Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • lfb d. 2 s. 10—11
  • Allah ilk kişi ilə qadını yaradır

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Allah ilk kişi ilə qadını yaradır
  • Müqəddəs Kitab dünyasına səyahət
  • Oxşar material
  • İlk kişi və qadın
    Müqəddəs Kitab hekayələri
  • Nəyə görə insan qocalır və ölür?
    Gözətçi qülləsi (kütləvi) 2019
  • Sonuncu düşmən olan ölüm məhv ediləcək
    Gözətçi qülləsi 2014
  • Ədən bağında həyat necə idi?
    Allahın sözünə qulaq as və əbədiyyən yaşa
Əlavə
Müqəddəs Kitab dünyasına səyahət
lfb d. 2 s. 10—11
Adəmlə Həvva Ədən bağında

DƏRS 2

Allah ilk kişi ilə qadını yaradır

Yehova Allah yerdə bir bağ salır və bağın adını Ədən qoyur. Bu bağda çoxlu güllər, ağaclar, heyvanlar var. Sonra Allah torpaqdan ilk insan olan Adəmi yaradır və burnuna nəfəs üfürür. Bilirsən, sonra nə olur? Adəm yaşamağa başlayır! Yehova Adəmi bağın ortasına qoyur və ona tapşırır ki, heyvanlara ad versin.

Yehova Adəmə vacib tapşırıq verir. O, Adəmə deyir: «Bağdakı bütün ağacların meyvəsindən ürəyin istəyən qədər yeyə bilərsən, ancaq bir ağacın meyvəsindən yemə. Əgər bu meyvədən yesən, öləcəksən».

Sonra Yehova Allah deyir: «Adəmə köməkçi yaradacağam». Yehova Adəmi dərin yuxuya verir və onun qabırğasından birini götürüb Adəm üçün arvad yaradır. Onun adı Həvva olur. Adəm və Həvva yer üzündəki ilk ailə olur. Adəm arvadını görəndə hansı hissləri keçirir? O, çox sevinir və deyir ki, «gör Yehova mənim qabırğamdan nə yaratdı! O, mənə bənzəyir».

Yehova Adəmlə Həvvaya tapşırır ki, dünyaya uşaqlar gətirib yer üzünü doldursunlar. Allah istəyir ki, onlar yer üzünü Ədən bağı kimi gözəlləşdirsinlər. Amma təəssüf ki, belə olmur. Növbəti hekayədə bu haqda daha çox öyrənəcəyik.

«Yaradan başlanğıcdan onları kişi və qadın olaraq yaradıb» (Mətta 19:4)

Suallar: Yehova Adəmə hansı işi tapşırır? Adəmlə Həvva Allahın qadağan etdiyi ağacın meyvəsindən yesəydilər, başlarına nə gələcəkdi?

Yaradılış 1:27—31; 2:7—9, 15—23; Zəbur 115:16; Mətta 19:4—6

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş