Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • lfb d. 17 s. 46—47
  • Musa Yehovaya ibadət etməyi seçir

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Musa Yehovaya ibadət etməyi seçir
  • Müqəddəs Kitab dünyasına səyahət
  • Oxşar material
  • Körpə Musa sağ qalır
    Müqəddəs Kitab hekayələri
  • Misirdə pis padşah hökmranlıq edir
    Müqəddəs Kitab hekayələri
  • Musa Misirdən qaçır
    Müqəddəs Kitab hekayələri
  • Allah israillliləri köləlikdən azad edir
    Müqəddəs Kitab bizə hansı xəbəri çatdırır?
Əlavə
Müqəddəs Kitab dünyasına səyahət
lfb d. 17 s. 46—47
Fironun qızı körpə Musanı tapanda Məryəm qıraqdan baxır

DƏRS 17

Musa Yehovaya ibadət etməyi seçir

Yaqubun ailəsi Misirdə israillilər kimi tanınır. Yaqub və Yusif öləndən sonra başqa bir firon hakimiyyətə gəlir. Bu firon qorxur ki, israillilər misirlilərdən daha güclü olar. Ona görə də israilliləri qul edir. Firon onları məcbur edir ki, kərpic düzəltsinlər. Onları ağır işlərdə işlədib, əziyyət verir. Ancaq israillilər günü-gündən törəyib çoxalırlar. Firon bu vəziyyətdən narahat olur. Ona görə də əmr edir ki, israillilərin yeni doğulan oğlan uşaqları öldürülsün. Təsəvvür edirsən, israillilər necə qorxur?

Yuhabid adlı israilli qadının gözəl-göyçək oğlu olur. Yuhabid körpəsini qorumaq üçün onu səbətə qoyub Nil çayına buraxır. Körpənin bacısı Məryəm yaxınlıqdan çayın körpəni hara apardığını izləyir.

Fironun qızı çayda çiməndə bu səbəti tapır. O, səbətin içində ağlayan bir körpə görür. Qızın körpəyə yazığı gəlir. Məryəm ondan soruşur: «Uşağa baxmaq üçün dayə istəyirsiniz?» Fironun qızı razılıq verən kimi Məryəm anası Yuhabidi onun yanına gətirir. Fironun qızı Yuhabidə deyir: «Bu körpəyə dayəlik et. Haqqını ödəyəcəyəm».

Musa qaçır

Körpə böyüyəndə Yuhabid onu Fironun qızına verir. Fironun qızı uşağın adını Musa qoyur. O, Musanı öz oğlu kimi böyüdür. Musa şahzadə kimi böyüyür. O, istədiyi hər şeyə sahib olur. Ancaq Musa heç vaxt Yehovanı unutmur. O bilir ki, Yehova misirlilərin yox, israillilərin tərəfindədir. Buna görə də Yehovaya ibadət etməyi seçir.

40 yaşı olanda Musa öz xalqına kömək etmək qərarına gəlir. Bir gün o, misirlinin israilli qulu döydüyünü görəndə misirlini döyüb öldürür. Musa cəsədi qumla örtərək gizlədir. Firon bu məsələdən xəbər tutanda Musanı öldürmək istəyir. Ancaq Musa Mədyən torpağına qaçır. Yehova Allah orada Musaya dayaq olur.

«Musa... imanı sayəsində firon qızının oğlu adlanmaqdan imtina etdi... Allahın xalqı ilə birlikdə əziyyətə qatlaşmağı üstün tutdu» (İbranilərə 11:24, 25)

Suallar: Misirdə israillilərlə necə rəftar edirlər? Musa nəyə görə Misirdən qaçır?

Yaradılış 49:33; Çıxış 1:1—14, 22; 2:1—15; Həvarilərin işləri 7:17—29; İbranilərə 11:23—27

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş