Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • rj h. 5 s. 12—15
  • Canını qoruyan Çobanın və Nəzarətçinin yanına qayıt

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Canını qoruyan Çobanın və Nəzarətçinin yanına qayıt
  • Yehovaya geri dön
  • Oxşar material
  • «Mənə tərəf dönün»
    Gözətçi qülləsi 2020
  • Allah səni güclü edəcək
    Yehovanı şövqlə tərənnüm edin
  • Allah səni güclü edəcək
    Yehovanı nəğmələrdə tərənnüm edin
  • Yehova üçün dəyərlisiniz!
    Gözətçi qülləsi 2021
Əlavə
Yehovaya geri dön
rj h. 5 s. 12—15

HİSSƏ 5

Canını qoruyan Çobanın və Nəzarətçinin yanına qayıt

Yəqin bu broşürdə haqqında danışılan çətinliklərdən biri və ya bir neçəsi sənə tanışdır. Əgər belədirsə, sən tək deyilsən. Allahın həm qədimdə, həm də müasir dövrdə yaşayan bir çox sadiq bəndələri oxşar çətinliklərlə üzləşiblər. Yehova onlara çətinliklərinin öhdəsindən gəlməyə kömək edib. O, sənə də kömək etməyə qadirdir.

Yehovaya dönərkən O, sənə kömək edəcək

ƏMİN OL Kİ, Yehovaya dönərkən O, sənə kömək edəcək. Sənə qayğılarının öhdəsindən gəlməyə, incikliyi dəf etməyə, habelə vicdan əzabından qurtulub əqlən və ruhən rahatlıq tapmağa yardım edəcək. Onda qəlbində yenidən dindaşlarınla birgə Yehova Allaha xidmət etmək istəyi oyanacaq. Birinci əsrdə də bəzi məsihilərlə belə olmuşdu. Həvari Butrus onlar haqda yazmışdı: «Siz yolunu azmış qoyunlar kimi idiniz, ancaq indi canınızı qoruyan çobanın və nəzarətçinin yanına qayıtdınız» (1 Butrus 2:25).

Yehovaya dönməklə sən ən düzgün addımı atacaqsan. Bununla Yehovanın qəlbini sevindirəcəksən (Məsəllər 27:11). Bildiyin kimi, Yehovanın hissləri var və bizim hərəkətlərimiz Onu ya sevindirir, ya da kədərləndirir. Sözsüz ki, Yehova bizi Onu sevməyə, Ona xidmət etməyə məcbur etmir (Qanunun təkrarı 30:19, 20). Müqəddəs Kitab üzrə bir alim bu fikrə belə bir şərh vermişdi: «İnsanın ürəyinin qapısının bayır tərəfdə dəstəyi yoxdur. O, yalnız içəridən açılır». Yehovaya ürəkdən, məhəbbətdən irəli gələrək ibadət edəndə bu qapını açırıq. Belə edəndə biz Ona sadiq olduğumuzu göstəririk. Yehova üçün bundan dəyərli hədiyyə yoxdur. Bu, Onun ürəyini çox sevindirir. Həqiqətən də, Yehovaya layiqincə ibadət edəndə duyduğumuz xoşbəxtliklə heç bir şey müqayisəyə gəlməz (Həvarilərin işləri 20:35; Vəhy 4:11).

Qeyri-fəal bacı yığıncağa qayıdarkən onu sevinclə qarşılayırlar

Üstəlik, sən yenidən məsihi kimi Allaha ibadət etməyə başlayanda ruhani tələbatların ödəniləcək (Mətta 5:3). Belə ki, insanlar nəyə görə dünyaya gəldiklərini bilmək istəyirlər. Onlar həyatın mənası ilə bağlı suallarına cavab axtarırlar. Çünki Yehova insanları bu cür tələbatla yaradıb. O, bizi elə yaradıb ki, Ona ibadət etmək bizə xoşbəxtlik gətirsin. Yehovaya məhəbbətdən irəli gələrək ibadət etdiyimizi anlayanda duyduğumuz məmnunluq heç nə ilə müqayisə oluna bilməz (Zəbur 63:1—5).

Bil ki, Yehova sənin Ona dönməyini istəyir. Çoxlu dualarla, böyük diqqətlə sənin üçün bu broşür hazırlanıb. Yəqin ki, bu broşürü sənə ağsaqqal və ya hansısa həmimanlın verib. Sən bunu artıq oxumusan, burada yazılanlara hay vermisən. Bütün bunlar sübut edir ki, Yehova səni unutmayıb. Əksinə, O, yenidən səni nəvazişlə Özünə cəlb edir (Yəhya 6:44).

Bəli, Yehova itən xidmətçilərini heç vaxt unutmur. Bunu bilmək necə də xoşdur. Donna adlı bir bacı bunu öz üzərində hiss etmişdi. O deyir: «Mən yavaş-yavaş həqiqətdən uzaqlaşmışdım. Ancaq Zəbur 139:23, 24 ayələrindəki sözləri tez-tez fikirləşirdim: “Xudaya, məni yoxla, qəlbimi öyrən, məni imtahan et, narahat düşüncələrimi bil, gör məndə pis meyil varmı. Əbədiyyət yolunda mənə bələdçi ol!” Bilirdim ki, mən bu dünyaya məxsus deyiləm. Heç cür dünyaya uyğunlaşa bilmirdim. Həm də anlayırdım ki, mənim yerim Yehovanın təşkilatıdır. Yavaş-yavaş başa düşdüm ki, Yehova məni atmayıb. Sadəcə mən Ona dönməli idim. Çox xoşbəxtəm ki, bu addımı atdım!»

«Yavaş-yavaş başa düşdüm ki, Yehova məni atmayıb. Sadəcə mən Ona dönməli idim»

Biz dua edirik ki, sən də «Yehovanın bəxş etdiyi sevinci» yenidən dadasan (Nəhəmya 8:10). Yehovaya döndüyün üçün heç vaxt peşman olmayacaqsan.

Geri dönməklə bağlı yaranan suallar

NƏDƏN BAŞLAYIM?

Qeyri-fəal bacı Müqəddəs Kitabı oxuyur

Adətən, xəstə normal həyata tədricən qayıdır. Sən də ruhani gücünü bərpa etmək üçün hər gün heç olmasa bir az ruhani qida qəbul etməlisən. Düşünmə ki, hər şeyi birdən etməlisən. Bir neçə dəqiqə vaxt ayırıb Müqəddəs Kitabı oxu, hansısa bir nəşri araşdır, jw.org saytına daxil ol və ya saytdakı «JW televiziyası» bölməsində yerləşən aylıq proqramlardan birinə bax. Həmçinin, yığıncaqlara getməyi yubatma. Ən əsası, Yehovaya dua et və Ondan kömək istə. Bütün qayğılarını Onun üzərinə qoy, çünki O, qayğını çəkir (1 Butrus 5:7).

«Qeyri-fəal olandan sonra dua etməyə də üzüm yox idi. Cəsarətimi toplayıb dua edəndən sonra yığıncaqdan bir ağsaqqal mənə baş çəkdi. O, mənə başa saldı ki, Yehova məndən əlini üzməyib. Ağsaqqal birinci addım kimi, Müqəddəs Kitabı hər gün oxumağı məsləhət gördü. Müqəddəs Kitabı oxuyanda yığıncağa qayıtmağa gücüm oldu. Bir vaxtdan sonra yenidən təbliğ etməyə başladım. Sevinirəm ki, Yehova məndən əlini üzmədi» (Eva).

YIĞINCAQ MƏNİ NECƏ QARŞILAYACAQ?

Arxayın ol ki, yığıncağın üzvləri səni sevinclə qarşılayacaq. Onlar səni nə tənqid, nə də mühakimə edəcək. Əksinə, səni məhəbbətlə əhatə edəcək və səni ruhlandırmaq üçün əllərindən gələni edəcəklər (İbranilərə 10:24, 25).

«İbadət evinə gəlməyə utanırdım. Narahat idim ki, görəsən, dostlarım məni necə qarşılayacaq. Otuz il qabaq həmin yığıncaqda gördüyüm yaşlı bir bacı yaxınlaşıb mənə dedi: “Evinə xoş gəlmisən, oğlum!” Bu, məni kövrəltdi. Bəli, mən öz evimə qayıtmışdım» (Xavyer).

«İbadət evində heç kimin gözünə görünməyim deyə axırıncı cərgədə oturdum. Ancaq məni uşaq vaxtı yığıncaqda görənlərin çoxu məni tanıdı. Onlar məni sevinclə qarşılayıb bağırlarına basdılar. Ürəyimə rahatlıq çökdü. Sanki evimə gəlmişdim» (Marko).

AĞSAQQALLAR MƏNƏ NECƏ KÖMƏK EDƏCƏK?

Ağsaqqallar səninlə mehriban rəftar edəcəklər. Onlar «əvvəlki məhəbbətin»i alovlandırmaq istədiyinə görə səni tərifləyəcəklər (Vəhy 2:4). Sənə şəfqətlə, «mülayimcəsinə» səhvlərini düzəltməyə yardım edəcəklər (Qalatiyalılara 6:1; Məsəllər 28:13). Ola bilsin, ağsaqqallar kiməsə səninlə «Əbədi xoşbəxt həyat!» və ya «Yehovaya yaxınlaş» kitabı (rus.) ilə dərs keçməyi tapşıracaq. Əmin ol ki, ağsaqqallar sənə təsəlli verəcək, atacağın hər addımda sənə dayaq olacaqlar (Əşiya 32:1, 2).

«Qeyri-fəal olduğum səkkiz il ərzində ağsaqqallar həmişə mənə baş çəkiblər. Bir dəfə ağsaqqal mənə birgə çəkdirdiyimiz şəkilləri göstərdi. Şəkillərə baxanda beynimdə çoxlu xoş xatirələr canlandı. Yehovaya xidmət edən vaxtlarda duyduğum sevincin xiffətini çəkdim. Ağsaqqallar mənə ruhani işlərə qayıtmağa kömək etdilər» (Viktor).

«Allah səni güclü edəcək»

İki bacı yığıncaqda birgə nəğmə kitabından mahnı oxuyur

Ruhani fəaliyyətini bərpa edərkən «Yehovanı nəğmələrdə tərənnüm edin» adlı nəğmə kitabımızdakı bir çox nəğmələr sənə mənəvi rahatlıq tapmağa və ruhlanmağa kömək edə bilər. Məsələn, 38-ci nəğmənin sözlərinə fikir ver. Nəğmə 1 Butrus 5:10 ayəsinə əsaslanaraq «Allah səni güclü edəcək» adlanır.

  1. Allah-Taala açdı sənə həqiqəti,

    Şəfəq saçdı, nurlu yola çıxdın.

    Rəbb qəlbində gördü o saf niyyətini —

    Saleh işlər görməkdir amalın.

    Vəfa andı içdin Allahına,

    Sadiq qalır O, əhdi-peymana.

  2. Sənin üçün Allah Oğlun etdi fəda,

    İstər olasan daim yenilməz.

    Unutma ki, Allah qıydısa Oğluna,

    Səndən heç vaxt gücün əsirgəməz!

    Yehova unutmaz zəhmətini,

    Darda qoymaz sadiq bəndəsini.

    (NƏQARƏT)

    Yehovaya məxsussan, satın alıb səni.

    Qoymaz sarsılmağa, tutar O, əlini.

    Düzgün yol göstərərək hifz edər canını.

    Qoymaz sarsılmağa, güclü edər səni.

«Yehovanı nəğmələrdə tərənnüm edin» vokal ifası

Bu və digər Padşahlıq nəğmələrinin musiqisini dinləmək üçün jw.org saytına daxil ol.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş