Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • lfb d. 56 s. 134—135
  • Yuşiyyə Allahın qanunlarını sevir

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Yuşiyyə Allahın qanunlarını sevir
  • Müqəddəs Kitab dünyasına səyahət
  • Oxşar material
  • Yuşiyyənin etibarlı dostları
    Övladlarımızı öyrədək
  • İsrailin sonuncu yaxşı padşahı
    Müqəddəs Kitab hekayələri
  • Yoşiya düzgün davranmağı seçdi
    Gözətçi qülləsi 2009
  • Gənclər, gələcəyiniz necə olacaq?
    Gözətçi qülləsi 2023
Əlavə
Müqəddəs Kitab dünyasına səyahət
lfb d. 56 s. 134—135
Şafan Yuşiyyə padşaha tumar oxuyur

DƏRS 56

Yuşiyyə Allahın qanunlarını sevir

Yuşiyyə səkkiz yaşında Yəhuda padşahı olur. Həmin ərəfələrdə xalq sehrbazlıqla məşğul olub, bütlərə sitayiş edirdi. 16 yaşı olanda Yuşiyyə Yehovaya düzgün şəkildə ibadət etməyi öyrənir. 20 yaşına çatanda ölkədəki bütün bütləri, qurbangahları dağıdır, 26 yaşında isə məbədi təmir etdirir.

Baş kahin Xilqiyyə məbəddə Yehovanın Qanunu yazılmış tumar tapır. Çox yəqin ki, tumarı Musa peyğəmbər yazıb. Padşahın katibi Şafan tumarı Yuşiyyəyə aparır və Qanunu ucadan oxuyur. Yuşiyyə bunları eşidəndə başa düşür ki, xalq uzun illərdir Yehovaya itaət etmir. O, Xilqiyyəyə deyir: «Yehova bizə çox qəzəblənib. Gedin və Onunla danışın. Yehova nə etməli olduğumuzu bizə deyəcək». Yehova Hülda peyğəmbər vasitəsilə deyir: «Yəhuda xalqı məni tərk edib. Onları cəzalandıracağam. Ancaq Yuşiyyənin dövründə yox, çünki o, Mənim önümdə özünü aşağı tutdu».

Xilqiyyə Yehovanın qanunlarını tapır

Yuşiyyə bu xəbəri eşidəndə məbədə gedir, xalqı da məbədə çağırır. Sonra o, Yehovanın qanunlarını xalqın qarşısında ucadan oxuyur. Yuşiyyə və xalq söz verir ki, bütün ürəkləri ilə Yehovaya tabe olacaqlar.

Yəhuda xalqı uzun illərdir ki, Pasxa bayramını qeyd etmirdi. Ancaq Yuşiyyə Pasxa bayramı ilə bağlı qanunu oxuyanda xalqa deyir: «Biz Yehova üçün Pasxa bayramını keçirəcəyik». Sonra Yuşiyyə çoxlu qurbanlar gətirir və məbəddə xor təşkil edir. Bununla da xalq Pasxa bayramını, sonra isə yeddi gün davam edən Mayasız çörək bayramını qeyd edir. Bu Pasxa bayramı İşmuilin dövründə qeyd edilən Pasxaya bənzəmir. Yuşiyyə, doğrudan da, Yehovanın qanunlarını sevir. Sən də Yehova haqda öyrənməkdən sevinc duyursan?

«Sözün addımlarıma çıraq, yollarıma işıqdır» (Zəbur 119:105)

Suallar: Yuşiyyə padşah Allahın qanunlarını eşidəndə nə edir? Yehova Yuşiyyə haqqında nə düşünür?

2 Padşahlar 21:26; 22:1—23:30; 2 Salnamələr 34:1—35:25

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş