Nəğmə 153
Nə hiss edirsən sən?
Nə hiss edirsən sən
Təbliğdə olan zaman?
Sevinirmi ürəyin,
Pərvaz edir qəlbin?
Ən yaxşısın versən,
Əvəzi gələr Rəbdən.
O görür ürəkləri,
Seçir saf qəlbləri.
(NƏQARƏT)
Sevincimiz aşıb-daşır,
Xidmət bizə çox zövq verir.
Mədh qurbanı təqdim edək
Rəbbi şad eyləyək.
Hay verəndə insan
Edəndə qəlbdən iman,
Bunları görən zaman
Nə hiss edirsən sən?
Kimi üz döndərir,
Kimisi inkar edir.
Bizsə fəxrlə Allahın
Bəyan edək ismin.
(NƏQARƏT)
Sevincimiz aşıb-daşır,
Xidmət bizə çox zövq verir.
Mədh qurbanı təqdim edək
Rəbbi şad eyləyək.
Nə hiss edirsən sən
Rəbb kömək edən zaman?
Arxayındır ürəyin
Atmaz səni Rəbbin?
Əzmlə təbliğ edək,
Nəvazişlə öyrədək.
Səsləyək, vaxt azalır,
Biçin işi bitir.
(NƏQARƏT)
Sevincimiz aşıb-daşır,
Xidmət bizə çox zövq verir.
Mədh qurbanı təqdim edək
Rəbbi şad eyləyək.
(Həmçinin baxın: Həv. 13:48; 1 Salon. 2:4; 1 Tim. 1:11.)