Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • jy fəs. 47 s. 118—s. 119 abz. 6
  • Yairin qızı dirilir

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Yairin qızı dirilir
  • İsa peyğəmbər. Yol, həqiqət, həyat
  • Oxşar material
  • Göz yaşları sevincə çevrilir
    İsa Məsihin həyatı və xidməti
  • İsa ölüləri dirildir
    Müqəddəs Kitab hekayələri
  • Ölüm yuxusundan ayılmaq mümkündür!
    Böyük Müəllimdən öyrən
  • İsa Məsih çoxlu möcüzələr göstərir
    Müqəddəs Kitab dünyasına səyahət
Əlavə
İsa peyğəmbər. Yol, həqiqət, həyat
jy fəs. 47 s. 118—s. 119 abz. 6
İsa peyğəmbər Yairin qızını dirildir

FƏSİL 47

Yairin qızı dirilir

MƏTTA 9:18, 23—26 MARK 5:22—24, 35—43 LUKA 8:40—42, 49—56

  • İSA PEYĞƏMBƏR YAİRİN QIZINI DİRİLDİR

Yair İsa peyğəmbərin qanaxmadan əziyyət çəkən qadını sağaltdığını görür. Qızının artıq öldüyünü düşünsə də, əmindir ki, peyğəmbər onu dirildə bilər (Mətta 9:18). Bəs görəsən, qıza hələ də ümid var?

İsa Məsih hələ sağaltdığı qadınla danışmaqda ikən bir neçə kişi gəlib Yairə deyir: «Qızın öldü. Daha Ustada əziyyət vermə» (Mark 5:35).

Bu, necə də bəd xəbərdir! Cəmiyyətdə hörmət-izzət sahibi olan bu kişi indi acizdir, onun gözünün ağı-qarası yeganə qızı ölüb. Söhbəti eşidən İsa peyğəmbər dönüb Yairə toxtaqlıq verir: «Qorxma, sən bircə inan» (Mark 5:36).

Camaat Yairin qızının ətrafına toplaşıb ağlayır

İsa peyğəmbər Yairlə birgə onun evinə gedir. Evə çatanda görürlər ki, hamı bir-birinə dəyib: kimi ağlayır, kimi şivən qoparır, kimi dərddən sinəsini döyür. Peyğəmbər içəri girib qəribə bir şey deyir: «Uşaq ölməyib, yatır» (Mark 5:39). Oradakılar bunu eşidəndə İsa peyğəmbərə gülürlər, çünki uşağın öldüyünü bilirlər. Lakin Allahın gücü ilə peyğəmbər göstərəcək ki, ölən insanı diriltmək mümkündür və bu, yatan insanı yuxudan oyatmaq kimi bir şeydir.

İsa peyğəmbər Butrus, Yaqub, Yəhya və qızın ara-anasından savayı hamını bayıra çıxarır. Sonra onlarla birgə uşağın yatdığı otağa girir. O, qızın əlindən tutub: «Talita kumi», — deyir. Bu sözün mənası «qızcığaz, səninləyəm, qalx» deməkdir (Mark 5:41). Qız o andaca durub gəzməyə başlayır. Bunu görən Yairlə arvadının sevinci yerə-göyə sığmır! Uşağın, həqiqətən də, dirildiyini sübut etmək üçün İsa peyğəmbər deyir ki, ona yemək versinlər.

Peyğəmbər şəfa verdiyi adamlara həmişə deyir ki, bu barədə heç kimə heç nə deməsinlər. O, qızın valideynlərinə də bunu tapşırır. Amma sevincək olan valideynləri və hadisənin şahidi olan digər insanlar bu xəbəri bütün əraziyə yayırlar (Mətta 9:26). Məgər siz sevdiyiniz insanın dirildiyini görsəydiniz, bunu sevinə-sevinə başqalarına danışmazdınız? Bu, İsa peyğəmbərin diriltdiyi ikinci insandır ki, Müqəddəs Kitabda qeydə alınıb.

  • Yairə hansı xəbər gətirirlər və İsa peyğəmbər ona necə toxtaqlıq verir?

  • Onlar Yairin evinə gələndə vəziyyət nə yerdə idi?

  • Nəyə görə İsa peyğəmbər ölən uşağın yatdığını deyir?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş