Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • lfb d. 10 s. 30—31
  • Lutun arvadını yadına sal

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Lutun arvadını yadına sal
  • Müqəddəs Kitab dünyasına səyahət
  • Oxşar material
  • Lutun arvadı geriyə baxır
    Müqəddəs Kitab hekayələri
  • Allah İbrahimlə əhd bağlayır
    Müqəddəs Kitab bizə hansı xəbəri çatdırır?
  • Stress keçirənlərə dayaq olun
    Gözətçi qülləsi 2019
  • Lutun arvadını heç vaxt yadınızdan çıxarmayın
    Məsihi həyatı və ibadəti iş dəftəri 2018
Müqəddəs Kitab dünyasına səyahət
lfb d. 10 s. 30—31
Lut qızları ilə Sədumdan çıxanda arvadı duz heykələ çevrilir

DƏRS 10

Lutun arvadını yadına sal

Lut əmisi İbrahimlə birgə Kənan torpağında yaşayır. Vaxt keçdikcə İbrahimlə Lutun mal-qarası o qədər çoxalır ki, həmin yer onların birlikdə yaşaması üçün azlıq edir. İbrahim Luta deyir: «Artıq birlikdə yaşaya bilmərik. Hara getmək istədiyini seç. Sən hara getsən, mən əks istiqamətə gedəcəyəm». İbrahim ancaq özünü düşünür?

Lut Sədum şəhəri yaxınlığında münbit torpaq görür. Orada su bulaqları, yaşıl otlaqlar olur. O, bu ərazini seçib, ailəsi ilə ora köçür.

Sədum və qonşu şəhər olan Əmurənin sakinləri çox pis insanlar olur. Onlar çox pis işlər gördükləri üçün Yehova bu şəhərləri məhv etmək qərarına gəlir. Ancaq Yehova Lut və ailəsini xilas etmək üçün onların yanına iki mələk göndərir. Mələklər onlara deyir: «Cəld olun! Şəhərdən çıxın! Yehova bu şəhəri məhv edəcək».

Lut ləng tərpənir. Buna görə də mələklər onun, arvadının və iki qızının əlindən tutub onları tez şəhərdən çıxarırlar. Mələklər onlara deyir: «Qaçın! Canınızı qurtarın. Arxaya baxmayın, yoxsa öləcəksiniz!»

Sədum və Həmurəyə od yağır

Onlar Sohar şəhərinə çatanda Yehova Sədum və Əmurənin üstünə alov yağdırır. Hər iki şəhər tamamilə məhv olur. Lutun arvadı Yehovanın sözünə qulaq asmayıb arxaya baxan kimi duz heykələ dönür! Lut və iki qızı isə Yehovanın sözünə qulaq asdıqları üçün sağ qalırlar. Yəqin ki, Lutun arvadının başına gələnlər Luta və qızlarına pis təsir edir. Amma bir tərəfdən də Yehovanın buyruğuna qulaq asdıqları üçün onlar sevinirlər.

«Lutun arvadını heç vaxt yadınızdan çıxarmayın» (Luka 17:32)

Suallar: Yehova Sədum və Əmurəni nə üçün məhv edir? Lutun arvadı niyə duz heykələ çevrilir?

Yaradılış 13:1—13; 19:1—26; Luka 17:28, 29, 32; 2 Butrus 2:6—9

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş