Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • lfb d. 1 s. 8—9
  • Allah göyü və yeri yaratdı

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Allah göyü və yeri yaratdı
  • Müqəddəs Kitab dünyasına səyahət
  • Oxşar material
  • Allah yaratmağa başlayır
    Müqəddəs Kitab hekayələri
  • Heyvanlar
    Oyanın! 2015
  • Gözəl bağ
    Müqəddəs Kitab hekayələri
  • Hər şeyi yaradan Şəxs
    Böyük Müəllimdən öyrən
Əlavə
Müqəddəs Kitab dünyasına səyahət
lfb d. 1 s. 8—9
Ədən bağı

DƏRS 1

Allah göyü və yeri yaratdı

Bizi Yehova Allah yaradıb. O, bizim gördüyümüz və görmədiyimiz hər şeyi yaradıb. Gördüyümüz şeyləri yaratmazdan əvvəl, Yehova çoxlu mələklər yaratmışdı. Bilirsən, mələklər kimlərdir? Onlar Yehovanın Öz bənzərində yaratdığı varlıqlardır. Allahı görə bilmədiyimiz kimi, onları da görə bilmirik. Yehova ilk yaratdığı mələyi Özünə köməkçi seçmişdi. Həmin mələk Yehovaya ulduzları, planetləri və digər şeyləri yaratmaqda kömək etmişdi. Bu planetlərdən biri bizim gözəl evimiz olan Yer kürəsidir.

Sonra Yehova insanların və heyvanların yaşaya bilməsi üçün yer üzündə şərait qurdu. O, Yer kürəsini işıqlandırmaq üçün Günəşi yaratdı. Allah həmçinin dağları, okeanları və çayları yaratdı.

Bəs sonra nə oldu? Yehova Allah dedi: «İndi Mən otları, bitkiləri və ağacları yaradacağam». Yerdə növbənöv meyvələr, tərəvəzlər və güllər bitdi. Sonra Yehova heyvanları — göydə uçan, suda üzən, yerdə sürünən heyvanları yaratdı. O, dovşan kimi balaca və fil kimi böyük heyvanlar yaratdı. Sən ən çox hansı heyvanı xoşlayırsan?

Sonra Yehova Allah yaratdığı ilk mələyə dedi: «Gəl insan yaradaq». İnsanlar heyvanlardan fərqlənməli idi. Onların danışmaq, gülmək və dua etmək bacarığı olmalı idi. Onlar təbiəti qorumalı və heyvanların qayğısına qalmalı idilər. Bilirsən, ilk insan kim olub? Gəl öyrənək.

«Başlanğıcda Allah göyü və yeri yaratdı» (Yaradılış 1:1)

Suallar: Yehova Allah kimdir? Yehova Allah nələri yaratdı?

Yaradılış 1:1—26; Məsəllər 8:30, 31; Ərəmya 10:12; Koloslulara 1:15—17

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş