Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • lfb d. 9 s. 28—29
  • Həsrətlə gözlənilən oğul!

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Həsrətlə gözlənilən oğul!
  • Müqəddəs Kitab dünyasına səyahət
  • Başlıqlar
  • Oxşar material
  • Həsrətlə gözlənilən oğul!
  • Əsilzadə qadın
    Gözətçi qülləsi (kütləvi) 2017
  • İstəyərdinizmi ki, sizə baş çəksinlər?
    Gözətçi qülləsi 2004
  • «Sən gözəl qadınsan»
    Gözətçi qülləsi (kütləvi) 2017
  • İbrahim peyğəmbər kim idi?
    Gözətçi qülləsi 2012
Əlavə
Müqəddəs Kitab dünyasına səyahət
lfb d. 9 s. 28—29
Sara çadırın içində mələklərin İbrahimlə danışdığını eşidir

DƏRS 9

Həsrətlə gözlənilən oğul!

İbrahim peyğəmbərlə Sara uzun illərdir evlidirlər. Onlar Urdakı rahat evlərini qoyub, çadırlarda yaşayırlar. Sara vəziyyətindən şikayətçi deyil. O, Yehovaya güvənir.

Sara övladının olmasını o qədər çox istəyir ki, İbrahimə deyir: «Qulluqçum Həcərin uşağı olsa, heç olmaya bu yolla övlad sahibi olaram». Bir müddətdən sonra Həcərin oğlu olur. Onun adını İsmayıl qoyurlar.

Sara hamilə qalır

Uzun illər sonra, İbrahimin 99, Saranın isə 89 yaşı olanda onlara üç qonaq gəlir. İbrahim onları dəvət edir ki, gəlib ağacın dibində dincəlsinlər, bir tikə çörək yesinlər. Bilirsən, bu qonaqlar kimlər olur? Onlar mələklər olur! Mələklər İbrahimə deyirlər: «Gələn il bu vaxtı sizin bir oğlunuz olacaq». Həmin vaxt Sara çadırda olur. O, ürəyində gülüb deyir: «Hay-hayım gedib, vay-vayım qalıb».

Bir ildən sonra, Yehovanın mələyinin də dediyi kimi, Saranın oğlu olur. İbrahim onun adını «gülüş» mənasını verən İshaq qoyur.

İshaq beş yaşında olanda Sara İsmayılın onu ələ saldığını görür. O, öz oğlunu qorumaq üçün İbrahimə deyir ki, Həcərlə İsmayılı uzaqlara göndərsin. Əvvəl-əvvəl İbrahim bunu etmək istəmir. Ancaq Yehova İbrahimə deyir: «Saraya qulaq as. Mən İsmayılın qayğısına qalacağam. Amma verdiyim sözü İshaq vasitəsilə yerinə yetirəcəyəm».

Sara Həcərlə İsmayılı uzaqlara göndərməklə İshaqı qorumuş olur

«Sara da, imanı sayəsində... uşağa qalmaq üçün güc aldı, çünki vəd verənin etibarlı olduğuna inanırdı» (İbranilərə 11:11)

Suallar: Sara mələklərin İbrahimə nə dediyini eşidir? Yehova İshaqı necə qoruyur?

Yaradılış 16:1—4, 15, 16; 17:25—27; 18:1—15; 21:1—14; İbranilərə 11:11

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş