Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • ypq sual 7 s. 21—23
  • Məni cinsi əlaqəyə təhrik edəndə nə edim?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Məni cinsi əlaqəyə təhrik edəndə nə edim?
  • Gənclərin 10 sualına cavab
  • Oxşar material
  • Cinsi əlaqə münasibətlərimizi möhkəmləndirəcəkmi?
    Gənclərin sualları. Praktiki məsləhətlər. Cild 1
  • Həmyaşıdlarımın cinsi əlaqəyə girmək təhrikinə necə uymayım?
    Gənclərin sualları
  • Cinsi əlaqəyə dair baxışımı necə izah edə bilərəm?
    Gənclərin sualları
  • Oral seksi cinsi əlaqə saymaq olar?
    Gənclərin sualları
Əlavə
Gənclərin 10 sualına cavab
ypq sual 7 s. 21—23
Yeniyetmə qız oğlanın təklifini qəti şəkildə rədd edir

7-Cİ SUAL

Məni cinsi əlaqəyə təhrik edəndə nə edim?

NƏYƏ GÖRƏ MÜHÜM MƏSƏLƏDİR?

Cinsi yaxınlıqla bağlı verdiyin qərar bütün həyatına təsir edəcək.

SƏN NƏ EDƏRDİN?

Belə bir səhnəni təsəvvür et: Fidanla Mahir cəmi iki aydır ki, görüşür, amma ona elə gəlir ki, o, Mahiri uzun illərdir tanıyır. Onlar tez-tez yazışır, saatlarla telefonla danışırlar və bir-birini bir kəlmədən başa düşürlər. Amma Mahir üçün sadəcə söhbət etmək azdır, o, daha çox şey istəyir.

Bu iki ay ərzində Mahirlə Fidan əl-ələ tutub və ötəri öpüşüblər. Fidan artıq hərəkətlərə yol vermək istəmir, amma Mahiri itirmək də istəmir. O, özünü yalnız onun yanında belə gözəl və dəyərli hiss edir. O fikirləşir: «Axı bir-birimizi sevirik,..»

Görüşmək üçün yetərincə yetkinsənsə, Fidanın yerində olsaydın, nə edərdin?

DAYAN VƏ FİKİRLƏŞ!

Paltarla şüşə silirlər

Cinsi yaxınlıq Allahın nikahda olan insanlara bəxş etdiyi ənamdır. Nikahdan əvvəl münasibətdə olmaq bu ənamı dəyərdən salır. Sanki, kimsə sənə gözəl bir paltar hədiyyə edib, sən isə onunla toz silirsən.

Əgər sən fiziki qanunlara, məsələn, cazibə qanununa tabe olmasan, xəsarət alarsan. 1 Salonikililərə 4:3 ayəsində əxlaqsızlıqdan uzaq durmaq buyrulur. Əxlaq qanunlarına tabe olmayanda da insan ziyan çəkir.

Bu qanuna tabe olmamaq nə ilə nəticələnə bilər? Müqəddəs Kitabda deyilir: «Əxlaqsızlıqla məşğul olan öz bədəninə qarşı günah işləyir» (1 Korinflilərə 6:18). Bunun həqiqət olduğunu haradan bilirik?

Mütəxəssislərin araşdırmalarına görə, nikahdan əvvəl cinsi əlaqədə olan bir çox gənc hərəkətlərinin acı nəticələrini dadıblar. Məsələn:

  • PEŞMANÇILIQ. Nikahdan əvvəl cinsi əlaqədə olan gənclərin çoxu sonradan çox peşman olduqlarını etiraf ediblər.

  • ETİBARSIZLIQ. Yaxınlıq edəndən sonra hər iki tərəf fikirləşməyə başlayır: «Görəsən, o, başqa kiminlə əlaqədə olub?»

  • MƏYUSLUQ. Əslində, hər bir qız ondan əşya kimi istifadə edən yox, ona arxa olan bir insanın yanında olmaq istəyir. Bir çox oğlanlar isə fikir vermişlər ki, özlərini onlara təslim edən qızlar sonradan gözlərindən düşür.

  • Çıxardığımız nəticə: Nikahdan əvvəl cinsi əlaqədə olmaqla sən öz ləyaqətini alçaldırsan (Romalılara 1:24). Vücudumuz Allahın bizə bəxş etdiyi qiymətli ənamdır, onu belə ucuz tutma!

Göstər ki, sən əxlaqsızlıqdan uzaq durmağa qətiyyətlisən (1 Salonikililərə 4:3). Yaxınlıq etməyə tələsmə! Gələcəkdə ailə quranda bu imkanın olacaq. Onda narahatçılıq, peşmançılıq və xəcalət hissi keçirməyəcəksən (Məsəllər 7:22, 23; 1 Korinflilərə 7:3).

NECƏ DÜŞÜNÜRSƏN?

  • Məgər səni, həqiqətən sevən insan sənin fiziki və emosional sağlamlığını təhlükə altına atar?

  • Bəs, həqiqətən də, sənin qayğına qalan biri səni Allahla münasibətlərinə zərər vuracaq şeylərə təhrik edər? (İbranilərə 13:4).

YALNIZ QIZLAR ÜÇÜN

Yeniyetmə qız oturub fikirləşir

Oğlanların bəzisi deyir ki, yaxınlıq etdikləri qızla heç vaxt ailə qurmazlar. Nəyə görə? Çünki onlar evlənmək üçün namuslu və ismətli qızlara üstünlük verirlər.

Bu, səni təəccübləndirə və hətta qəzəbləndirə bilər. Onda bir şeyi yadında saxla: nikahdan əvvəl cinsi əlaqədə olmaq filmlərdə və seriallarda gözəl bir şey kimi, zərərsiz əyləncə, hətta əsil məhəbbət kimi təqdim olunur. Əslində isə hər şey tamamilə başqa cürdür.

Bu qədər saf olma! Səni cinsi əlaqəyə cəlb etməyə çalışan kəs yalnız özünü düşünür (1 Korinflilərə 13:4, 5).

YALNIZ OĞLANLAR ÜÇÜN

Yeniyetmə qız oturub fikirləşir

Qızla görüşürsənsə, özündən soruş: «Görüşdüyüm qızın hisslərinə, həqiqətən də, önəm verirəm?» Əgər cavabın müsbətdirsə, onda bunu ən yaxşı tərzdə necə göstərə bilərsən? Güclü olub Allahın qanunlarına bağlı qalmaqla, müdrik davranıb şirnikdirici vəziyyətlərdən qaçmaqla, məhəbbət göstərib yalnız öz mənfəətini güdməməklə.

Əgər bu xüsusiyyətlər səndə varsa, onda görüşdüyün qız Şulam qızının keçirdiyi hissləri yaşayacaq. O deyirdi: «Məhbubum mənimdir, mən də onun» (Nəğmələr nəğməsi 2:16). Beləcə, sən onun ürəyini fəth edəcəksən!

MƏSLƏHƏTLƏR

Əgər kimsə cinsi əlaqədə olmaq üçün sənə: «Məni sevsəydin, razılaşardın», — deyərsə, qəti şəkildə belə de: «Əgər sən məni sevsəydin, belə şeyi dilinə gətirməzdin!»

Əks cinslə necə davranmağa dair gözəl bir qayda var: əgər hansısa hərəkətə valideynlərinin yanında yol verməzsənsə, təklikdə olanda da bunu etmə.

HƏRƏKƏT PLANI

  • Kimsə sənə cinsi əlaqədə olmağı təklif etsə, nə edərsən?

  • Hansı vəziyyətdə sənin üçün «yox» demək çətin ola bilər?

  • Bu vəziyyətlərdən qaçmaq üçün nə edə bilərsən?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş