Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • lfb d. 21 s. 54—55
  • Onuncu bəla

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Onuncu bəla
  • Müqəddəs Kitab dünyasına səyahət
  • Oxşar material
  • Musa və Harun fironun hüzurunda
    Müqəddəs Kitab hekayələri
  • İlk üç bəla
    Müqəddəs Kitab dünyasına səyahət
  • Allah israillliləri köləlikdən azad edir
    Müqəddəs Kitab bizə hansı xəbəri çatdırır?
  • Misirdə pis padşah hökmranlıq edir
    Müqəddəs Kitab hekayələri
Əlavə
Müqəddəs Kitab dünyasına səyahət
lfb d. 21 s. 54—55
İsraillilər evlərinin qapı çərçivələrinə qan çəkir

DƏRS 21

Onuncu bəla

Musa firona söz verir ki, bir də onun gözünə görünməyəcək. Ancaq getməzdən əvvəl o, firona deyir: «Fironun ilk oğlundan tutmuş qulun ilk oğluna qədər Misirdəki bütün ilk övladlar gecəyarısı öləcək».

Yehova israillilərə xüsusi bir yemək hazırlamağı tapşırır. O deyir: «Birillik qoyun və ya keçi kəsib, qanını qapı çərçivələrinə çəkin. Əti qovurub mayasız çörəklə yeyin. Səndəllərinizi geyinib, yola düşməyə hazırlaşın. Bu gecə sizi azad edəcəm». Bir anlıq israillilərin Misirdən necə çıxdığını təsəvvür et.

Gecəyarısı Yehovanın mələyi Misirdəki bütün evlərə girir. O, evlərinin qapı çərçivələrinə qan çəkməyən ailələrin ilk övladlarını öldürür. Mələk qapı çərçivələrinə qan çəkilmiş evlərdən yan keçir. Varlı, kasıb olmasından asılı olmayaraq, bütün misirlilərin uşaqları ölür. Amma israillilərdən heç kimin uşağı ölmür.

Hətta fironun oğlu da ölür. Firon çarəsiz qalıb Musa ilə Haruna deyir: «Çıxın gedin buradan. Gedin Allahınıza ibadət edin. Heyvanlarınızı da özünüzlə götürün!»

Bədirlənmiş ay işığı altında israillilər ailəbəailə, nəsilbənəsil toplanıb Misirdən çıxırlar. 600 000 kişi və xeyli sayda qadın, uşaq yola düşür. Üstəlik, digər xalqlardan olan çoxlu insan da onlarla birgə Yehovaya ibadət etməyə gedir. Axır ki, israillilər azadlığa çıxırlar!

Yehova onlara tapşırır ki, onları necə xilas etdiyini unutmamaları üçün hər il eyni yeməyi bişirsinlər. Bu yeməyin adını «Pasxa» qoyurlar.

İsraillilər Misirdən çıxır

«Sənin sağ qalmağına ona görə izin verdim ki, sənin üzərində gücümü göstərim və bütün dünya adımı eşitsin» (Romalılara 9:17)

Suallar: Sonuncu bəla hansıdır? İsraillilər bu sonuncu bəladan özlərini qorumaq üçün nə edir?

Çıxış 11:1—12:42; 13:3—10

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş