Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • lfb d. 23 s. 60—61
  • İsraillilər Yehovaya söz verir

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • İsraillilər Yehovaya söz verir
  • Müqəddəs Kitab dünyasına səyahət
  • Oxşar material
  • Yehova xalqına qanunlar verir
    Müqəddəs Kitab hekayələri
  • Yehovanın yollarını öyrənirik
    Gözətçi qülləsi 2005
  • İsraillilər sözlərinin üstündə durmurlar
    Müqəddəs Kitab dünyasına səyahət
  • Yanar kol
    Müqəddəs Kitab dünyasına səyahət
Əlavə
Müqəddəs Kitab dünyasına səyahət
lfb d. 23 s. 60—61
İsraillilər Sina dağının qarşısında durublar

DƏRS 23

İsraillilər Yehovaya söz verir

Misirdən çıxandan təxminən iki ay sonra israillilər Sina dağına çatıb, orada düşərgə qururlar. Yehova Musanı dağın başına çağırır və deyir: «Mən israilliləri xilas etdim. Əgər Mənə itaət edib, qanunlarıma əməl etsələr, seçilmiş xalqım olacaqlar». Musa dağdan düşüb Yehovanın sözlərini israillilərə çatdırır. Onların qərarı nə olur? İsraillilər deyirlər: «Yehovanın dediyi hər şeyə əməl edəcəyik».

Musa yenə dağa qalxır. Orada Yehova ona deyir: «Üç gündən sonra səninlə danışacağam. Xalqa tapşır ki, Sina dağına qalxmasın». Musa dağdan düşüb israillilərə deyir ki, Yehovanın səsini eşitməyə hazır olsunlar.

İsraillilər Sina dağının başında ildırım və qara bulud görürlər

Üç gündən sonra israillilər dağın başında ildırım və qara buludlar görürlər. Onlar həmçinin göy gurultusu və şeypur səsi eşidirlər. Sonra Yehova alovlar içərisində dağa enir. İsraillilər çox qorxurlar. Onların canına əsməcə düşür. Dağ tüstü içindədir və bərk titrəyir. Şeypur səsi getdikcə daha da güclənir. Sonra Allah deyir: «Mən Yehovayam. Məndən başqa allahlarınız olmasın».

Musa yenə dağa qalxır. Yehova ona qanunlar verir. Bu qanunlar xalqın ibadəti və həyat tərzi ilə bağlıdır. Musa qanunları yazır, sonra da israillilərə oxuyur. Onlar söz verirlər: «Biz Yehovanın istədiyi hər şeyi edəcəyik». Bəs görəsən, verdikləri sözün üstündə dururlar?

«Allahın Yehovanı bütün qəlbinlə, bütün varlığınla və bütün ağlınla sev» (Mətta 22:37)

Suallar: Sina dağında nə baş verir? İsraillilər nəyə söz verirlər?

Çıxış 19:1—20:21; 24:1—8; Qanunun təkrarı 7:6—9; Nəhəmya 9:13, 14

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş