Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • rj h. 3 s. 8—9
  • İnciklik. Şikayətlənməyə əsasımız olanda

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • İnciklik. Şikayətlənməyə əsasımız olanda
  • Yehovaya geri dön
  • Başlıqlar
  • Oxşar material
  • Heç kim bizi «Allahın məhəbbətindən ayıra bilməz»
  • «Mənə elə gəlirdi ki, Yehova Özü mənimlə danışır»
  • Ürəkdən bağışlayın
    Gözətçi qülləsi 2015
  • «Axır ki, qovuşduq!»
    Yehovanın Şahidlərinin illik fəaliyyəti 2016
  • Yehovanın əfvi bizə örnəkdir
    Gözətçi qülləsi 2025
  • Yehova bağışlamağı bacaranlardan razıdır
    Gözətçi qülləsi 2022
Əlavə
Yehovaya geri dön
rj h. 3 s. 8—9

HİSSƏ 3

İnciklik. Şikayətlənməyə əsasımız olanda

«Yığıncağımızda bir bacı haqsız yerə məni ondan pul oğurlamaqda ittiham etdi. Başqaları da bunu biləndə onun tərəfini tutdular. Üstündən bir qədər keçəndən sonra həmin bacı mənə yaxınlaşıb bildirdi ki, bu işdə mənim əlim olmadığı ona məlum olub. Düzdür, o üzr istədi. Amma mənə elə gəlirdi ki, mənə çəkdirdiklərinə görə onu heç vaxt bağışlaya bilməyəcəyəm» (Linda).

BƏLİ, bacının hərəkəti Lindanı sarsıtmışdı. Bəlkə də Lindanın keçirdiyi hisslər sənə də tanışdır. Təəssüflər olsun ki, bəzilərinə yığıncaqdakıların hərəkəti elə pis təsir edir ki, onlar hətta ruhani işlərdən də soyuyurlar. Ola bilsin, səninlə də bu baş verib.

Heç kim bizi «Allahın məhəbbətindən ayıra bilməz»

Müqəddəs Kitabda yazılıb ki, məsihilər bir-birini sevməlidir (Yəhya 13:34, 35). Buna görə də həmimanlımız qəlbimizi qıranda onu bağışlamaq bizə çox çətin ola bilər. Həmimanlımızdan özümüzə qarşı haqsızlıq görəndə güclü məyusluq və qəlb ağrısı keçirə bilərik (Zəbur 55:12).

Müqəddəs Kitabda da deyilir ki, həqiqətən də, bəzi hallarda məsihi özünü elə apara bilər ki, digərinin ondan şikayətlənməyə əsası olar (Koloslulara 3:13). Amma belə vəziyyətlə özümüz üzləşəndə bununla barışmaq çətin gələ bilər. Bu vaxt Müqəddəs Kitabdan olan üç prinsipin bizə köməyi dəyə bilər.

Səmavi Atamız hər şeydən agahdır. Yehova baş verən hər şeyi, eləcə də bizə edilən haqsızlığı və nələr çəkdiyimizi görür (İbranilərə 4:13). Biz əzab çəkəndə O, bizim halımıza yanır (Əşiya 63:9). Yehova yol vermir ki, «dərd-bəla, ağrı-acı», yaxud başqa bir şey, hətta Onun hansısa xidmətçisi bizi Onun məhəbbətindən ayırsın (Romalılara 8:35, 38, 39). Məgər biz də Onun kimi davranmalı deyilik? Bəli, biz yol verməməliyik ki, nəsə, yaxud kimsə Yehova ilə aramıza girsin.

Bağışlamaq səhv hərəkətlə razılaşmaq demək deyil. Bizə qarşı haqsızlıq edənləri bağışlamağımız o demək deyil ki, biz onların hərəkətlərini kiçildirik, onlara bəraət qazandırırıq, üzürlü hesab edirik, yaxud onların hərəkətləri ilə razılaşırıq. Unutma, Yehova heç vaxt günaha bəraət qazandırmır, amma əsas varsa, günahı bağışlayır (Zəbur 103:12, 13; Həbquq 1:13). Yehova istəyir ki, biz də başqalarını bağışlayaq, yəni Onun kimi davranaq. Belə ki, O, «əbədiyyən acıqlı» qalmır (Zəbur 103:9; Mətta 6:14).

Kini ürəyimizdən silmək öz xeyrimizədir. Hansı mənada? Təsəvvür et, yerdən cəmi bir-iki kiloqramlıq daş götürürsən, qollarını irəli uzadıb onu əlində saxlayırsan. Ola bilsin, daşı bir az saxlamaq çətin olmayacaq. Amma çox saxlamaq istəsən, onda necə? Onu əlində nə qədər saxlaya bilərsən: bir neçə dəqiqə? Bir saat? Yoxsa daha çox? Sözsüz ki, qolların yorulacaq. Əslində, daşın çəkisi dəyişmir. Amma onu nə qədər çox saxlasan, o, sənə bir o qədər ağır gələcək. Kin saxlamaq da belədir. Hətta xırda şeyə görə nə qədər çox kin saxlasaq, bir o qədər də özümüzü incidəcəyik. Buna görə də Yehova istəyir ki, biz kini qəlbimizdən silək. Bəli, bu, bizim öz xeyrimizədir (Məsəllər 11:17).

İbadət evində bacı incik halda digər məsihi bacıya baxır

Kini ürəyimizdən silmək öz xeyrimizədir

«Mənə elə gəlirdi ki, Yehova Özü mənimlə danışır»

Lindaya həmimanlısına bəslədiyi kini ürəyindən silməyə nə kömək etdi? Ən əsası, o, Müqəddəs Yazıları araşdıraraq nəyə görə bağışlamalı olduğu barədə düşündü (Zəbur 130:3, 4). Bir fikir Lindaya xüsusilə təsir etdi. O anladı ki, biz başqalarını bağışlayanda Yehova da bizi bağışlayır (Efeslilərə 4:32—5:2). Öyrəndiklərinin ona necə təsir etməsi barədə o deyir: «Mənə elə gəlirdi ki, Yehova Özü mənimlə danışır».

Bir qədər sonra Linda kini ürəyindən qoparıb ata bildi. O, həmin bacını ürəkdən bağışladı. İndi onlar yaxın rəfiqədirlər. Linda Yehovaya xidmətini davam etdirir. Əmin ol ki, Yehova sənə də kömək etmək istəyir.

«Yehovaya yaxınlaş» kitabının üz qabığı

Mari adlı bir bacı deyir: «Mən yığıncaqdan uzaqlaşanda içim kinlə dolu idi. Lakin “Yehova’ya Yaklaşın” kitabı mənə Yehovanın nə qədər gözəl, qayğıkeş olduğunu xatırlatdı. Kitabı oxuduqca Allaha məhəbbətim yenidən alovlandı». Həmin kitabın 26-cı və 30-cu fəslində Yehovanın nə üçün və necə bağışladığı, həmçinin bizim Ona necə bənzəyə biləcəyimiz müzakirə olunur. Bu kitabı rus və ya türk dilində saytından tapmaq olar.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş