə bağlı həyat yoldaşınızla fikirləriniz üst-üstə düşmürsə, bir-birinizin nöqteyi-nəzərini başa düşməyə çalışın

4 PLANLI ŞƏKİLDƏ HƏRƏKƏT EDİN

MÜQƏDDƏS KİTAB DEYİR: «Uşağa düzgün yolu öyrət» (Məsəllər 22:6). Ancaq uşaq öz-özünə tərbiyəli və savadlı olmur. Necə hərəkət edəcəyinizi qabaqcadan ölçüb-biçin və unutmayın ki, uşağın tərbiyəsinə onu islah etmək də daxildir (Zəbur 127:4; Məsəllər 29:17). Lakin islah etmək heç də cəzalandırmaq demək deyil. Uşağa ondan nəyə görə hər hansı qaydaya əməl etmək tələb olunduğunu başa almaq lazımdır (Məsəllər 28:7). Həmçinin ona Yehovanın Kəlamını sevməyi öyrədin və oradakı prinsipləri anlamağa kömək edin (Zəbur 1:2). Bunun sayəsində onun vicdanı düzgün tərbiyə olunacaq (İbranilərə 5:14).

MƏSLƏHƏT

  • Uşaqlarınıza Allahın etibar edə biləcəkləri real varlıq olduğunu başa düşməyə kömək edin

  • Onlara İnternet və sosial şəbəkələrin əxlaqi cəhətdən necə təhlükəli ola biləcəyini görməyə və onlardan uzaq durmağa kömək edin. Onlara özlərini azyaşlıları cinsi əxlaqsızlığa sürükləyənlərdən necə qoruya biləcəklərini izah edin

Uşaq vəftiz olana qədər Yehovaya xidmət etməyi valideynlərindən öyrənir

«Uşağa düzgün yolu öyrət»

YEHOVA CƏHDLƏRİNİZƏ XEYİR-DUA VERƏCƏK

Valideynlərə övladlarına Yehovanın bu və ya digər məsələlərə necə baxdığını öyrətmək kimi vacib tapşırıq həvalə olunub (Efeslilərə 6:4). Yehova bilir ki, bu, elə də asan iş deyil, ancaq əmin ola bilərsiniz ki, əməyiniz hədər getməyəcək; zəhmətinizin bəhrəsi Allaha izzət, sizə isə sevinc gətirəcək! (Məsəllər 23:24).

ÖZÜNÜZDƏN SORUŞUN...

  • Necə edə bilərəm ki, övladım mənimlə hər mövzuda sərbəst danışa bilsin?

  • Uşaqların tərbiyəsinə dair başqa valideynlərdən nə öyrənə bilərəm?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş