Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • lfb d. 29 s. 74—75
  • Yehova Yuşəni seçir

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Yehova Yuşəni seçir
  • Müqəddəs Kitab dünyasına səyahət
  • Oxşar material
  • Yeşua başçı olur
    Müqəddəs Kitab hekayələri
  • «Yeşua» kitabından diqqətəlayiq fikirlər
    Gözətçi qülləsi 2005
  • Xalq İordan çayından keçir
    Müqəddəs Kitab hekayələri
  • Allahın sözü heç vaxt boşa çıxmır
    Gözətçi qülləsi 2007
Əlavə
Müqəddəs Kitab dünyasına səyahət
lfb d. 29 s. 74—75
Kahinlər Şəhadət sandığını İordan çayından keçirir

DƏRS 29

Yehova Yuşəni seçir

Yuşə Qanunu oxuyur

Musa peyğəmbər uzun illər İsrail xalqına başçılıq edir. Ölümqabağı Yehova ona deyir: «İsrailliləri Vəd edilmiş diyara sən aparmayacaqsan. Ancaq Mən oranı sənə göstərəcəyəm». Musa Yehovadan xahiş edir ki, xalqa başçılıq etmək üçün başçı seçsin. Yehova Musa peyğəmbərə deyir: «Get Yuşəyə de ki, onu başçı seçmişəm».

Musa xalqa tezliklə öləcəyini xəbər verir və onlara deyir ki, xalqı Vəd edilmiş diyara aparması üçün Yehova Yuşəni seçib. Sonra Musa Yuşəyə deyir: «Qorxma. Yehova sənə kömək edəcək». Bu hadisədən qısa müddət sonra Musa Nəba dağının başına çıxır. Orada Yehova İbrahimə, İshaqa və Yaquba vəd verdiyi diyarı Musaya göstərir. Musa 120 yaşında ölür.

Musa kahinlərin və digər kişilərin qarşısında Yuşəni başçı təyin edir

Yehova Yuşəyə deyir: «İordan çayını keçib, Kənan torpağına get. Musaya kömək etdiyim kimi, sənə də kömək edəcəyəm. Qanunlarımı hər gün oxu. Qorxma. Cəsur ol. Sənə əmr etdiyim hər şeyi et».

Yuşə Əriha şəhərinə iki kəşfiyyatçı göndərir. Orada nə baş verdiyi haqda növbəti hekayədə daha çox öyrənəcəyik. Onlar geri qayıdanda deyirlər ki, Kənan diyarına getmək üçün əlverişli vaxtdır. Səhərisi gün Yuşə xalqa çadırları yığmağı tapşırır. Sonra İordan çayını keçmək üçün Şəhadət sandığını daşıyan kahinləri qabaqda göndərir. Həmin vaxt çay gur axır. Ancaq kahinlər ayaqlarını suya qoyan kimi çay dayanır və uzaqda yığın halında durur! Kahinlər çayın ortasında dayanır və xalq çayın o tayına keçir. Səncə, bu möcüzə Qırmızı dənizdəki möcüzəni xatırlatmır?

Nəhayət, uzun illərdən sonra israillilər Vəd edilmiş diyara gəlib çatır. Onlar burada evlər, şəhərlər tikir, əkin sahələri yaradır, üzüm bağları, meyvə bağları salırlar. Bu diyar süd və bal axan diyar kimi tanınır.

«Yehova daim bələdçin olacaq, quraq torpaqda da səni doyuracaq» (Əşiya 58:11)

Suallar: Musa peyğəmbər öləndən sonra israillilərə kim başçılıq edir? İordan çayında nə baş verir?

Saylar 27:12—23; Qanunun təkrarı 31:1—8; 34:1—12; Yuşə 1:1—3:17

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş