Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • lfb d. 3 s. 14—15
  • Adəmlə Həvva Allahın sözünə qulaq asmır

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Adəmlə Həvva Allahın sözünə qulaq asmır
  • Müqəddəs Kitab dünyasına səyahət
  • Oxşar material
  • Onlar evlərindən qovulurlar
    Müqəddəs Kitab hekayələri
  • Bizdən üstün olan şəxslər
    Böyük Müəllimdən öyrən
  • Ədən bağında həyat necə idi?
    Allahın sözünə qulaq as və əbədiyyən yaşa
  • Həyat çətinləşir
    Müqəddəs Kitab hekayələri
Əlavə
Müqəddəs Kitab dünyasına səyahət
lfb d. 3 s. 14—15
Adəmlə Həvva Ədən bağını tərk edir

DƏRS 3

Adəmlə Həvva Allahın sözünə qulaq asmır

Adəm Həvvanın ona verdiyi qadağan olunmuş meyvəni əlində tutur

Bir gün Həvva tək olanda bir ilan onunla danışır. İlan deyir: «Doğrudanmı, Allah sizə deyib ki, bütün ağacların meyvəsindən yeməyəsiniz?» Həvva ona cavab verir: «Yox. Bütün ağacların meyvəsindən yeyə bilərik. Təkcə bir ağacın meyvəsindən başqa. Ondan yesək, ölərik». İlan deyir: «Ölməyəcəksiniz. Əslində, ondan yesəniz, Allah kimi olacaqsınız». Səncə, ilan düz deyir? Yox, o, yalan danışır. Ancaq Həvva ona inanır. O, meyvəyə nə qədər çox baxırsa, bir o qədər də onu yemək istəyir. Həvva meyvəni yeyir. Meyvədən Adəmə də verir. Adəm bilir ki, Allahın sözünə qulaq asmasalar, öləcəklər. Bununla belə, Adəm meyvəni yeyir.

Adəmlə Həvva Ədən bağından çıxan kimi bağın girişinə mələklər və yanan qılınc qoyuldu

Həmin gün Yehova Allah Adəm və Həvva ilə danışır. Yehova onlardan nə üçün belə etdiklərini soruşur. Həvva günahı ilanın, Adəm də Həvvanın üstünə atır. Yehova sözünə qulaq asmadıqları üçün Adəmlə Həvvanı bağdan qovur. Onların bir daha bağa girməməsi üçün oraya mələklər və yanan qılınc qoyur.

Yehova bildirir ki, Həvvanı aldadan da cəzasız qalmayacaq. Əslində, Həvva ilə danışan ilan deyildi. Yehova ilanı yaradanda ona danışmaq bacarığı verməmişdi. İlandan istifadə edərək danışan bir pis mələk idi. O, Həvvanı tələyə saldı. Bu mələk sonradan Şeytan İblis adlandı. Gələcəkdə Yehova Şeytanı məhv edəcək ki, o, bir daha insanları tələyə salıb, pis işlər görməyə təşviq etməsin.

«O, [İblis] əzəldən qatildir. O, həqiqətə bağlı qalmadı, çünki onda həqiqət yoxdur» (Yəhya 8:44)

Suallar: Həvva niyə meyvəni yedi? Yehovanın sözünə qulaq asmadıqları üçün Adəmlə Həvvanın başına nə gəldi? Şeytan İblis kimdir?

Yaradılış 3:1—24; Yəhya 8:44; 1 Yəhya 3:8; Vəhy 12:9

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş