Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • lfb d. 59 s. 142—143
  • Yehovaya itaət edən dörd oğlan

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Yehovaya itaət edən dörd oğlan
  • Müqəddəs Kitab dünyasına səyahət
  • Oxşar material
  • Dörd gənc Babildə
    Müqəddəs Kitab hekayələri
  • Hənaniyyə, Müsail və Əzriya
    Yehovanın dostlarından öyrənin. Tapşırıqlar
  • «Daniel» kitabından diqqətəlayiq fikirlər
    Gözətçi qülləsi 2007
  • Müqəddəs Kitabda Dənyal barədə nə deyilir?
    Müqəddəs Kitaba aid suallara cavab
Əlavə
Müqəddəs Kitab dünyasına səyahət
lfb d. 59 s. 142—143
Dənyal, Hənaniyyə, Mişael və Əzriya padşahın yeməklərindən yeməyi rədd edirlər

DƏRS 59

Yehovaya itaət edən dörd oğlan

Navuxodonosor Yəhuda şahzadələrini Babilə gətirir və onları saray məmuru Aşpənaza tapşırır. Navuxodonosor Aşpənaza deyir ki, onların arasından sağlam, ağıllı-kamallı gəncləri seçib, onun hüzuruna gətirsin. Bu gənc oğlanlar üç il təlim keçməli idilər. Bu təlimlər onları padşah sarayında yüksək vəzifələr tutmağa hazırlayacaqdı. Oğlanlar babillilərin danışdığı Akkad dilində yazmağı, oxumağı və danışmağı öyrənməlidirlər. Onlar həmçinin padşahın yediyi yeməklərdən yeməlidirlər. Bu oğlanlardan dördü Dənyal, Hənaniyyə, Müsail və Əzriyadır. Aşpənaz onlara yeni Babil adları qoyur. Onların yeni adları Bəltişəzzar, Sədrah, Misah və Abidnağu olur. Bu oğlanların aldıqları təlim Yehovaya ibadət etmələrinə mane olur?

Bu dörd gənc Yehovaya ibadət etməkdə qəti qərarlıdırlar. Onlar başa düşürlər ki, padşahın yeməklərindən yeməməlidirlər, çünki Yehovanın qanununa görə bu yeməklərdən bəziləri natəmizdir. Buna görə də onlar Aşpənaza deyirlər: «Xahiş edirik, bizə padşahın yeməklərindən vermə». Aşpənaz onlara deyir: «Əgər bu yeməkləri yeməsəniz, padşah sizin xəstə olduğunuzu görüb məni öldürtdürəcək».

Dənyalın ağlına bir fikir gəlir. O Aşpənaza deyir: «Xahiş edirəm, bizə on gün ərzində yalnız tərəvəz və su ver. On gündən sonra həm bizə, həm də padşah yeməklərindən yeyən gənclərlə bax». Aşpənaz razılaşır.

On gündən sonra Dənyal və üç dostu digər oğlanlardan daha sağlam görünür. Onlar itaətkarlıq göstərdikləri üçün Yehova onlardan razı qalır. O, hətta Dənyala görüntüləri və yuxuları yozmaq üçün müdriklik verir.

Təlimlər bitəndən sonra Aşpənaz oğlanları Navuxodonosorun hüzuruna gətirir. Padşah onlarla danışır və görür ki, Dənyal, Hənaniyyə, Müsail və Əzriya digər oğlanlardan daha ağıllı və zirəkdirlər. O, bu oğlanların dördünü də saray məmuru təyin edir. Padşah vacib məsələlərlə bağlı tez-tez onlardan məsləhət alır. Yehova onları padşahın bütün müdriklərindən və sehrbazlarından daha ağıllı edir.

Yad ölkədə olmalarına baxmayaraq, Dənyal, Hənaniyyə, Müsail və Əzriya Yehovanın xalqından olduqlarını unutmurlar. Bəs valideynlərin yanında olmasa, sən də Yehovaya itaət edəcəksən?

«Qoy gənc olduğuna görə heç kəs sənə saymazyana yanaşmasın. Danışıqda, rəftarda, məhəbbətdə, imanda və paklıqda sadiqlərə nümunə ol» (1 Timutiyə 4:12)

Suallar: Nəyə görə Dənyal və üç dostu Yehovaya itaət edir? Yehova onlara necə kömək edir?

Dənyal 1:1—21

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş