Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • od fəs. 12 s. 123—129
  • Padşahlıq işinə dəstək olaq

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Padşahlıq işinə dəstək olaq
  • Allahın iradəsini yerinə yetirən təşkilat!
  • Başlıqlar
  • Oxşar material
  • DÜNYA MİQYASINDA
  • YIĞINCAĞIN TƏLƏBATLARINI ÖDƏMƏKLƏ
  • İANƏLƏRİN HESABLANMASI
  • RAYONUN MƏSRƏFLƏRİ
  • KASIBLARA ƏL TUTURUQ
  • NƏŞRLƏRİMİZİN PAYLANMASI
  • Padşahlıq işinin maliyyələşdirilməsi
    Allahın Padşahlığı hökmranlıq edir!
  • Allahın xalqının qayğısına qalan nəzarətçilər
    Allahın iradəsini yerinə yetirən təşkilat!
  • Xidmətinizi necə genişləndirə bilərsiniz?
    Allahın iradəsini yerinə yetirən təşkilat!
  • Hər şeyin Sahibinə nə verə bilərik?
    Gözətçi qülləsi 2018
Əlavə
Allahın iradəsini yerinə yetirən təşkilat!
od fəs. 12 s. 123—129

FƏSİL 12

Padşahlıq işinə dəstək olaq

YEHOVANIN ŞAHİDLƏRİ müjdəni «yerin ucqarlarınadək» təbliğ etməklə İsa Məsihin axırzamanla bağlı dediyi peyğəmbərliyi yerinə yetirirlər (Həv. 1:8; Mət. 24:14). Onlar insanlara ruhani inciləri çatdırmaq üçün könüllü olaraq vaxtlarını və güclərini qurban verirlər. Şahidlər əmindirlər ki, Yehova Öz əməkdaşlarının qeydinə qalacaq, buna görə də Onun Padşahlığının işini hər şeydən üstün tuturlar (Mət. 6:25—34; 1 Kor. 3:5—9). Nəticələr aydın göstərir ki, Yehova Allah onlardan razıdır və bu işə xeyir-dua verir.

DÜNYA MİQYASINDA

2 İnsanlar bizim necə təbliğ etdiyimizi, Müqəddəs Kitabı, ona əsaslanan ədəbiyyatları pulsuz payladığımızı biləndə onlarda sual yaranır: «Bu necə ola bilər?» Düzdür, Müqəddəs Kitab və ona əsaslanan ədəbiyyatlar çap etmək üçün pul lazımdır. Bu nəşrləri çap edən insanların, təbliğ işinə nəzarət edənlərin və bu işdə əməyi olan digər insanların yaşadığı Beytel binalarını tikmək və yaxşı vəziyyətdə saxlamaq üçün də pul tələb olunur. Həmçinin rayon nəzarətçilərinə, xüsusi təyinatlı müjdəçilərə, xüsusi öncüllərə və tamvaxtlı xidmətdə iştirak edən digər məsihilərə işlərini davam etdirə bilsinlər deyə müəyyən miqdarda maddi kömək göstərilir. Göründüyü kimi, istər bir ərazidə, istər bütün dünyada müjdəni təbliğ etmək üçün külli-miqdarda pul lazımdır. Bəs bu pullar haradan gəlir?

3 Yehovanın Şahidlərinin maarifləndirmə işinə dəyər verən insanlar ümumdünya təbliğ işinə ürəkdən ianə edirlər. Bu işi əsas etibarilə Yehovanın Şahidləri özləri dəstəkləyir. Onlardan bəziləri ianələrini birbaşa Yehovanın Şahidlərinin filialına göndərir. Yehovanın ibadət evinin tikintisini səxavətlə dəstəkləyən Allahın qədimdə yaşamış xidmətçiləri kimi onlar da ürəkdən ianə edirlər (Çıx. 35:20—29; 1 Saln. 29:9). Bəziləri ianə kimi öz əmlakını vəsiyyət edir, amma ianələr əsas etibarilə ayrı-ayrı şəxslər, yığıncaqlar və rayonlar tərəfindən kiçik miqdarda edilir. Bütün bu ianələr təbliğ işini davam etdirməyə kifayət edir.

Yehovanın Şahidləri təbliğ işini pulları ilə və malik olduqları başqa şeylərlə dəstəkləməyi özlərinə şərəf bilirlər

4 Yehovanın Şahidləri təbliğ işini pulları ilə və malik olduqları başqa şeylərlə dəstəkləməyi özlərinə şərəf bilirlər. İsa ilə şagirdlərində pul yığmaq üçün qutu var idi; bu qutudakı puldan onlar öz xərclərini ödəmək üçün istifadə edirdilər (Yəh. 13:29). Müqəddəs Kitabda İsaya və şagirdlərinə qulluq edən qadınlar haqqında söz açılır (Mark 15:40, 41; Luka 8:3). Həvari Bulus müjdənin təbliğ işinə dəstək olan və xidmətində ona kömək etmək istəyən insanların göstərdiyi maddi yardımı minnətdarlıqla qəbul edirdi (Filip. 4:14—16; 1 Salon. 2:9). Yehovanın Şahidləri də, birinci əsrdəki bacı-qardaşları kimi, xidmətə can yandırır və səxavət göstərir. Bunun sayəsində biz səmimi insanlara həyat suyunu havayı verə bilirik (Vəhy 22:17).

YIĞINCAĞIN TƏLƏBATLARINI ÖDƏMƏKLƏ

5 Yığıncağın tələbatları da ianələrin hesabına ödənilir. Görüşlərdə pul yığılmır, heç kimin boynuna konkret məbləğ qoyulmur. İbadət evlərində ianə qutuları qoyulur ki, «hər kəs ürəyində qət etdiyi kimi versin» (2 Kor. 9:7).

6 İanələr, ilk növbədə, ibadət evlərini yaxşı vəziyyətdə saxlamaq və qulluq etmək üçün xərclənir. Ağsaqqallar şurası qərara gələ bilər ki, ianənin bir hissəsini ümumdünya təbliğ işini dəstəkləmək məqsədilə Yehovanın Şahidlərinin filialına göndərsin. Bunun üçün yığıncaq qətnamə qəbul etməlidir. Beləcə, bir çox yığıncaqlar ümumdünya təbliğ işinə davamlı şəkildə ianə edir. Hər kəs yığıncaqda vaxtaşırı yaranan tələbatları nəzərə alarsa, ianələr barədə tez-tez elan etməyə ehtiyac qalmaz.

İANƏLƏRİN HESABLANMASI

7 Hər görüşdən sonra iki qardaş qutuya yığılan pulları çıxarıb sayır və qəbzdə qeyd edir (2 Pad. 12:9, 10; 2 Kor. 8:20). Ağsaqqallar şurası yığılan pulun filiala göndərilənə və yığıncaq üçün istifadə olunana qədər saxlanılması üçün müəyyən tədbirlər görür. Maliyyə hesabatına cavabdeh olan qardaş yığıncağın nəzərinə çatdırmaq üçün aylıq hesabat hazırlayır, ağsaqqallar şurasının koordinatoru isə hər üç aydan bir hesabatların yoxlanılmasını təşkil edir.

RAYONUN MƏSRƏFLƏRİ

8 Rayon toplantılarının, eləcə də rayonun digər məsrəfləri həmin rayona aid olan Yehovanın Şahidlərinin ianələri hesabına ödənilir. Rayon toplantısı keçirilən binada ianə qutuları qoyulur ki, könlündən keçən rayonun tələbatları üçün ianə edə bilsin. Üstəlik, daimi məsrəfləri ödəmək üçün yığıncaqlar başqa vaxtlar da ianə edə bilərlər.

9 Əslində, rayonlar öz məsrəflərini ödəmək gücündə olmalıdır, artıq qalan vəsaiti isə ümumdünya işinə ianə etməlidirlər. Əgər rayonun hesabındakı pul toplantının xərcləri üçün azdırsa, ya da növbəti toplantının xərclərini, məsələn, icarə haqqını ödəmək üçün kifayət etmirsə, rayon nəzarətçisi tədbir görəcək ki, yığıncaqlara ianə etmək barədə xatırladılsın. Hər yığıncağın ağsaqqallar şurası məsələni müzakirə edib yığıncaqlarının rayonun tələbatı üçün nə qədər ianə edə biləcəyini müəyyən edəcək. Bu ianəni etmək üçün qətnamə qəbul edilməlidir.

10 Rayondakı ağsaqqalların həll etməli olduğu maliyyə məsələsi qalxarsa, rayon toplantısı günü rayondakı ağsaqqalların görüşü keçirilməlidir. Müəyyən olunmuş rayon xərcləri ilə bağlı qərarlar istisna olmaqla, bütün qərarlar ağsaqqallar tərəfindən qətnamə şəklində qəbul olunmalıdır. Qətnamə konkret məbləğlə bağlı qəbul olunmalıdır və hər dəfə rayonun büdcəsindən pul ayırmaq məsələsi qalxanda bunu etmək lazımdır.

11 Rayonun hesabının vaxtaşırı yoxlanılması üçün tədbirlər görülür.

KASIBLARA ƏL TUTURUQ

12 İsa və şagirdləri onlarda olan qutudakı puldan kasıblara əl tutmaq məqsədilə də istifadə edirdilər (Mark 14:3—5; Yəh. 13:29). Biz məsihilər də bu cür məsuliyyət daşıyırıq, çünki İsa demişdi: «Kasıblar həmişə yanınızdadır» (Mark 14:7). Bəs Yehovanın Şahidləri bu məsuliyyətin öhdəsindən necə gəlirlər?

13 Hərdən yığıncaqdakı sadiq məsihilər yaşlı, xəstə olduqları üçün, yaxud onlardan asılı olmayan başqa səbəblərə görə maddi köməyə ehtiyac duyurlar. Bundan xəbər tutan ailə üzvləri, qohumlar və başqa insanlar onlara kömək əli uzadırlar. Onlar həvari Yəhyanın növbəti sözlərinə uyğun davranmış olurlar: «Firavan yaşayan adam qardaşının korluq çəkdiyini görüb ondan şəfqətini əsirgəyirsə, belə adamda Allah məhəbbəti necə yaşaya bilər? Əziz balalar, gəlin bir-birimizi sözdə, dildə yox, əməldə, həqiqətən sevək» (1 Yəh. 3:17, 18; 2 Salon. 3:6—12). Ehtiyacı olan həmimanlılarımıza əl tutmaq da pak ibadətin bir hissəsidir (Yaq. 1:27; 2:14—17).

14 Timutiyə birinci məktubunda həvari Bulus layiqli insanlara kömək etməyin yolunu izah etmişdi. Onun məsləhəti 1 Timutiyə 5:3—21 ayələrində yazılıb. Hər bir məsihi ailə üzvlərinin qeydinə özü qalmalıdır. Yaşlı və ya xəstə insana uşaqları, nəvələri, ya da digər yaxın qohumları baxmalıdır. Bəzi hallarda bu cür insanlara dövlət və ya sosial qurumlar maddi yardım göstərir. Qohumları və ya başqa kimsə bu yardımı almaqda onlara kömək edə bilər. Elə vəziyyət yarana bilər ki, uzun illər sədaqətlə xidmət etmiş qardaşa və ya bacıya müəyyən sahədə bütün yığıncağın köməyi lazım gəlsin. Əgər onların ailə üzvləri və qohumları yoxdursa və onlara dövlət tərəfindən kifayət qədər yardım göstərilmirsə, ağsaqqallar şurası yığıncaqdan kömək istəyə bilər. Hər bir məsihi ehtiyacı olanlara kömək etməyi özünə şərəf bilir.

15 Bacı-qardaşlarımızın çoxu təqib, müharibə, daşqın, aclıq və bu axırzamanda baş verən digər fəlakətlər ucbatından ehtiyac içinə düşür (Mət. 24:7—9). Ola bilər, həmin ərazidəki yığıncaqların bir-birinə kömək etmək üçün imkanları olmasın. Belə olan təqdirdə, Rəhbərlik Şurasının idarəsi altında dünyanın başqa yerlərində yaşayan bacı-qardaşların yardımı lazımi ünvana çatdırılır. Birinci əsrdə Kiçik Asiyada yaşayan məsihilər də aclıq vaxtı Yəhudiyyədəki bacı-qardaşlarına yardım əllərini uzatmışdılar (1 Kor. 16:1—4; 2 Kor. 9:1—5). Onlardan nümunə götürməklə bacı-qardaşlarımızı sevdiyimizi və İsa Məsihin əsl davamçısı olduğumuzu sübut edirik (Yəh. 13:35).

NƏŞRLƏRİMİZİN PAYLANMASI

16 Müqəddəs Kitab və ona əsaslanan nəşrlər Padşahlıq xəbərini yaymaq işində istifadə olunan ən güclü alətlərdir. Adətən, ağsaqqallar şurası yığıncaq xidmətçilərindən birini ədəbiyyata cavabdeh təyin edir. Bu qardaş öz işinə məsuliyyətlə yanaşır. O, dəqiq qeydlər aparır, yığıncağın ehtiyatında kifayət qədər ədəbiyyatın olması üçün müəyyən tədbirlər görür.

17 Bir məsihi kimi biz çox gözəl başa düşürük ki, vaxtımız, əqli və fiziki qabiliyyətlərimiz, bacarıqlarımız, mal-mülkümüz, eləcə də həyatımız Ulu Tanrının hədiyyəsidir və onları Allahın yolunda sərf etməliyik (Luka 17:10; 1 Kor. 4:7). Allahın bəxş etdiyi bütün bu şeyləri düzgün məcraya yönəltməklə Yaradana məhəbbətimizin nə qədər dərin olduğunu göstəririk. Bilirik ki, Yehova səmimi-qəlbdən gətirilən bütün hədiyyələri ürəkdən qəbul edir. Buna görə də malik olduğumuz şeylərlə Ona şərəf gətirmək istəyirik (Məs. 3:9; Mark 14:3—9; Luka 21:1—4; Kol. 3:23, 24). İsa demişdi: «Təmənnasız almısınız, təmənnasız da verin» (Mət. 10:8). Yehovanın yolunda canımızı və malımızı əsirgəməsək, tükənməz sevinc duyacağıq (Həv. 20:35).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş