Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • lfb d. 73 s. 172—173
  • Yəhya yol hazırlayır

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Yəhya yol hazırlayır
  • Müqəddəs Kitab dünyasına səyahət
  • Oxşar material
  • Vəftizçi Yəhya yol hazırlayır
    İsa peyğəmbər. Yol, həqiqət, həyat
  • İsa Məsih təyin olunur
    Müqəddəs Kitab dünyasına səyahət
  • Yəhya yol hazırlayır
    İsa Məsihin həyatı və xidməti
  • Vəftizçi Yəhyanı narahat edən sual
    İsa Məsihin həyatı və xidməti
Əlavə
Müqəddəs Kitab dünyasına səyahət
lfb d. 73 s. 172—173
Vəftizçi Yəhya İordan çayının sahilində insanlara təlim verir

DƏRS 73

Yəhya yol hazırlayır

Zəkəriyyə ilə İlsəbanın oğlu Yəhya böyüyəndə peyğəmbər olur. Yehova Məsihin gəlişini insanlara Yəhya vasitəsilə çatdırır. Yəhya sinaqoqlarda, yaxud şəhərlərdə yox, çöllükdə təbliğ edir. Camaat Yerusəlimdən və Yəhudiyyədən gəlib Yəhyaya qulaq asır. Yəhya onlara öyrədir ki, Allahı razı salmaq üçün onlar pis əməllərindən dönməlidirlər. Ona qulaq asandan sonra çoxları günahlarından tövbə edir. Yəhya həmin insanları İordan çayında vəftiz edir.

Yəhya sadə həyat sürür. O, dəvə yunundan paltar geyinir, çəyirtkə və çöl balı yeyir. Yəhyanın kim olduğu camaata maraqlı gəlir. Hətta qürurlu fərisilər və saddukilər onu görməyə gəlirlər. Yəhya onlara deyir: «Yollarınızdan dönün, günahlarınızdan tövbə edin. Elə hesab etməyin ki, siz xüsusi insanlarsınız. Siz İbrahimin övladları olduğunuzu deyirsiniz, amma bu, o demək deyil ki, siz Allahın övladlarısınız».

Bir çoxları Yəhyanın yanına gəlib soruşurlar: «Allahı razı salmaq üçün nə etməliyik?» Yəhya yəhudilərə cavab verir: «Əgər iki paltarınız varsa, birini ehtiyacı olana verin». Səncə, o nəyə görə belə deyir? Çünki Yəhya istəyir ki, onlar Allahı razı salmaq üçün insanları sevməli olduqlarını başa düşsünlər.

Yəhya vergiyığanlara deyir: «Vicdanla davranın və heç kimi aldatmayın». Əsgərlərə isə deyir: «Heç kəsdən rüşvət götürməyin, yalan danışmayın».

Kahinlər və lavililər də Yəhyanın yanına gəlib ondan soruşurlar: «Sən kimsən? Hamı sənin kim olduğunu bilmək istəyir». Yəhya cavab verir: «Əşiya peyğəmbərin dediyi, insanları Yehovaya tərəf yönəldən çöllükdəkinin səsiyəm».

Camaat Yəhyanın təlimlərini bəyənir. Çoxlarına maraqlıdır ki, görəsən, Yəhya Məsihdir? Ancaq Yəhya onlara deyir: «Məndən daha güclüsü gəlir. Mən onun ayağındakı səndəlin bağını açmağa belə layiq deyiləm. Mən sizi su ilə vəftiz edirəm, o isə sizi müqəddəs ruhla vəftiz edəcək».

«O, şəhadət vermək üçün gəlmişdi. O, nur haqqında şəhadət verəcəkdi ki, hər cür insan onun vasitəsilə iman gətirsin» (Yəhya 1:7)

Suallar: Yehova Yəhyanı xalqın yanına nə üçün göndərmişdi? Xalq onun çatdırdığı xəbərə necə münasibət göstərir?

Mətta 3:1—11; Mark 1:1—8; Luka 3:1—18; Yəhya 1:19—28; Əşiya 40:3

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş