Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • lfb d. 66 s. 156—157
  • Üzeyir peyğəmbər Allahın qanunlarını xalqa öyrədir

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Üzeyir peyğəmbər Allahın qanunlarını xalqa öyrədir
  • Müqəddəs Kitab dünyasına səyahət
  • Oxşar material
  • «Ezra» kitabından diqqətəlayiq fikirlər
    Gözətçi qülləsi 2006
  • Çətinliklər zamanı Yehovanın köməyinə arxayın olun
    Gözətçi qülləsi 2023
  • Yehova xidmətçilərinin ibadətə can yandırmasını istəyir
    Məsihi həyatı və ibadəti iş dəftəri 2016 (mwb16)
  • Üzeyirin əməlləri Yehovaya şərəf gətirdi
    Məsihi həyatı və ibadəti. İş dəftəri 2023
Əlavə
Müqəddəs Kitab dünyasına səyahət
lfb d. 66 s. 156—157
Üzeyir peyğəmbər meydanda Yehovaya həmd edir və xalq razılıq əlaməti olaraq əlini göyə qaldırır

DƏRS 66

Üzeyir peyğəmbər Allahın qanunlarını xalqa öyrədir

Əksər israillilərin Yerusəlimə qayıtmalarından təxminən 70 il keçsə də, xalqın bir qismi hələ də Fars imperiyasının müxtəlif ərazilərində yaşayır. Fars imperiyasında yaşayan yəhudilərdən biri də Yehovanın qanunlarını insanlara izah edən kahin Üzeyirdir. Bir gün Üzeyir peyğəmbər öyrənir ki, Yerusəlimdəki xalq qanuna əməl etmir. Buna görə də oraya gedib xalqa kömək etmək istəyir. Fars padşahı Artakserks ona deyir: «Qoy Allah sənə hikmət versin ki, Onun qanunlarını xalqa öyrədə biləsən. Get, kimi istəyirsən özünlə apar». Üzeyir Yerusəlimə geri qayıtmaq istəyənlərlə görüşür. Xalq bu uzun səfərdə onları qoruması üçün Yehovaya dua edib yola düşürlər.

Dörd aydan sonra onlar Yerusəlimə çatırlar. Əyanlar orada Üzeyir peyğəmbərə deyirlər: «İsraillilər Yehovaya qulaq asmadılar, onlar saxta allahlara ibadət edən qadınlarla evləniblər». Bəs Üzeyir peyğəmbər nə edir? O, xalqın qarşısında diz çöküb dua edir: «Yehova, Sən bizim üçün çox şey etmisən, ancaq biz Sənə qarşı günah etmişik». Xalq tövbə etsə də, düzgün olmayan işlər görür. Üzeyir bu məsələ ilə məşğul olmaq üçün ağsaqqallar və hakimlər seçir. Üç aydan sonra Yehovaya ibadət etməyənləri Yerusəlimdən göndərirlər.

Bu hadisədən on iki il keçir. Bu vaxt ərzində Yerusəlimin divarları tikilir. Üzeyir peyğəmbər Allahın Kəlamını xalqa oxumaq üçün onları meydana toplayır. O, kitabı açanda xalq ayağa qalxır. Peyğəmbər Yehovaya həmd edir və bütün xalq razılıq əlaməti olaraq əllərini göyə qaldırır. Sonra o, Qanunu oxuyur və izah edir. Xalq da ona diqqətlə qulaq asır. Onlar Yehovanın yolundan uzaqlaşdıqlarını etiraf edib ağlayırlar. Səhəri gün Üzeyir peyğəmbər Qanunu oxumağa davam edir. Xalq öyrənir ki, tezliklə Çardaqlar bayramını keçirməlidirlər. Onlar dərhal bayrama hazırlaşmağa başlayır.

Bayramın yeddi günü ərzində xalq sevinib-şadlanır və məhsullarına bərəkət verdiyi üçün Yehovaya şükr edir. Yuşənin dövründən bəri Çardaqlar bayramı hələ bu cür keçirilməmişdi. Bayramdan sonra xalq bir yerə toplaşıb dua edir: «Yehova, sən bizi köləlikdən azad etdin, səhrada bizi ac-susuz qoymadın, bizə gözəl torpaqlar verdin. Amma biz dəfələrlə Sənə itaətsizlik etdik. Bizə xəbərdarlıq etmək üçün peyğəmbərlər göndərdin, amma biz onlara qulaq asmadıq. Ancaq Sən yenə də bizə səbir edirdin. Sən İbrahimə verdiyin sözü yerinə yetirdin. İndi isə biz söz veririk ki, Sənə itaət edəcəyik». Onlar yazılı surətdə söz verirlər. Başçılar, lavililər və kahinlər bu əhdi möhürləyirlər.

«Allahın sözünü eşidib ona əməl edənlər xoşbəxtdirlər!» (Luka 11:28)

Suallar: Üzeyir peyğəmbər Yerusəlimdə toplaşan israillilərə nə öyrədir? Bəs xalq nə söz verir?

Üzeyir 7:1—28; 8:21—23, 31, 32; 9:1—10:19; Nəhəmya 8:1—18; 9:1—38

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş