Nəğmə 140
Öncül həyatı
Oyanıb sübh tezdən, günəşdən də əvvəl,
Allaha şükr edib
Yollanırıq bizlər xidmətə.
Çöhrədə təbəssüm biz yayarıq müjdə.
Tükənməz əzmimiz,
Can qoyarıq bizlər bu işdə.
(NƏQARƏT)
Biz seçdik bu yolu,
Müntəzirik əmrə,
Var olan Allaha bağlandıq.
Nə boran, nə isti
Qorxutmaz bizləri,
Çün Yehova, Sənə biz qəlbdən aşiqik!
Axşamlar xidmətdən biz gəlsək də yorğun,
Şükr edirik qəlbdən
Nə xoşbəxtik, İlahi, bizlər!
Ömrümüz mənalı, getmir əsla hədər.
Rəbb Yehova bizə
hər günün ruzisin yetirər.
(NƏQARƏT)
Biz seçdik bu yolu,
Müntəzirik əmrə,
Var olan Allaha bağlandıq.
Nə boran, nə isti
Qorxutmaz bizləri,
Çün Yehova, Sənə biz qəlbdən aşiqik!
(Həmçinin baxın: Yuş. 24:15; Zəb. 92:2; Rom. 14:8.)