Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • lfb d. 80 s. 188—189
  • İsa Məsih on iki həvarisini seçir

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • İsa Məsih on iki həvarisini seçir
  • Müqəddəs Kitab dünyasına səyahət
  • Oxşar material
  • İsa peyğəmbər on iki həvari seçir
    İsa peyğəmbər. Yol, həqiqət, həyat
  • İsa həvarilərini seçir
    İsa Məsihin həyatı və xidməti
  • İsa dağda öyrədir
    Müqəddəs Kitab hekayələri
  • İsanın şagirdləri
    Böyük Müəllimdən öyrən
Müqəddəs Kitab dünyasına səyahət
lfb d. 80 s. 188—189
İsa və 12 həvarisi

DƏRS 80

İsa Məsih on iki həvarisini seçir

İsa Məsih bir il yarım təbliğ edəndən sonra vacib qərar verməli olur. Kimləri özünə əməkdaş seçsin? Məsihi yığıncağını idarə etmələri üçün kimlərə təlim keçsin? Bu məsələlərlə bağlı qərar vermək üçün İsanın Yehovanın köməyinə ehtiyacı olur. Buna görə də o, tək qalmaq üçün dağa gedir, bütün gecəni dua edir. Səhər İsa bəzi şagirdlərini yanına çağırır və 12 həvarisini seçir. Onların adları yadındadır? 12 həvarinin adı belədir: Butrus, Andreas, Yaqub, Yəhya, Filip, Bartolmay, Tomas, Alfayın oğlu Yaqub, Taday, Şimon və Yəhuda İskəryut.

Andreas, Butrus, Filip, Yaqub

Andreas, Butrus, Filip, Yaqub

Bu on iki həvari İsa ilə birlikdə səyahət edir. İsa Məsih onları öyrədəndən sonra təbliğ etməyə göndərir. Yehova onlara cinləri qovmaq və xəstələri sağaltmaq gücü verir.

Yəhya, Mətta, Bartolmay, Tomas

Yəhya, Mətta, Bartolmay, Tomas

İsa Məsih on iki həvarisini dostları adlandırır və onlara etibar edir. Fərisilər fikirləşirlər ki, həvarilər təhsilsiz, avam adamlardır. Ancaq İsa təbliğlə bağlı hər şeyi onlara öyrətmişdi. Həvariləri İsanın həyatının ən vacib anlarında, ölənə qədər də, diriləndən sonra da onun yanında idilər. İsa Məsih kimi, on iki həvarinin əksəriyyəti də Cəlilədəndir. Onlardan bəziləri evlidir.

Alfayın oğlu Yaqub, Yəhuda İskəryut, Taday, Şimon

Alfayın oğlu Yaqub, Yəhuda İskəryut, Taday, Şimon

Həvarilər qeyri-kamil olduqlarından, səhvləri də olur. Bəzən onlar düşünmədən danışırlar, səhv qərarlar verirlər. Bəzən səbirsiz olurlar. Onlar hətta kimin daha üstün olması ilə bağlı mübahisə etmişdilər. Buna baxmayaraq onlar yaxşı insanlardır, Yehovanı sevirlər. İsa göyə qalxandan sonra məsihi yığıncağının əsasını onlar təşkil edəcəklər.

«Mən sizə dost deyirəm, çünki Atamdan eşitdiyim hər şeyi sizə bildirdim» (Yəhya 15:15)

Suallar: İsa Məsihin 12 həvarisi kimlərdir? İsa Məsihin həvarilərini hara göndərir?

Mətta 10:1—10; Mark 3:13—19; 10:35—40; Luka 6:12—16; Yəhya 15:15; 20:24, 25; Həvarilərin işləri 2:7; 4:13; 1 Korinflilərə 9:5; Efeslilərə 2:20—22

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş