Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • jy fəs. 115 s. 266—s. 267 abz. 3
  • Məsihin keçirəcəyi sonuncu Pasxa bayramı

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Məsihin keçirəcəyi sonuncu Pasxa bayramı
  • İsa peyğəmbər. Yol, həqiqət, həyat
  • Oxşar material
  • İsanın sonuncu Pasxa bayramı yaxınlaşır
    İsa Məsihin həyatı və xidməti
  • «Bu... sizin üçün xatirə günü olacaq»
    Gözətçi qülləsi 2013
  • Ağanın şam yeməyi
    İsa peyğəmbər. Yol, həqiqət, həyat
  • Pasxa nə bayramıdır?
    Müqəddəs Kitaba aid suallara cavab
Əlavə
İsa peyğəmbər. Yol, həqiqət, həyat
jy fəs. 115 s. 266—s. 267 abz. 3
Yəhuda din xadimlərinin yanınadır və o, İsanı təslim etməyin əvəzində nə alacağını soruşur

FƏSİL 115

Məsihin keçirəcəyi sonuncu Pasxa bayramı

MƏTTA 26:1—5, 14—19 MARK 14:1, 2, 10—16 LUKA 22:1—13

  • YƏHUDA İSKƏRYUT İSA MƏSİHİ SATIR

  • İKİ HƏVARİ PASXA YEMƏYİNİ HAZIRLAYIR

İsa peyğəmbər Zeytun dağında dörd həvarisinin onun hüzuru və dövrün yekununa dair verdikləri sualı tam şəkildə cavablandırır.

Hadisələrlə dolu nisanın 11-i başa çatır. Onlar gecələmək üçün Beytaniyyəyə qayıdırlar. Yolda o, həvarilərinə deyir: «Siz bilirsiniz ki, iki gündən sonra Pasxa bayramıdır, insan Oğlu ələ verilib dirəkdə edam ediləcək» (Mətta 26:2).

Peyğəmbər növbəti günü, yəni çərşənbə gününü yalnız həvariləri ilə keçirir. O, dünən, yəni çərşənbə axşamı din xadimlərini insanların qarşısında məzəmmət etmişdi. Onlar Məsihi öldürmək üçün axtarırlar. Nisanın 12-si o, camaat arasına çıxmır, çünki istəmir ki, nisanın 14-ü həvariləri ilə keçirəcəyi Pasxa bayramına nəsə mane olsun.

Ancaq baş kahinlər və ağsaqqallar Pasxa bayramından əvvəl sakit dayanmırlar. Bu adamlar birlikdə baş kahin Qayafanın həyətində yığışırlar. Nəyə görə? İsa Məsih onları ifşa etdiyi üçün onlar çox pis olublar və onu tutub öldürmək üçün hiylə qururlar. Bəs bunu nə vaxt və necə edəcəklər? Onlar deyirlər: «Bayramda olmasın, yoxsa xalq ayağa qalxar» (Mətta 26:4, 5). Baş kahinlər və ağsaqqallar qorxurlar, çünki İsa peyğəmbər çoxlarının rəğbətini qazanıb.

Bu arada din xadimlərinin yanına bir nəfər gəlir. Onlar məəttəl qalırlar. Çünki bu adam İsa Məsihin həvarisi Yəhuda İskəryutdur. Ustadını satmaq fikrini Şeytan onun ağlına salıb. Yəhuda onlara deyir: «Onu sizə təslim etsəm, mənə nə verərsiniz?» (Mətta 26:15). Bu fikir onların lap ürəyincədir. Bu adamlar Yəhudaya gümüş pul verməyi qərarlaşdırırlar (Luka 22:5). Bəs onlar neçəyə sövdələşirlər? Din xadimləri böyük məmnuniyyətlə Yəhudaya 30 gümüş təklif edirlər. Maraqlıdır ki, 30 şekel bir qulun qiymətidir (Çıxış 21:32). Bununla da din xadimləri İsa Məsihə həqarət etdiklərini, yəni onun heç bir dəyəri olmadığını göstərirlər. Yəhuda o gündən İsa Məsihi camaatdan xəlvət ələ vermək üçün fürsət axtarmağa başlayır (Luka 22:6).

Günəşin qürubuyla çərşənbə günü, nisanın 13-ü başlayır. Bu, onun Beytaniyyədə qaldığı altıncı və sonuncu gecədir. Növbəti gün Pasxa bayramının son hazırlıqları görülməlidir. Nisanın 14-ü başlayandan sonra quzu alınmalı, sonra da kəsilib bütövlüklə qızardılmalıdır. Bəs bütün bunları kim hazırlayacaq və onlar harada yeyəcəklər? İsa Məsih bütün bu xırdalıqları demir. Buna görə də Yəhuda baş kahinləri bu barədə qabaqcadan məlumatlandıra bilmir.

Butrusla Yəhya əlində saxsı səhəng aparan adamın dalınca gedirlər

Çox güman ki, cümə axşamı günorta İsa Məsih Beytaniyyədən olan Butrusla Yəhyanı yola salıb deyir: «Gedin və bizə Pasxa yeməyi hazırlayın». Onlar soruşurlar: «Harada hazırlayaq?» Məsih izah edir: «Şəhərə girəndə əlində saxsı səhəng aparan bir adam görəcəksiniz. Onun girdiyi evə gedin və ev sahibinə belə deyin: “Ustad soruşur, şagirdləri ilə Pasxa yeməyini hansı otaqda yeyəcək”. O adam sizə yuxarı mərtəbədə hazırlanmış böyük bir otaq göstərəcək. Yeməyi orada hazırlayın» (Luka 22:8—12).

Şübhəsiz, ev sahibi İsa peyğəmbərin şagirdidir və yəqin, o bilir ki, peyğəmbər bayramı onun evində keçirmək istəyəcək. Bu iki həvari Yerusəlimə çatanda hər şey peyğəmbərin dediyi kimi olur. Onlar ikisi Pasxa quzusunu və 13 nəfərlik (İsa Məsih və 12 həvari üçün) bayram tədarükünü hazırlayırlar.

  • Nisanın 12-si İsa Məsih nə edir və nəyə görə?

  • Din xadimləri hansı məqsədlə bir araya gəlirlər və nəyə görə Yəhuda onların yanına gəlir?

  • Nisanın 13-ü İsa peyğəmbər Yerusəlimə kimləri göndərir və onlar nə edirlər?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş