Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • lfb d. 75 s. 178—179
  • Şeytan İsanı sınağa çəkir

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Şeytan İsanı sınağa çəkir
  • Müqəddəs Kitab dünyasına səyahət
  • Oxşar material
  • Sınaqlara qarşı dur
    Böyük Müəllimdən öyrən
  • ‘İblisə qarşı durmaqda’ İsanı təqlid edin
    Gözətçi qülləsi 2008
  • Peyğəmbər sınaqlardan başıuca çıxır
    İsa peyğəmbər. Yol, həqiqət, həyat
  • İlk sınaq
    İsa Məsihin həyatı və xidməti
Əlavə
Müqəddəs Kitab dünyasına səyahət
lfb d. 75 s. 178—179
İsa özünü məbədin üstündən atmaqdan imtina edir

DƏRS 75

Şeytan İsanı sınağa çəkir

İsa daşı çörəyə çevirməkdən imtina edir

Vəftiz olandan sonra müqəddəs ruh İsanı səhraya aparır. O, 40 gün heç nə yemir. Çox ac olur. Sonra Şeytan İsanı sınamağa gəlir. O deyir: «Əgər sən Allahın oğlusansa, de ki, bu daşlar çörəyə dönsün». Ancaq İsa Məsih Şeytana Allahın Kəlamı ilə cavab verir: «Yazılıb: “İnsan yalnız çörəklə yaşamamalıdır, Yehovanın dediyi hər bir söz ilə yaşamalıdır”».

Sonra Şeytan İsaya təklif edir: «Əgər sən Allahın Oğlusansa, özünü məbədin üstündən aşağı at, axı yazılıb ki, Allah mələklərini göndərəcək ki, səni tutsunlar». Ancaq İsa yenə də Allahın Kəlamı ilə cavab verir: «Yazılıb ki, Allahın Yehovanı sınağa çəkmə».

İsa Şeytanın təklif etdiyi dünya padşahlıqlarından imtina edir

Sonra Şeytan İsaya yerdəki bütün padşahlıqları, onların şan-şöhrətini göstərib deyir: «Əgər bir dəfə mənə baş əysən, bütün padşahlıqları və onların şan-şöhrətini sənə verəcəyəm». Ancaq İsa Məsih cavab verir: «Rədd ol, Şeytan! Yazılıb ki, yalnız Yehovaya səcdə qılmaq lazımdır».

Bundan sonra Şeytan İsadan uzaqlaşır. Mələklər gəlib ona yemək verirlər. Daha sonra İsa Məsih Padşahlıq haqda xoş xəbəri təbliğ edir. O, elə bu iş üçün yerə göndərilmişdi. Camaat İsanın öyrətdiklərini xoşlayır və İsa hara gedir onun ardınca gedirlər.

«O [Şeytan] öz təbiətinə xas olaraq yalan danışır, çünki o, yalançıdır və yalanın atasıdır» (Yəhya 8:44)

Suallar: İsa hansı üç sınaqla üzləşir? İsa Şeytana necə cavab verir?

Mətta 4:1—11; Mark 1:12, 13; Luka 4:1—15; Qanunun təkrarı 6:13, 16; 8:3; Yaqub 4:7

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş