Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • lfb d. 37 s. 90—91
  • Yehova İşmuillə danışır

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Yehova İşmuillə danışır
  • Müqəddəs Kitab dünyasına səyahət
  • Oxşar material
  • O, «Yehovanın önündə böyüyürdü»
    İman örnəkləri
  • İşmuil həmişə özünü yaxşı aparırdı
    Övladlarımızı öyrədək
  • Allaha xidmət edən balaca oğlan
    Müqəddəs Kitab hekayələri
  • Məyusluğa baxmayaraq, o, tab gətirə bildi
    Gözətçi qülləsi 2011
Əlavə
Müqəddəs Kitab dünyasına səyahət
lfb d. 37 s. 90—91
İşmuil Hüzur çadırının qapılarını açır

DƏRS 37

Yehova İşmuillə danışır

Baş kahin Əlinin iki oğlu var. Onlar Hüzur çadırında kahin kimi xidmət edirlər. Onların adı Hüfni və Fənhasdır. Hüfni və Fənhas Yehovanın qanunlarına əməl etmir və xalqla pis rəftar edirlər. İsraillilər Yehovaya qurban gətirəndə onlar ətin ən yaxşı tikələrini özlərinə götürürlər. Əli bundan xəbər tutsa da, heç nə etmir. Yehova bunun belə davam etməsinə yol verir?

İşmuil Hüfni və Fənhasdan yaşca kiçik olsa da, onların günahına şərik olmur. Yehova İşmuildən çox razıdır. Bir axşam İşmuil yatanda kiminsə onu çağırdığını eşidir. O, yerindən durub, Əlinin yanına qaçır və deyir: «Buyur, eşidirəm!» Ancaq Əli deyir: «Mən səni çağırmamışam. Get yat». İşmuil yatmağa gedir. Yenə həmin səsi eşidib, Əlinin yanına gəlir. Bu hadisə üçüncü dəfə təkrarlananda Əli başa düşür ki, İşmuili çağıran Yehovadır. O, İşmuilə deyir ki, bir də həmin səsi eşitsə belə desin: «Yehova, danış. Qulun səni eşidir».

İşmuil Yehovanın dediklərini Əliyə danışır

İşmuil yatağına qayıdır. Həmin səsi yenə eşidir: «İşmuil! İşmuil!» O cavab verir: «Danış, qulun səni eşidir». Yehova ona deyir: «Əliyə de ki, Mən onu və ailəsini cəzalandıracağam. O, oğullarının Mənim Hüzur çadırımda pis işlər gördüyünü bilsə də heç nə etmir». Səhərisi gün İşmuil həmişəki kimi Hüzur çadırının qapılarını açır. O, Yehovanın sözlərini Əliyə deməyə çəkinir. Ancaq Əli onu çağırıb soruşur: «Oğlum, Yehova sənə nə dedi? Danış mənə». İşmuil də hər şeyi Əliyə danışır.

İşmuil böyüyəndən sonra da Yehova onunla olur. İsraildə hər kəs bilir ki, Yehova İşmuili peyğəmbər və hakim seçib.

«Cavanlıq günlərində Ulu Yaradanını xatırla» (Vaiz 12:1)

Suallar: İşmuil Hüfni və Fənhasdan nə ilə fərqlənir? Yehova İşmuilə hansı xəbəri verir?

1 İşmuil 2:12—17, 22—26; 3:1—21; 7:6

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş