Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • lfb d. 63 s. 150—151
  • Divardakı yazı

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Divardakı yazı
  • Müqəddəs Kitab dünyasına səyahət
  • Oxşar material
  • Divarda yazı
    Müqəddəs Kitab hekayələri
  • Allahın xalqı Babili tərk edir
    Müqəddəs Kitab hekayələri
Müqəddəs Kitab dünyasına səyahət
lfb d. 63 s. 150—151
Əl divarda yazı yazır

DƏRS 63

Divardakı yazı

Bir müddətdən sonra Babilin padşahı Bəlşəzzar olur. Bir axşam o, ölkənin minlərlə sayılıb-seçilən adamlarını qonaq çağırır. O, qulluqçularına əmr verir ki, Navuxodonosorun Yehovanın məbədindən gətirdiyi qızıl camları ona gətirsinlər. Bəlşəzzar və qonaqlar həmin camlardan şərab içib, allahlarına nəğmə oxuyurlar. Qəfildən divarda insan əli peyda olur və sirli sözlər yazmağa başlayır.

Bəlşəzzar bərk qorxur. O, sehrbazları çağırır və onlara söz verir ki, «kim bu yazını oxuyub yoza bilsə, Babildə üçüncü adam olacaq». Onlar yazını yozmağa çalışırlar, amma heç biri divardakı sözlərin mənasını izah edə bilmir. Bunu öyrənən məlikə otağa girib deyir: «Dənyal adlı bir adam var. Bu cür şeyləri Navuxodonosora o yozardı. O, bu sözləri də yoza bilər».

Dənyal padşahın hüzuruna gəlir. Bəlşəzzar ona deyir: «Bu sözləri oxuyub izah edə bilsən, sənə qızıl boyunbağı verəcəyəm və sən Babildə üçüncü adam olacaqsan». Dənyal padşaha cavab verir: «Mənə hədiyyə lazım deyil, amma mən sənə sözlərin mənasını açaram. Atan Navuxodonosor çox qürurlu insan idi. Ona görə də Yehova onu alçaltdı. Sən isə bunları bilə-bilə Yehovaya qarşı hörmətsizlik etdin, məbəddən gətirilən qızıl qablarda şərab içdin. Buna görə də Allah divarda bu sözləri yazdı: Mene, Mene, Tegel, Parsin. Bu sözlərin mənası odur ki, madalılar və farslar Babili ələ keçirəcək və sənin hakimiyyətinə son qoyulacaq».

Kuruş padşahın döyüşçüləri çayı keçib Babil darvazalarına doğru irəliləyirlər

İlk baxışdan elə görünürdü ki, Babili heç kim ələ keçirə bilməz. Çünki bu şəhər möhkəm divarlarla və dərin çay ilə mühafizə olunurdu. Ancaq elə həmin gecə madalılar və farslar ora hücum edir. Fars padşahı Kuruş çayın səmtini dəyişir ki, döyüşçülər şəhərin darvazasına doğru irəliləyə bilsinlər. Onlar darvazaya çatanda görürlər ki, darvaza açıqdır! Ordu içəri soxularaq şəhəri zəbt edir və padşahı öldürür. Bundan sonra Babildə Kuruş hökmranlıq edir.

Heç bir il keçməmiş Kuruş bəyan edir: «Yehova mənə dedi ki, Onun Yerusəlimdəki məbədini yenidən tikim. Onun xalqından kim kömək etmək istəyirsə, Yerusəlimə qayıda bilər». Beləliklə, Yehovanın söz verdiyi kimi Yerusəlimin məhvindən 70 il sonra yəhudilərin çoxu geri qayıdır. Kuruş Navuxodonosorun vaxtilə məbəddən götürdüyü qızıl-gümüş qab-qacaqları və digər əşyaları geri göndərir. Gördün, Yehova Kuruşdan istifadə edərək Öz xalqına necə kömək etdi?

«Yıxıldı! Böyük Babil yıxıldı! O, cinlərin məskəninə... çevrildi!» (Vəhy 18:2)

Suallar: Divardakı yazının mənası nədir? Yehova Kuruşa nə etməyi tapşırır?

Üzeyir 1:1—11; Dənyal 5:1—30; Əşiya 44:27—45:2; Ərəmya 25:11, 12

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş