Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • lfb d. 26 s. 66—67
  • On iki kəşfiyyatçı

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • On iki kəşfiyyatçı
  • Müqəddəs Kitab dünyasına səyahət
  • Oxşar material
  • On iki kəşfiyyatçı
    Müqəddəs Kitab hekayələri
  • Bütün ürəyinlə Yehovaya güvən
    Gözətçi qülləsi 2003
  • «Yeşua» kitabından diqqətəlayiq fikirlər
    Gözətçi qülləsi 2005
  • Yehovaya bütün qəlbinizlə itaət edin
    Məsihi həyatı və ibadəti. İş dəftəri 2021
Əlavə
Müqəddəs Kitab dünyasına səyahət
lfb d. 26 s. 66—67
İsrailli kişilər Kənan diyarına kəşfiyyata gedirlər

DƏRS 26

On iki kəşfiyyatçı

İsraillilər Sina dağını tərk edib Fəran səhrasından Qədis ərazisinə gedirlər. Orada Yehova Allah Musa peyğəmbərə deyir: «İsraillilərə vəd etdiyim Kənan torpağını gözdən keçirmək üçün oraya hər qəbilədən bir nəfər olmaq şərtilə 12 nəfər göndər». Musa 12 nəfər seçib onlara deyir: «Kənan diyarına gedin və orada yetişən meyvələrdən gətirin. Baxın görün oranın camaatı zəifdir, yoxsa güclü, çadırlarda yaşayırlar, yoxsa evlərdə». Aralarında Yuşənin və Kalibin olduğu 12 kəşfiyyatçı Kənana yola düşür.

İsraillilər şikayət edib, ruhdan düşürlər

40 gündən sonra kəşfiyyatçılar əllərində qara əncir, nar və üzüm geri qayıdırlar. Onlar bildirirlər ki, «ora çox gözəl yerdir, ancaq xalqı çox güclüdür, şəhər də hündür divarlarla əhatə olunub». Sonra Kalib deyir: «Biz onlara qalib gələ bilərik. Gəlin vaxt itirməyək, elə indi duraq gedək». Bilirsən, Kalib niyə belə deyir? Çünki o və Yuşə Yehovaya güvənirlər. Ancaq digər on kəşfiyyatçı etiraz edir: «Yox! Oranın xalqı nəhənglərdir».

İsraillilər ora getməyə ürək etmirlər. Onlar deyinməyə başlayıb, bir-birilərinə deyirlər: «Gəlin özümüzə başqa başçı seçib, Misirə qayıdaq. Niyə oraya gedib ölək?» Yuşə ilə Kalib isə deyirlər: «Yehovanın sözündən çıxmayın. Cəsur olun. Yehova bizi qoruyacaq». Ancaq israillilər onlara qulaq asmırlar. Hətta onlar Yuşə ilə Kalibi öldürmək istəyirlər!

Bəs Yehova Allah nə edir? O, Musaya deyir: «İsraillilər üçün bu qədər şey etməyimə baxmayaraq, yenə də mənə qulaq asmırlar. Ona görə də 40 il səhrada yaşayıb, orada öləcəklər. Yalnız onların uşaqları və Yuşə ilə Kalib vəd etdiyim torpaqda yaşayacaqlar».

«Niyə qorxdunuz, ey az imanlılar?» (Mətta 8:26)

Suallar: 12 kəşfiyyatçı Kənan diyarından qayıdanda nə baş verir? Yuşə və Kalib Yehovaya güvəndiklərini necə göstərirlər?

Saylar 13:1—14:38; Qanunun təkrarı 1:22—33; Zəbur 78:22; İbranilərə 3:17—19

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş