Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • lfb d. 57 s. 138—139
  • Yehova Ərəmya peyğəmbəri təbliğ etməyə göndərir

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Yehova Ərəmya peyğəmbəri təbliğ etməyə göndərir
  • Müqəddəs Kitab dünyasına səyahət
  • Oxşar material
  • Ərəmya Yehova haqda danışmaqdan vaz keçmədi
    Övladlarımızı öyrədək
  • Müqəddəs Yazıların kitabı nömrə 24 Yeremya
    «Hər Müqəddəs Yazı» doğru və faydalıdır 2007
  • Yeremya kimi cəsarətli ol
    Gözətçi qülləsi 2004
  • «Yeremya» kitabından diqqətəlayiq fikirlər
    Gözətçi qülləsi 2007
Əlavə
Müqəddəs Kitab dünyasına səyahət
lfb d. 57 s. 138—139
Ərəmya ağsaqqalların gözü qarşısında saxsı qabı sındırır

DƏRS 57

Yehova Ərəmya peyğəmbəri təbliğ etməyə göndərir

Yehova Ərəmyanı Yəhuda xalqı üçün peyğəmbər seçir. O, Ərəmyaya deyir ki, gedib Onun sözünü xalqa çatdırsın və pis əməllərindən dönmələri üçün onları xəbərdar etsin. Ərəmya Yehovaya deyir: «Yehova, axı mən hələ cavanam. Xalqla necə danışacağımı bilmirəm». Yehova ona deyir: «Qorxma! Nə deyəcəyini sənə bildirəcəyəm. Sənə kömək edəcəyəm».

Yehova Ərəmyaya deyir ki, xalqın ağsaqqallarını bir yerə yığsın və onlara saxsı qab göstərib desin: «Yerusəlim bu saxsı qab kimi qırılacaq». Ərəmya Yehovanın dediklərini edir, ancaq ağsaqqallar çox qəzəblənirlər. Fəşhur adlı kahin onu döyüb, taxta kündəyə salır. Ərəmya bütün gecəni tərpənə bilmir. Səhəri gün Fəşhur Ərəmyanı azad edir. Ərəmya öz-özünə deyir: «Dözümüm qalmadı. Mən bir də Yehovanın sözünü çatdırmayacağam». Görəsən o, doğrudan da, təslim olur? Xeyr. Ərəmya bir az düşünəndən sonra belə deyir: «Yehovanın sözləri içimdə yanan od oldu. Təbliğ etməkdən əl çəkə bilmərəm». Ərəmya xalqı xəbərdar etməyə davam edir.

İllər ötür, Yəhudada yeni padşah taxta çıxır. Kahinlər və yalançı peyğəmbərlər Ərəmyanın çatdırdığı xəbərə qəzəblənirlər. Onlar başçılara deyirlər: «Bu adam ölümə layiqdir». Ərəmya isə cavab verir: «Əgər məni öldürsəniz, günahsız qan tökmüş olacaqsınız. Mən Yehovanın sözünü çatdırıram, özümün yox». Bunu eşidən əmirlər deyir: «Bu adam ölümə layiq deyil».

Ərəmya təbliğ etməkdən əl çəkmir. Bunu görən başçılar çox əsəbiləşirlər. Onlar padşahdan Ərəmyanı öldürtməyi xahiş edirlər. Padşah onlara ixtiyar verir ki, Ərəmyaya nə istəyirlər etsinlər. Başçılar Ərəmyanı öldürmək məqsədi ilə tutub palçıqlı quyuya atırlar. Ərəmya palçığa batmağa başlayır.

Əbədməlik və onunla olan adamlar Ərəmyanı quyudan çıxarır

Sonra saray məmuru Əbədməlik padşaha deyir: «Başçılar Ərəmyanı quyuya atıblar. Əgər onu çıxarmasaq, orada öləcək». Padşah Əbədməlikə əmr edir ki, özü ilə 30 nəfər götürüb Ərəmyanı quyudan çıxarsın. Gördüyümüz kimi, Ərəmya heç nəyə baxmayaraq təbliğ edirdi. Səncə, biz də, Ərəmya kimi, olmalı deyilik?

«Mənim adıma görə hamı sizə nifrət edəcək. Ancaq axıra kimi dözən xilas olacaq» (Mətta 10:22)

Suallar: Ərəmya gənc olsa da, nəyin sayəsində Yehovaya itaət edə bilmişdi? Kimlər Ərəmyanın təbliğ etməsinə mane olmaq istəyir?

Ərəmya 1:1—19; 19:1—11; 20:1—13; 25:8—11; 26:7—16; 38:1—13

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş